Roman, povestlər



Yüklə 3 Mb.
səhifə79/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   75   76   77   78   79   80   81   82   ...   158

 272 

Düşmən həm eyləməz bu işi kim, sən 

elədin. 

 

Torpağın altından, yerin dərinliyindən işığa can atan ot kimi, 



bitki kimi Zaur da yuxunun qaranlıq və qatı zəminindən səhərə 

doğru boylanırdı... 

Tül pərdəli pəncərələrdən çəpəki günəş  şüası olub otağın 

döşəməsinə düşmüşdü səhər... Mətbəxdən ləzzətli iylər olub 

otağa süzülürdü səhər... Haradasa yarıpıçıltılı, gülüşlü, sevincli 

səslər qatmaqarışığıyla radionun ertə konsertiylə  mənzilə 

dolurdu səhər. Təhminə idi yarıpıçıltıyla danışan, gülən... 

Qonşu Mədinəydi yarımpıçıltıyla danışan, gülən. Səhər 

açılmışdı, Təhminə  mətbəxdə qayğanaq bişirir, çay dəmləyir, 

Mədinəylə laqqırtı vururdu və Zaurdan danışırdılar. Səsinin hər 

xalında sevinc vardı  Təhminənin, gülüşünün hər çalarına 

bəxtiyarlıq hopmuşdu Təhminənin və bütün bu səhər sevincləri 

Zaurla bağlıydı... 

—Tənbəlin böyüyümüş Zaur,— deyirdi, — heç cür 

oyanmaq istəmir, — otağa gəldi. — Tənbəl, tənbəl, a tənbəl, 

yatsan olar iş əngəl, dur Zaurik, gün çıxıbdı günortanın yerinə. 

Hələ  də gözləri qapalıydı Zaurun, tamam ayılmamışdı, 

amma yuxulu da deyildi, qəribə bir orta vəziyyətdə idi — 

məkanı, harda olduğunu, ayın tarixini, öz vəziyyətini dəqiq 

təyin edə bilməzdi indi, amma eyni zamanda, xoş bir səhər 

hissi, qayğısız bir erkənlik, təzəlik, saflıq ovqatı duyurdu, bir 

yüngüllük, işıq vardı içində, elə bil içində xoş bir mahnı 

oxunurdu. Təhminənin səsi yenə uzaqlaşdı, yenə  mətbəxdən 

gəldi: 


—Müsibətlə durur yuxudan, elə birtəhər  əl-üzünü yuyub 

küçəyə cumur ki, işə gecikməsin. Uşaq kimidir lap. Gərək uşaq 

kimi qaydına qalasan, özbaşına qoysan, səhər heç çay-çörək də 

yeməz... — səsi yenə yaxınlaşdı  və otaqdan gəldi. — Xan 

həzrətləri buyurub  dursunlar, yemək-içmək hazırdır. 

Zaur gözlərini açdı, gülümsündü, gərnəşdi. 




 273 

—Yox, çox pis öyrədiblər, ərköyün böyüdüblər, — yenə də 

mətbəxdə Zaurdan Mədinəyə şikayət edirdi. 

Məhəbbətlərinin ilk çağlarında — adamın bütün içini çapıb-

talayan görüşlərin xoş qarətindən sonra Zaurda qəribə bir istək 

oyanırdı — Təhminədən ayrılandan sonra dostlarıyla, sırf kişi 

məclisində oturmaq, yeyib-içmək, deyib-gülmək istəyi. Bəzi 

kişilərin öz eşq macəralarından açıq-saçıq söhbət 

eləmələrindən zəhləsi gedirdi Zaurun. Heç bir vaxt özü belə 

söhbətlər eləməzdi, illah da ki, Təhminəyə aid heç bir şeyi heç 

kəslə bölüşməz, qürrələnməzdi. Amma məhəbbət 

görüşlərindən sonra sırf kişi məclislərinin asudəliyi Zauru cəlb 

edirdi, çünki bura — öz zarafatları, ümumi məzəli söhbətləri, 

müştərək xatirələri olan dostların məclisinə — Zaur içini 

limhəlim dolduran bir sirlə, sehrlə, heç kəslə bölüşülməyəcək 

duyğularla gəlirdi. O da söhbətlərdə, mübahisələrdə, 

zarafatlarda iştirak edirdi, amma fikri-xəyalı buralardan 

uzaqlarda — Təhminənin yanındaydı və fərəhlə düşünürdü ki, 

yəqin Təhminə  də, harada olursa olsun, Zauru yada salır, 

keçmiş görüşlərinin xoş anlarını bir də fikrində canlandırır, 

yaşadır. İndi Zaur başa düşmüşdü ki, Təhminə də təqribən belə 

bir hiss keçirirmiş  və Zaurla görüşlərindən sonra mütləq 

Mədinəylə ünsiyyət, təmas ehtiyacı duyurmuş. Aşiq olan insan 

eqoistləşir, ona elə gəlir ki, keçirdiyi xoşbəxtlik, səadət dəmləri 

başqalarına da yoluxa bilər. Halbuki başqasının sevinci insanı 

çox nadir hallarda eyni dərəcədə sevindirə bilər,  əksərən, hər 

bir insan başqasının sevincinə biganə qalır, bəzən hətta, 

qısqanır, ya həsəd çəkir bu özgə sevincinə. Məhəbbət — iki 

nəfərin  şəxsi işidir, deyirlər ki, üçüncü artıqdır, amma bəzən 

məhz bu üçüncü gərək olur iki sevişənə — səadətlərinin şahidi 

kimi. Bu şahid güzgü kimi lazımdır onlara — güzgüyə baxıb 

öz xoşbəxtliklərini görmək üçün. İndi Zaurla Təhminənin 

xoşbəxt günlərinin belə bir güzgüsü, belə bir şahidi peyda 

olmuşdu və adı Mədinə idi... Mədinə gündə neçə dəfə keçirdi 

Təhminəgilə — lap səhər erkən da, gecənin bir yarısında da. 



 274 

Çox vaxt gəzməyə  də bir yerdə  çıxırdılar — Təhminə, Zaur, 

Mədinə... 

Küçədə  təsadüfən rastlarına çıxan bir adam — ümumi 

xatirələrin qəhrəmanı olurdu: "Yadında, "Azərbaycan" 

kinosunun yanında o axsaq vəkilə rast gəldik: öz-özüylə 

danışırdı, yəqin məhkəmədəki nitqini məşq edirdi...". "O qoca 

arvad yadında, parapetin yanında itlə gəzməyə çıxmışdı, iti nə 

yaman özünə oxşayırdı, ay allah?" 

Bir dəfə gecəyarısı kinodan qayıdırdılar. Cavan bir oğlana 

rast gəldilər, oğlan evlərin tinində elektrik qutularının 

qapaqlarını açır və  işıq reklamlarını keçirirdi. Əmanət 

kassaları, sığorta, yeni filmlər haqqında iri şəhər reklamlarının 

hərfləri bir-bir sönürdü. Belə qəribə bir peşə varmış — gecələr 

şəhərin reklam işıqlarını söndürmək peşəsi... Mötəbər ailə 

başçısı ailə üzvləri yatandan sonra mənzilin bütün işıqlarını 

yoxladığı, söndürülməmişini söndürdüyü kimi bu oğlan da 

şəhərin çıraqlarını keçirirdi. Təhminə, Zaur və  Mədinə uzun 

zaman bu romantik peşədən danışdılar və Təhminə dedi ki, bir 

başqa romantik peşə sahibini də tanıyır — o da bulvardakı 

fontanları  səhərlər işə salır və gecələr yatırdır. Bir gün 

xəstələnib işə  çıxmasa bulvardakı fontanlar o gün fəvvarə 

vurmayacaqlar. 

—Amma  ən maraqlı peşə bilirsiniz hansıdır? — Təhminə 

əvvəl Zaura, sonra Mədinəyə baxdı. — Hava məlumat 

idarəsində  işləmək. Mən özüm bir vaxt yaman metereoloq 

olmaq istəyirdim. Təsəvvür edirsiz, yağışdan, küləkdən 

xəbərdar olacaqsan, buludlar hardan gəlir, qasırğa harada 

qopacaq, ildırım haçan çaxacaq... 

Bəzən bu gəzintilər zamanı tanışlarına rast gəlirdilər və 

tanışlar hər üçünü — Təhminəni, Zauru, Mədinəni diqqətlə 

süzürdülər. Və  həmin o şəxslər ki, Təhminənin hər hərəkətini 

Zaurun anasına yetirərdi, indi Zaurla Təhminənin və 

Mədinənin gecə  gəzintiləri haqqında arvada yerli-yataqlı 

xəbərlər çatdırır, yarasına duz basırdılar. Cin vururdu Zivər 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə