Roman, povestlər



Yüklə 3 Mb.
səhifə73/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   69   70   71   72   73   74   75   76   ...   158

 252 

Zaur "bəlkə, doğrudan da belədir", — deyə düşünürdü. 

Bəlkə, Təhminə seçirmiş: "Zaur, ya Muxtar və axırı Muxtarı 

seçib... Vacib işi də elə budur. Buna görə  də "sən mənə  zəng 

vurma, özüm zəng eləyəcəyəm" deyir və zəng eləmir...". 

On gün də keçdi və Zaur bu müddət  ərzində  Təhminəni 

ancaq bircə dəfə gördü — televiziya ekranında... 

 

*** 

Təhminə axır ki, qərara gəldi, dəstəyi götürdü və nömrəni 

yığdı  


Qadın səsi gəldi:  

—Bəli... — Təhminə susmuşdu, qadın   səsi bir də təkrar 

—Eşidirəm… 

Təhminə  əlini uzatdı ki, dəstəyi assın, amma dayandı, 

nəfəsini dərdi və bilərək ki, bu  sözlərlə hər şey həmişəlik həll 

olunur, dedi: 

—Manafı çağırın... 

İndi də xəttin o biri ucunda sükut çökdü və bu zaman Təhminə 

səhərdən bəri öz-özünə təkrar elədiyi cümləni dedi: 

—Madam ki, mən bu nömrəylə  zəng eləyirəm, deməli, 

Manafın sizdə olduğunu bilirəm. Xahiş edirəm onu telefona 

çağırın. 

Görünür, orada uzun zaman məşvərət apardılar, sonra 

addımlar eşidildi, sonra isə Manafın səsi gəldi. Özünü 

tamamilə itirmiş, öz adından belə imtina etməyə hazır olan 

yazıq bir insanın səsi.  

—Bəli... 

—Mənəm, Manaf, Təhminədir, — bir an qorxdu ki, hətta 

Manafın ürəyi gedə bilər. Amma daha geriyə yol yox idi, — 

Manaf indi başa düşdün ki, mənim hər  şeydən xəbərim var? 

Bilirəm ki, Tiflisdə deyilsən, Bakıdasan, harda olduğunu da 

bilirəm, görürsən zəng elədim. — O, Zoyanın adını, familiyasını, 

dəqiq ünvanını da demək istədi, amma fikirləşdi ki, bu artıqdır. — 

Özü də çoxdan bilirəm, — yalnız bir bunu əlavə elədi. 




 253 

Manaf udqundu... 

Təhminə: 

—Heç bir vaxt dava-dalaşa çıxmamışıq səninlə, indi də belə 

fikrim yoxdur. Amma xahiş edirəm ki, yarım saatlığa evə 

gələsən, vacib bir məsələni həll eləyək. Biz ayrılmalıyıq. 

Bir kəlmə də dinib-danışmırdı Manaf və yalnız Təhminə: — 

Yarım saatlığa gələ bilərsənmi? — deyə  təkrarən soruşanda 

Manaf batmış bir səslə: 

—Yaxşı, — dedi. 

Təhminənin zənn elədiyi kimi iyirmi dəqiqədən sonra gəldi 

Manaf, sir-sifəti meyit rəngində... 

Əgər Manaf Təhminənin gözlərində  bu qədər miskin və 

iyrənc olmasaydı, hətta, yazığı da gələrdi ona. 

—Biz ayrılmalıyıq, Manaf, — dedi, — daha bu cür yaşamaq 

olmaz... Mənim bir hakim tanışım var, tez ayırarlar bizi, 

əngəlsiz-filan... 

Manaf yenə  də susmuşdu, başını almış bu gözlənilməz 

bəlanın dəhşəti ona qara bir yuxu kimi gəlirdi. Axı ömrünün 

dəqiq düşünülmüş və onun gümanıyla yaxşı ört-basdır edilmiş 

bütün düzümü, sahman-səliqəsi alt-üst olurdu. 

—Sənin Zoyayla, ya başqa qadınlarla əlaqən... mən onların 

da adını bilirəm, inan buna, bir söz, bütün bu xəyanətlərinin 

heç bir dəxli yoxdur... Sən çoxdandır, neçə ildir ki, məni 

aldadırsan, amma görürsən ki, indiyəcən vecimə olmayıb bu. 

Çünki səni sevmirəm, Manaf. Demirəm ki, haçansa sevmişəm, 

indi sevmirəm, yox, heç vaxt sevməmişəm... Bilirəm, bəlkə də 

bunu eşitmək səninçün ağırdır, amma, doğrudan da, belədir. 

Bizim evlənməyimiz böyük səhv idi. Hər halda mənim 

həyatımın ən böyük səhvi adi... 

Manaf onun dediklərini sanki heç dərk etmirdi, bayaqdan 

bəri. Təhminənin zəngindən bəri fikirlərində dolaşan sual 

yalnız bu idi ki, görəsən Təhminə haradan öyrənib hər  şeyi, 

kim deyib ona, necə təyin edə bilib hər şeyi belə dürüst, telefon 

nömrəsinə qədər, bundan başqa daha nə bilir və ən əsas məsələ 



 254 

— görəsən hələ bir şey eləmək mümkündürmü, ailələrini, 

nigahlarını saxlamaq mümkündürmü? Bəlkə yalvarıb-yaxarsın, 

ya  əksinə, çığır-bağır salsın, Təhminəni borclu çıxarsın? Yox, 

bunlardan heç biri bir nəticə görməyəcəksə, onlar hökmən 

ayrılacaqlarsa, onda Manafın gələcək həyatı necə qurulacaq, 

elə Zoyanın özüylə ya başqalarıyla necə olacaq münasibətləri? 

İndi azad və sərbəst olandan sonra daha gizlənməyə bilərmi, ya 

əksinə, daha artıq gizlənməlidir və asudəlik onun qarşısına yüz 

cür təzə problem çıxaracaq?.. 

Mənzil Təhminənin atasından qalmışdı və Təhminənin adına 

idi, Təhminə: 

—Səndən yeganə xahişim budur ki, — dedi, — hələlik bu 

evi təkotaqlı  mənzilə  dəyişənə  qədər sən Zoyagildə, ya kefin 

harda istəyir orda qal... Bu xahişimi yerinə yetirərsən? 

Və ancaq bu zaman Manaf hər  şeyi sonunacan, son 

nöqtəsinəcən başa düşdü, başa düşdü ki, qətidir ayrılmaqları, 

heç bir şeylə qarşısıalınmazdır bu iş  və birgə ailə  həyatıyla 

bağlı nə vardısa, məsələn, bax elə bu mənzilləri — bir də heç 

vaxt, heç vaxt olmayacaq... 

Təhminə tamam yad bir adam olacaq Manafçün, daha bir də 

heç vaxt, heç vaxt onlar bir divanın üstündə yan-yanaşı oturub 

televizora baxmayacaqlar, mətbəxdə bir yerdə çay 

içməyəcəklər, bir-birinə qapı açmayacaqlar və bir-birinı 

telefona çağırmayacaqlar... Ağır, ləng bir qorxu yavaş-yavaş 

Manafın bütün içini doldurdu: yavaş-yavaş tam bitkinliyi ilə 

dərk edirdi ki, bir də heç vaxt Təhminəni mavi, tiftikli xalatda 

hamamdan çıxıb nəm saçlarını darayan görməyəcək. 

Dəhşətli bir peşmançılıq hissiylə onu da duyurdu, hər hansı 

bir vaxt — keçmişdə ya indi — əlaqə saxladığı qadınların 

hamısından daha artıq, dünyadakı butün qadınlardan daha artıq 

Təhminəni xoşlayırdı. Təhminəyə  məftun idi və neçə ilin ər-

arvadı olsalar da, əslində heç bir gün, heç bir gecə, heç bir saat 

da Təhminəyə malik olmayıb. Bəlkə elə  Təhminənin 

soyuqluğu, biganəliyiydi Manafı başqa qadınların ağuşuna 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə