Roman, povestlər



Yüklə 3 Mb.
səhifə75/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   71   72   73   74   75   76   77   78   ...   158

 258 

halında düşünürdü evdəkilər haqqında, amma Təhminəylə 

Manaf kimi yox, Təhminəylə Spartak kimi — qapını 

açmayacaqlar, eybi yox, təpiklə vurub sındıraram, qoy səs-

küyə qonşular çıxsın, onsuz da bütün şəhərdə rüsvay olmuşuq, 

qoy lap biabır olaq, amma həqiqət axır ki, biryolluq üzə çıxsın. 

Zaur elə bil qızdırma içində sayıqlayırdı öz-özünə; Çöl 

qapısından, yüyürə-yüyürə üçüncü mərtəbəyə  dırmaşdı, zəngi 

basdı... Qapının dalından səs-səmir gəlmirdi. Zaur barmağını 

zəngin üstünə qoydu və çəkmədi — aramsız çalırdı zəngi. Bir 

azdan qapı ardından tələsik addım səsləri eşidildi və 

Təhminənin təəccüb dolu səsi eşidildi: 

—Kimdir? 

—Mənəm, Zaurdur, — dedi. 

Qapı açıldı və mat-məəttəl qalmış Təhminə: 

—Sənsən? — dedi... 

 

Doqquzuncu fəsil 

 

Vəsl qədrin bilmədim   hicran bəlası 



çəkmədən, 

Zülmət hicr etdi çox mübhəm işi rövşən 

mana. 

     


Zaur boğuq səslə: 

—Bəli, mənəm, — dedi. — Gözləmirdin? 

Təhminə çiynini çəkdi 

—Gəl içəri də, — dedi. 

İçəri keçdilər. Otaqdan yavaş musiqi sədaları, mətbəxdən isə 

qovrulmuş şabalıd iyi gəlirdi. 

—Sən hardan gəlib çıxmısan bura? 

—Telefonu niyə götürmürsən? 

—Xarabdır da telefonum. Dünəndən işləmir. Yəqin pulun 

gecikdirmişəm, kəsiblər... Yaxşı, burda niyə dayanmışıq, gəl 

otağa. 



 259 

Zaur ömründə birinci dəfə  Təhminənin otağına girirdi. 

Təsəvvüründə çox canlandırmışdı bu otağı.  

İndi isə  Təhminənin dəfələrlə, bütün təfsilatıyla təsvir 

elədiyi  şeyləri görürdü-standart rumın mebeli, divarlarda 

Təhminənin iri fotoları, güncdə  əlvan üfürmə  şar, təbiətin 

qəribə şıltağı — xırdaca əncir ağaçı, ləng kəfkirli iri divar saatı 

— bütün bunlar vardı otaqda, amma təsvir olunmamış  və 

təsəvvür edilməyəcək, izah olunmayacaq bir hava, nə isə 

xüsusi bir rövnəq, bir zövq də duyulurdu hər yerdə — 

Təhminənin zövqü, Təhminənin  şəxsiyyəti... Torşerin 

alaqaranlıq şöləsində, kiçik dəyirmi masanın üstündə iki stəkan 

çay, konfet, mürəbbə və üç qədəh vardı: qədəhlərdən ikisi boş, 

üçüncüsü dolu idi.  

Təhminə: 

—Əyləş, — dedi. 

—Qonaqların var? 

—Əşi, nə qonaq... Qonşumuzdur — Mədinə… 

—Bu konyakı onunla içirsiz? 

—Bəli.  İndi səni də qonaq edərik, — Təhminə bufeti açıb 

konyak şüşəsini çıxartdı. Şüşənin yarısı boş idi. 

—Yarım şüşə konyakı elə ikiniz vurmusuz? — Zaur sərt və 

kəskin danışırdı: cinayətkarı ifşa edən müstəntiq ahəngi vardı 

səsində. 

—Zaurik, bir az nəzakətli danış. Sənə konyak verirlər iç, nə 

borcuna butulkanın yarısını kim boşaldıb. 

—Belə de.. Çox əcəb... Görürəm, ayrı qonağın da var. Tək 

bir qonşu Mədinə deyil. 

Təhminə təəccüblə: 

—Ayrı kimdir? — deyə soruşdu. 

Zaur özünü güclə saxlayaraq: 

—Bax bu üçüncü qədəhin sahibi... Amma doğru buyurdun, 

nə borcuma kimdir o, odur ki, soruşmuram da. 

Təhminə elə bil üçüncü qədəhi yalnız indi gördü, bir müddət 

maddım-maddım bu qədəhə baxdı, sonra birdən bərkdən güldü. 



 260 

—Ceyranı lap gözündən vurdun, — dedi. — Doğrudan da 

bu qədəhin sahibi mənim üçüncü qonağımdır. 

Zaur dözmədi: 

—Soruşmaq ayıb olmasın, bəs o kimdir belə? — deyə xəbər 

aldı. 


—Kimdir? Necə kimdir? Sən. 

—Mən? — "nədi yəni Zauru açıq-açığına dolayır?". 

—Salaməleyküm. — Mədinə otağa   daxil oldu, əlində iri 

bir boşqab vardı, boşqabın içində  də qovrulmuş  şabalıd. Zaur 

Mədinəylə görüşdü.  

Təhminə: 

—Doğrudan a, lap yadımdan çıxmışdı, — dedi. — Siz axı 

tanışsınız. — Zaura "Ronson" alışqanını Mədinə gətirmişdi işə. 

Təhminə: 

—Görürsən, Mədinə, — dedi. — Bilmirəm Zauru 

qayınanası çox istəyir, ya kim çox istəyir, amma hər halda lap 

məqamında gəlib çıxıb. Axı o da qovrulmuş şabalıdın dəlisidir. 

Zaur düşündü ki, hər  şey, hər  şey Təhminənin yadındadır, 

bir dəfə, hələ  əlaqələrinin başlamasından çox qabaq Zaur 

nəşriyyata qovrulmuş  şabalıd alıb gətirmişdi. Təhminəni də 

qonaq eləmişdi və elə onda demişdi ki, çox xoşlayır qovrulmuş 

şabalıdı... 

—Yaxşı, əyləş görək, Mədinə. 

Təhminə iki boş qədəhə konyak süzdü, üçüncü dolu qədəhi 

isə Zaurun qabağına qoydu. 

—Bilirsən nə münasibətlə içirik? — deyə   Zaurdan soruşdu. 

Zaur: 


—Yox, — dedi. 

Təhminə: 

—Bir iş vardı onu qeyd eləyirik. 

Zaur hiss edirdi ki, Təhminə bu axşam nə isə həyəcanlı, bir 

qədər çılğın va əsəbidir, amma nə idi bunun səbəbi, bilmirdi — 

Zaurun qəfilcən gəlməsimi, ya başqa bir hadisəmi? Ya bəlkə 

bir az artıq içmişdi Təhminə. 



 261 

Təhminə əsəbi gülüşlə: 

—Adətən adamlar xoş hadisələrn qeyd edirlər, — dedi,— 

amma biz Mədinəylə mənim boşanmağımı qeyd edirik. 

Mədinə: 

—Sən də keçdin bizim dəstəyə, — dedi. 

Zaur bilirdi ki, Mədinə neçə il bundan qabaq ərindən ayrılıb, 

balaca, məzəli bir oğlu da var; Təhminə  həmişə bu uşaq 

haqqında danışardı... 

Sükut çökdü... Sonra Təhminə: 

—Bu gün məhkəmə oldu, Zaur — dedi. — Rəsmən ayrıldıq. 

Zaur bilmirdi nə desin: "Niyə? Nə  səbəbə?" sualları da, 

təəssüf, ya təəccüb hissləri izhar etmək də, sevinmək də, 

kədərlənmək də eyni dərəcədə yersiz idi. 

Mədinə bu sıxıntılı  vəziyyəti aradan qaldırmaq üçün içi 

şabalıdlı boşqabı Zaura tərəf uzatdı. Təhminə başını aşağı dikib 

gözlərini qədəhinə zilləmişdi.  İki damla yaş gözlərindən 

yanaqlarına süzüldü. Zaur ilk dəfə idi ki, onu ağlayan görürdü. 

Mədinə: 

—Əşi, yaxşı görək, — dedi, ayağa durdu. Təhminənin 

çiyinlərini qucaqladı. Təhminə bir dəfə, cəmisi bircə  dəfə 

hıçqırdı  və  dərhal da özünü ələ aldı, hıçqırığını boğub, 

yanaqlarındakı, gözündəki yaşı sildi və gülümsündü: 

—Əşi, fikir verməyin, — qədəhini qaldırdı. — Gəlin içək

— dedi, — hamımızın sağlığına.  

İçdilər və Zaur xəbər aldı: 

—Bəs niyə zəng eləmirdin? 

—Nə bilim... elə istəyirdim... bəlkə sabah zəng vuraydım... 

— yenə elə bil çənəsi oynadı, ağlamsınan kimi oldu, səsi 

titrədi, amma yenə  də  dərhal öz zəifliyindən utanırmış kimi 

gülümsündü. — Əsəblərim lap pozulub, — dedi — Bütün bu 

günlər elə bil qızdırma içində yaşayırdım... Nə yaxşı ki, sən 

gəldin, Zaurik. 

Mədinə çaydan bir qurtum içib: 

—Yaxşı, mən gedim, — dedi. — Geçdi... 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə