Roman, povestlər



Yüklə 3 Mb.
səhifə76/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   72   73   74   75   76   77   78   79   ...   158

 262 

Təhminə: 

—Hara tələsirsən,  əşi? — dedi. —Bu qədər zəhmət çəkib

şabalıd qovurmusan... Əntiqə qovrulubdur, hə, Zaur? 

—Aha... 

—Heç olmasa özün də bir dadına bax da, Mədinə. Elə bil öz 

malındır, — sonra Zaura müraciətlə əlavə elədi: — Şabalıdları 

elə Mədinə alıb gətirib mənimçün. Təsəllidir də hər halda … 

Zaur: 

—Mən də yaman nigaran qalmışdım, — dedi. — Bu gün 



eşitdim sənin ayrılmağını... Zəng vururam, telefonun cavab 

vermir. — Zaur artıq üçüncü qonaq haqqında düşünmürdü, indi 

mənzildə onlardan başqa heç kəs yox idi, — şkafın içində 

gizlətməyiblər ki onu. Bəlkə də Zaur gələnəcən çıxıb gedib bu 

naməlum şəxs. 

Təhminə Zaura deyil, Mədinəyə müraciətlə: 

—Bilirdim ki, Spartak ağzında söz saxlayan deyil. Daha 

doğrusu, heç Spartak özü də yox e, anası... 

Mədinə başıyla təsdiq elədi. 

—Məsələ ondadır ki, — indi Təhminə Zaura müraciət 

edirdi, — bizim rayonun hakimi Spartakın canbir qəlb 

dostudur. Spartaka zəng elədim ki, dostuna desin, day çox 

uzatmasınlar məsələni. Bilirsən də adamın lap ürəyini çəkirlər: 

"Bəlkə bir də fikirləşəsiz, ailəvizi dağıtmayın, gedin, filan 

vaxtdan sonra gəlin" və sairə. Görürsən uzandı  məsələ neçə 

ay... Bizimki də belə idi ki, fikirləş, fikirləşmə onsuz da hər şey 

həll olunmuşdu, daha bunu çək-çevirə salmağın nə mənası var 

axı... Spartak, allah ondan razı olsun, doğrudan da, kömək 

elədi. Amma heç bu sözü ürəyində saxlaya bilərdi Spartak? 

İndi yəqin aləmə car çəkib. 

Val qurtardı. Təhminə durub cihazı keçirdi. 

Mədinə: 


—Yaxşı, gecdir, daha mən gedim, — dedi və bu dəfə 

Təhminə onu saxlamadı. 

Qapıyacan ötürdü Mədinəni, dəhlizdə uzun müddət nə 



 263 

barədəsə  pıç-pıç etdilər. Zaur indi nə duyduğunu, nə 

düşündüyünü özü də dəqiq təyin edə bilməzdi, döyükə-döyükə 

qalmışdı, — otağın divarlarına baxırdı, oboylar çox zərif idi — 

mavi fonda ağ narın çiçəklər... 

Təhminə qayıtdı: 

—Nə belə diqqətlə baxırsan divarlara? 

—Qəşəng oboylardır. Çiçəklər çox zərifdir. 

Təhminə birdən: 

—Zaurik, — dedi, — sən gəlmisən, ona görə  də bütün bu 

çiçəklər açıblar. Birinci dəfədir sən mənim evimə  gəlmisən, 

oboylar da çiçəkləyib, görürsən.  

... və Zaur yenə də axıracan anlaya bilmirdi — doğrudanmı 

Təhminə  səmimi deyir bu sözləri, onu sevdiyindən deyir, ya 

dolayır, ələ salır...  

—Nə yaxşı ki, gəldin, Zaurik, Allah yetirdi səni bu axşam. 

Elə pis idi ürəyim, dünya gözümdə deyildi. Ağlıma gəlirdi ki, 

bax indi Mədinə çıxıb gedəcək, mən də yəqin öləcəm. 

—Bəs niyə axı mənə zəng eləmirdin? Niyə mənim bütün bu 

əhvalatlardan xəbərim olmasın?  İndi nə olsun ki, tanış hakim 

dostum yoxdur, amma hər halda bəlkə  mənim də köməyim 

dəyərdi sənə. 

—Çox sağ ol, Zaurik. Amma dünyada elə işlər var ki, onu 

gərək adam tək-tənha, təkbaşına həll eləsin. Ayrı heç kəsi 

qarışdırmasın gərək belə  işlərə.... Sənə  zəng eləmirdim; çünki 

əlimi-ayağımı bağlamışdı bu boşanma məsələsi, istəyirdim 

birdəfəlik qurtarsın bütün bu dəhşət... Bilsən bütün bu illər nə 

qədər  əzab, narahatlıq içində yaşamışam, özüm özümə nifrət 

edirdim bəzən... Nə qədər yalan, riya olarmış... İlahi, çox şükür 

ki, qurtardı bütün hər  şey, birdəfəlik bitdi. Bilsən neçə azad-

asudə hiss eləyirəm özümü. Amma hər halda asan da deyil bu 

azadlığa birdən-birə alışmaq... Həm də bütün bu günlərin 

gərginliyi… Səhər durdum, məhkəmədən qabaq, gördüm bütün 

içim elə bil qırılıb tökülüb. İstədim içəm gedəm məhkəməyə, 

sonra fikirləşdim, bunu da söz eləyərlər, ya bəhanə edib 



 264 

ayırmazlar bizi, təxirə salarlar iclası. Bir söz, içmədim getdim, 

ayırdılar bizi, gəldim evə, yıxıldım çarpayının üstünə, düz dörd 

saat üzüqoylu qaldım beləsinə... Sonra durdum, başladım 

içməyə,  əvvəlcə  təkbaşına, sonra Mədinə  də  işdən gəldi... 

Mədinə içən deyil, — o mənəm pyanıska... Amma hər halda o 

da mənimlə  qədəh-qədəhə vururdu, necə deyərlər "qaraltı" 

verirdi mənə. Yarım  şüşəni boşaltdıq. Vurduq bədənə, sən 

demiş... 

Zaur öz qədəhini göstərdi: 

—Bəs bu qonaq kim idi? Spartak? 

—Başına at təpib, Zaur? Spartak ömründə  mənim evimin 

kandarına ayaq basmayıb. Dedim ki, sənə, sənin qədəhindir bu. 

—Necə yəni mənim? Axı mən gələndə masanın üstündə idi

həm də dolu idi. Sən hardan bilirdin ki, mən gələcəm? 

—Zaurik, axı  sən niyə  mənə inanmırsan?.. Lap təkbaşına 

içəndə  də  mən həmişə bir qədəhi artıq qoyuram, ürəyimdə 

tuturam ki, bu da Zaurun qədəhidir... Köhnə bir anekdot var e, 

eşitmisən? Bir pyanıska həmişə iki qədəhdən içirmiş — biri 

özününkü, biri də guya dostununku... Arvadı danlayır, başlayır 

bir qədəhdən içməyə, — mən içkini atdım deyir, dostumdur 

içən... Mən də bax belə. Axı bir az dəliyəm mən, Zaur, 

indiyəcən başa düşməmisən hələ? Səninlə ilk dəfə plyaja getdik 

ha, bax o gündən haçan içməli olsam, bir qədəhi də doldurub 

deyirəm: bu da Zaurun payı... Mədinə  də bilir mənim bu 

dəliliyimi... 

Zaur gülümsündü, nəvazişlə, qayğıyla, həm də bu gün 

ərzində ilk dəfə olaraq dərin daxili bir arxayınçılıqla 

gülümsündü. Və bu təbəssüm bir müddət — bəlkə də çox qısa 

bir müddət — hər ikisinə qayğılarını, nigaranlıqlarını, irili-

xırdalı bütün qəm-qüssələrini unutdurdu, ürəklərini səadətlə 

olmasa da, xoş, ilıq mehribanlıqla, sakitliklə doldurdu. 

—Zaurik, axı niyə  sən həmişə  mənim yalanımı  çıxarmağa 

cəhd edirsən... Guya mən bir cinayətkar-zadam, hansı 

qəbahətimisə səndən gizlətmək, ört-basdır etmək istəyirəm, sən 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə