Roman, povestlər



Yüklə 3 Mb.
səhifə70/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   66   67   68   69   70   71   72   73   ...   158

 241 

Saşa Təhminədən xəbər aldı ki, bəs nə  əcəb siz aktrisa 

deyilsiz, Təhminə  də çavab verdi ki, bu barədə rejissorlardan 

soruşmaq lazımdır, məsələn, elə Muxtardan. 

Muxtar da dedi ki, icazə verin əvvəl mən özüm soruşum ki, 

nə içəcəksiz. Saşa: 

—Da teperğ vse odin xren, — dedi. — Nu davay vodki... 

—A vı Lena? 

—Mne toje vse ravno, vodka, tak vodka... Sonra Lena 

Zaurdan soruşdu ki, adı nədir: 

—Zaur. 

—Zaur! Krasivoe stepnoe imə! A kak zovut menə? 



Zaur cavab verdi ki, özünüz daha yaxşı bilərsiz. 

—O, ne budğte qrubım, çelovek so stepnım imenem, — 

dedi Lena, — vı je doljnı znatğ toçno: Lena... 

Araq gətirdilər, Muxtar qonaqların qədəhlərinə süzdü. 

Saşa: 

—Vı  pğete konğək, a mı vodku, — dedi. — Kakaə-ta 



anarxiə poluçaetsə u nas za stolom.  

Muxtar: 


—Net, u nas za stolom ne anarxiə, a monarxiə, — dedi, — 

poskolğko estğ koroleva. İ daje dve korolevı.  

Lena: 

—Vot gto ə panimaö  —  vostoçnaə qalantnostğ, — dedi. 



Saşa dedi ki, gəlin onda içək gözəl  şərq qadınlarının 

sağlığına. İçək onların sağlığına ki, parancanı çıxarıb atıblar və 

konyak içirlər, sonra Təhminədən soruşdu ki, Təhminə paranca 

taxıbmı? 

Təhminə cavab verdi ki, bizlərdə, ümumiyyətlə, heç vaxt, 

heç kəs parancanın nə olduğunu bilməyib. 

Muxtar dedi ki, bizdə çadra olub, bu isə başqa şeydir. 

Lena dedi ki, mən bilirəm, parança Özbəkistanda olub. 

Sonra  əlavə elədi ki, bildir Daşkənd festivalının 

iştirakçısıydım. Daşkənddə əntiqə plov bişirirlər. 

Zaur dedi ki, bizim plovumuz daha ləzzətlidir. Zaur söhbətə 



 242 

ona görə qarışdı ki, susması diqqəti cəlb eləməsin, amma Saşa 

dərhal bunu tutdu və bərkdən: 

—Bravo, bravo, sfinks zaqovoril, — dedi. — Vı molçali 

dolqo i zaqadoçno i nakoneü reşili raskrıtğ usta, çtobı zaşititğ 

çestğ naüionalğnoy kuxni. 

Lena onun sözünü kəsib: 

—Nu, xoroşo, — dedi, — ne... — və qəliz bir söyüş əlavə 

elədi. 

Təhminə özünü o yerə qoydu ki, guya eşitmədi. Zaur 



qıpqırmızı  qızardı, Muxtar isə mülayimliklə Lenadan xahiş 

elədi ki, söyüş söyməsin, bizlərdə adət belədir ki, qadının 

yanında söyüş söyməzlər. 

Saşa dedi ki, onda yaşasın günəşli Azərbaycan respublikası 

və arvadına müraciətlə əlavə etdi: 

—U nix nasçet gtoqo znaeşğ kak stroqo, çutğ çto, esli çest, 

zadeta, srazu pırnut nojom v serdüe ili pulö v lob. 

Sonra Zauru göstərib  əlavə elədi ki, görürsənmi, bu 

xanımın, yəni Təhminənin yanında necə mühafizəçi var. 

Muxtar dedi ki, Saşa, məncə, sən Bakıda olmusan və sağ-

salamat qayıtmısan ordan, nə bıçaqlayan olub səni, nə gülləylə 

yaralayan. 

Saşa: 

—Da, potomu çto ə bıl tam nije travı, tişe vodı, — dedi. 



Muxtar: 

—Nu, nasçet vodı  tı izlişne skromniçaeşğ, — dedi, — 

pomoemu tı tam pil vse, çto uqodno, tolğko ne vodu. 

—Starik, ə deystvitelğno probıl tam tri dnə ne prosıxaə, — 

dedi. Bakıda olmasından danışdı, dedi ki, təyyarədən düşəndə 

məni sizin kinonun rəhbər işçiləri qarşıladılar, sonra harasa 

getdik, haradasa görüş idi, nəydi, daha dalısı yadıma gəlmir, bir 

onu bilirəm ki, üç gündən sonra kimsə  gətirib məni basdı 

Moskva təyyarəsinə... Ayrı heç nə yadına gəlmirdi Saşanın. 

Qədəhini qaldırıb: 

—Nu, xoroşo, vzdroqnuli, — dedi, sonra yenə  Təhminəyə 



 243 

baxıb dedi ki, bilmirəm bu Azərbaycan rejissorlarının gözləri 

hardadır, belə bir dünya gözəlini məgər kinoda çəkməmək olar 

heç? 


Təhminə dedi ki, onlar çəkmir, siz çəkin. Saşa da dedi ki, 

məmnuniyyətlə  və  Təhminənin ünvanını, telefonunu istədi. 

Təhminə ünvanını  və telefonunu vermədi, amma dedi ki, 

istəsəz, məni Muxtarın vasitəsilə tapmaq olar. 

Saşa: 

—On çto, vaş löbovnik gtot çertov, persök? — dedi.  



—Təhminə quru tərzdə: 

—Net, — dedi. 

—A kto vaş löbovnik? 

Təhminə: 

—A u menə net löbovnika, — dedi. — U menə estğ muj. 

—A kto vaş muj? 

Ani bir tərəddüddən sonra Təhminə Zauru göstərdi... 

Sonralar Zaurla Təhminə mübahisə edirdilər: Təhminə belə 

deyəndə kim daha artıq quruyub qaldı — Zaur özü, ya 

Muxtar... Sonralar Təhminə Zauru başa salırdı: elə dedim ki

Saşa birdəfəlik əl çəksin məndən. 

Doğrudan da, Saşa elə bil ayıldı, dərhal ahəngini dəyişdi. 

Zaura baxıb dedi ki, ancaq xahiş edirəm mənim qol-qabırğamı 

sındırmayasız, yüz faiz inanıram ki, bunu əla bacararsız, amma 

mən, ümumiyyətlə, arvadbaz deyiləm, mən alkoqolikəm, lazım 

gəlsə, arvadım da bunu təsdiq eləyə bilər. 

—A poşel tı... — Lena ərini müəyyən ünvana göndərmək 

istəyirdi ki, birdən Muxtarın sözləri yadına düşdü,  əlləriylə 

ağzını tutub, üzr istədi. 

Saşa Muxtara müraciətlə: 

—Starikan, a davnenğko mı s toboy ne pili, — dedi, vaxtilə 

kursunda bir oxuduqları institutun dekanı Pal Palıçı yada saldı, 

soruşdu ki, Muxtarın yadındadırmı Pal Palıç? 

Muxtar cavab verdi ki, əlbəttə, yadındadır. Saşa da dedi, bəs 

Muxtar bilirmi ki, ölüb yazıq Pal Palıç, Muxtar cavab verdi ki, 



 244 

şübhəsiz bilir və hətta, başsağlığı teleqramı da göndərib. 

Saşa dedi ki, mən isə heç teleqram da vura bilmədim. 

Kannda idim, filmimizin premyerasında, qayıdanda bildim. 

Təhminə soruşdu ki, Kann xoşuna gəlibmi Saşanın. 

Saşa cavab verdi ki, üçüncü dəfədir Kann festivalında iştirak 

edir və lap zəhləsini töküb ora — qəbullar, nə bilim, press-

konferensiyalar, kokteyllər, amma ağıllı-başlı içmək mümkün 

deyil... Amma bu səfər bəxti onda gətirdi ki, Fellininin təzə 

filminə baxdı orda, hələ bizdə yoxdur bu film, Muxtara 

müraciətlə: 

—Nu, starik, — dedi — gto obaldetğ mojno, skaju tebe. 

Zaur qəfilcən: 

—A po-moemu, — dedi, — Fellini ot barokko prişel k 

rokoko... 

Zaurun bu bəyanatı o qədər gözlənilməz oldu ki, hamının 

gözü kəlləsinə  çıxdı, hamı bir müddət maddım-maddım 

birbirinin sifətinə baxdı, nəhayət, Saşa: 

—Nu, tı vıdaeşğ, starik. — dedi. 

Təhminə də qəhqəhə çəkib Zaura "afərin" dedi. 

Zaur isə kiçik qədəhini bir qırağa qoyub iri bir fujer götürdü, 

ləbələb konyak tökdü və göz qırpımında başına çəkdi. İçəndən 

sonra dedi ki, onun fikrincə dünyada an yaxşı film "Tarzan"dır. 

İstəyirdi ki, onun geriliyinə, primitiv zövqünə gülsünlər; 

amma  əksinə, Lena Zaurun fikrinə  qəhmər çıxdı, dedi ki, 

tamamilə razıdır bu sözlə, Tarzan heç olmasa sağlam kişidir. 

Sonra əlini Zaurun saçlarına çəkib: 

—A vı sami poxoji na Tarzana, — dedi, — takoe je dikoe 

pervobıtnoe suşestvo s lesnım imenem...  

Təhminə: 

—So stepnım  —  qovorili vı, — dedi. 

Lena da cavab verdi ki, meşə, düz, dağ — hamısı bir... və 

dərhal da üzr istədi, daha söyüş söyməyəcəyinə and içdi... 

Sonra Lena da Bakıya gəlməsindən danışdı, kinostudiyada 

balaca bir rolda çəkilibmiş, orada maraqlı bir adamla da tanış 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə