Roman, povestlər



Yüklə 3 Mb.
səhifə66/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   62   63   64   65   66   67   68   69   ...   158

 227 

Nəhayət, Təhminə dostlarıyla vidalaşmağa başladı,  əvvəlcə 

əlini kişiyə uzatdı, kişi Təhminənin əlindən öpdü, sonra qadın 

diktorla qucaqlaşıb öpüşdülər, sonra isə hər ikisinə bir daha əl 

eləyib, çıxışa tərəf addımladı. Muxtar da moskvalılarla görüşüb 

Təhminənin yanınca gəlirdi. Zaur heç bu variantı  ağlına 

gətirməmişdi... 

Təhminə: 

—Tanış olun, — dedi. — Zaur — Muxtar... Hər ikinizə bir-

biriniz haqqında o qədər danışmışam ki, elə tanış kimisiniz. 

Muxtar: 

—Çox şadam, — dedi və əlini uzatdı. 

Zaur da əlini uzadıb nəzakətlə: 

—Mən də şadam, — dedi. 

Təhminə: 

—Gedək, — dedi və onlar küçəyə  çıxdıqda hər ikisinin 

qoluna girdi. 

—Yolumuz hayanadır, hara gedirik indi? — Təhminə heç 

birinə müraciət eləmirdi, amma birinci Muxtar cavab verdi: 

—Sənin kefin hara istəsə… 

Təhminə: 

—Bilirsən nə var, Zaur, — dedi. Zaur öz-özünə qeyd elədi 

ki, Muxtarın yanında ona "Zaurik" yox, Zaur deyir. — 

Muxtarın başına gözəl bir fikir gəlib, bizi yeməyə dəvət eləmək 

istəyir. Məncə dahiyanə fikirdir bu, sən necə bilirsən? 

Zaur tutulmuşdu, axı ona elə  gəlirdi ki, bu axşam da ikisi 

olacaqlar, dünənkitək... Amma budur bax bu Muxtardır nədir, 

hardansa çıxdı ortalığa və Təhminə də indi onun adından dəvət 

eləyir Zauru şam yeməyinə. Belə görünür ki, Muxtarın 

hesabına... Özü niyə dinmir bəs? 

Muxtar: 

—Zaur, — dedi, — əgər, axşam elə vacib işiniz yoxdursa, 

gedib bir yerdə oturmaq pis olmazdı məncə, hə? 

"Gör bir məsələni necə qoyur? Vacib işiniz yoxsa... Burada 

mənim Təhminədən başqa nə vacib işim ola bilər?.. Yəni 



 228 

məgər bilmir bizim Təhminəylə münasibətlərimizi?.. Təhminə 

qandırmayıb onu?.." Pis bir fikir gəldi Zaurun başına: "Bəlkə 

elə  mən özüm də  Təhminəylə  həmin bu Muxtarın  əsl 

münasibətlərindən bixəbərəm... Bu nə söhbətdir belə: "vacib 

işiniz yoxsa...". Tutalım ki, mənim vacib işim olsaydı, mən 

Təhminəni bununla qoyub gedəcəydim bəyəm...". Amma 

qəribədir ki, Zaur Muxtara yox, Təhminəyə  əsəbiləşirdi... bu 

ikibaşlı münasibətlər üçün əsəbiləşirdi... Bir istədi açığcan 

desin ki, hə, vacib işim var; amma qorxdu ki, onu saxlayan 

olmasın, elə Təhminə də o cümlədən, madam ki, vacib işin var, 

xoş gəldin… 

—Yox, bir elə işim yoxdur, — dedi. 

Muxtar: 


—Lap yaxşı, — dedi. — Onda kino evinə gedək. 

Taksi saxladılar — Muxtar qabaqda oturdu, Zaurla Təhminə 

dalda. Muxtar ünvanı dedi. 

Gəlib çatdılar, Muxtar sürücünün haqqın verəndə  də Zaur 

özünü birtəhər hiss elədi, indi burada qabağa düşmək, "yox, 

mən verərəm" demək gülünc olardı, axı, yeməklərinin daha 

böyük xərcini Muxtar çəkəcəkdi. Eyni zamanda Muxtarın 

hesabına taksiylə  gəlmək, yemək də heç açmırdı Zauru: Şam 

yeməyinin hesabını verməyə isə heç bir imkanı yoxdu, cibində 

cəmi-cümlətanı onca manat pulu qalmışdı. 

Taksidə  gələrkən Zaur susmuşdu. Muxtarla Təhminə 

danışırdılar, verilişləri haqqında, Moskva televiziyasının 

imkanları haqqında, onları bir neçə müddətdə sıx bağlamış olan 

ümumi işləri barədə söhbət edirdilər. Burada imkanlar

doğrudan da tamam başqadır. Bakıda iki trakt məşq olanda 

allahımıza şükür eləyirik, burada isə rejissor yeddi-səkkiz trakt 

ala bilir... Aparaturaları da necə kamildir, heç olmasa o sinxron 

videoyazı aparatının bircəciyi bizim studiyada olaydı. Amma 

bütün bu söhbətlərin dibində bir qürur hissi də vardı: bunlara 

baxmayaraq yaxşı bir veriliş hazırlaya, apara bilmişdilər. Hətta, 

Təhminəyə yarızarafat-yarıciddi burda qalıb işləməyi də təklif 



 229 

eləmişdilər. Muxtarı isə lap çoxdan bura dəvət edirlər. Kino 

evinin qapısında Muxtar üzvlük biletini göstərdi: — Bunlar da 

mənim qonaqlarımdır, — dedi və onlar içəri keçdilər. Elə 

pilləkəndəcə Muxtar hansı tanışlarınasa rast gəldi, mehriban 

görüşdülər,  şirin söhbətə başladılar... Təhminə iri güzgünün 

qarşısına keçdi, saçlarını düzəldir, dodaqlarını boyayırdı. 

Zaur isə neyləyəcəyini bilmirdi, siqaret çəkmək istəyirdi, 

amma bilmirdi: məhz burda siqaret çəkmək olar, ya yox... Elə 

bil onu tamam unutmuşdular. Muxtarın təzə-təzə tanışları 

yanaşırdı ona, Təhminə isə güzgünün qabağında bərk məşğul 

idi. 


Foyedəki adamları Zaur ömründə birinci dəfə görürdü, 

amma çoxunun sifəti yaman tanış  gəlirdi. Ekrandan tanıyırdı 

onların sifətlərini. Məşhur, adı dillər  əzbəri olan aktyorlar 

deyildi bunlar əlbəttə, amma hər halda çox filmlərdə 

çəkilmişdilər və odur ki, sifətləri də yaddaşlarda həkk 

olunmuşdu. Zaur yadına sala bilmirdi ki, bax bu müasir dəblə 

geyinmiş qadını hansı filmdə görüb, özü də sadə rus kəndlisi 

geyimində... Bax bu dama-dama pencəkli oğlan isə hansı 

filmdəsə alman zabitini oynayırdı... 

—Nədir, Zaurik, darıxmırsan ki? — Təhminə ona yanaşdı 

və Zaur yenə də öz-özüyçün qeyd elədi ki, Muxtar olmayanda 

Təhminə həmişəki kimi "Zaurik" deyir. — Ya kino ulduzlarına 

tamaşa eləyirsən? 

Zaur: 


—Bəli, — dedi, — canlı Larionovanı gördüm indicə. 

Təhminə də eyni zarafatcıl ədayla: 

—Mən də canlı Tixonovu gördüm, — dedi. 

—Dostlar, siz allah bağışlayın, — Muxtar onlara tərəf gəldi, 

amma yenə də hansı tanışınısa gördü, salamlaşdılar, qucaqlaşıb 

öpüşdülər.  

Təhminə: 

—Qəribə adamdır, — dedi. — Bax televiziyada da belədir. 

Hamı tanıyır onu, özü də hamının ürəyi gedir onunçün, görən 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə