Roman, povestlər



Yüklə 3 Mb.
səhifə65/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   61   62   63   64   65   66   67   68   ...   158

 224 

düşmənləri idi ata-anası, məgər arzuları onu xoşbəxt görmək 

deyildi və  əgər belədirsə, Zaur ömründə birinci dəfə olaraq 

sözün  əsl mənasında xoşbəxt ikən nə deyə bilərdilər axı? Bu 

xoşbəxtlik nəinki ata-anasına, hətta qonşularına, Alya 

xanımgilə  də sirayət etməliydi. Zaur inanırdı ki, Murtuzovlar 

belə, Firəngizi nə qədər Zaura ərə verməyi arzulasalar da, onun 

indiki xoşbəxtliyi qarşısında çəkilməliydilər, "qismət bu imiş" 

deyib Zaurla Təhminəyə uzun birgə ömür arzulamalıydılar. Və 

bütün başqa tanış-bilişlər də belə... və o cümlədən Təhminənin 

əri Manaf da belə... "Mənimlə xoşbəxt olmadı, barı Zaurla 

xoşbəxt olsun" deyə  qırağa çəkilməliydi Manaf və 

ümumiyyətlə, bütün adamlar bu dünyada belə nadir şey olan 

həqiqi səadəti görüb ona qibtə eləməliydilər. Firəngiz, 

doğrudan, yaxşı  qızdır, fağır .. Evlənmək olardı onunla, ala 

bilərdim onu, yaxşı ailə qura bilərdik. Amma nə edəsən ki, bu 

dünyada Təhminə var və Zaurun bəxtinə də məhz belə qəliz və 

xoşbəxt sevgi düşüb.  

 

 

Yeddinci fəsil 



 

Yar ilə  əğyarı  həmdəm görməyə olsaydı 

səbr 

Tərki-qürbət eyləyib 

əzmi-yar 

etməzmidim?! 

 

Axşam doqquzda Şabalovkaya gəldi, telestudiyanın 



qarşısında var-gəl eləməyə başladı. Studiyanın çöl qapılarından 

içəri elə hey adam girib-çıxırdı. Zaur da bir on beş  dəqiqə 

bayırda gözləyib içəri girdi. İçəri foyedə  də adam çox idi

dəmir məhəccərin yanında milis durmuşdu və foyenin o biri 

tərəfinə keçənlərin buraxılış  vərəqələrini yoxlayırdı. Zaurun, 

təbii ki, buraxılış  vərəqi yox idi, odur ki, foyenin o biri 

tərəfində qaldı... Foyenin bu tərəfi tüstü içində idi və  hətta 



 225 

divardakı lövhədə də göstərilirdi ki, papiros çəkmək yeri məhz 

elə buradır. Lövhənin altında, döşəmənin üstündə dairəvi sink 

qutu qoyulmuşdu, belə qutularda lent saxlayırlar, indi isə 

həmin qutunun yarısı külqabı olmuşdu, papiros, siqaret 

kötükləri ilə dolu idi. Arabir bu qutunun yanına gəlirdilər, 

acgözlüklə bir-iki dərin qullab vururdular və siqareti divara 

basıb (divar kül ləkələrindən qapqara idi) qutuya atırdılar... 

Qara cemperli qız çiyninə palto ataraq küçəyə  çıxdı, kimisə 

harayladı, geri qayıtdı... Başqa bir eynəkli qız telefonla harasa 

zəng eləməyə  cəhd edirdi. Qara cemperli qız növbətçi milisə 

yanaşaraq kağız verdi ona: — Vot, pojaluysta, spisok akterov, 

oni seyças proydut, — dedi. 

Sallaq bığlı  oğlan foyeyə  çıxdı  və bayırdan gəlmiş meşin 

pencəkli, özü kimi sallaq bığlı başqa bir gənci görüb: 

—Privet, starina, — dedi, — uqosti siqaretoy. Kakie u tebə? 

—Bete. Nu kak tebe? 

—Çto? 


—Nu, vçera. Fellini. 

—Nu, starik, qrandiozno oçumel, starik, süena v tunnele —

gto obaldetğ mojno. 

—Da, koneçno, starik... No vse je znaehğ", po moemu, 

Fellini ot barokko prişel k rokoko... 

Nədənsə bu cümlə Zaura xususi ləzzət verdi, pıqqıldayıb 

gülməkdən özünü güclə saxladı... Eynəkli qız axır ki, niyyətinə 

çatdı, telefonda istədiyi adamın səsini eşidib: 

—İr, gto ə Ölğka, — dedi — Bitıy ças torçu zdesğ ne moqu 

do tebə dozvonitğsə. 

Təhminə foyenin o başından gəlirdi, uzun paltar geymişdi

yanında da iki kişi və uzun, sarışın bir qadın vardı. 

Zaura tanış  gəlirdi bu qadın və az sonra yadına düşdü ki, 

onu ekrandan tanıyır — Moskva televizorunun diktoru idi. 

Kişilərdən biri də, görünür, moskvalı idi, o biri isə... Zaur, heç 

vaxt görməmişdi bu adamı, amma dərhal tanıdı, kim olduğunu 

təyin elədi.  Şübhəsiz, həmin televiziya rejissoru, adı 



 226 

Təhminənin dilindən düşməyən Muxtar Məhərrəmov bu idi. 

Muxtar çox da yaşlı adam deyildi, amma başı  ağarmışdı, 

birçəkləri tamam ağ idi, başında da ağ tüklər qaradan çox idi. 

Dolu bədəni bir az lırt təsir bağışlayırdı, bu təəssüratı  qırış 

zamş pencəyi, əzik köynəyi və səliqəsiz bağlanmış qalstuku da 

artırırdı, bu adam, deyəsən üst-başına heç fikir verən deyildi. 

Ağıllı və kədərli gözləri vardı. Muxtarın sifəti yorğun idi. Həm 

də bu yorğunluq bir gərgin günün, bir yuxusuz gecənin 

əzginliyi deyildi, illərin yorğunluğu idi. Bu yorğunluqda 

həyatdan bezarlıq da olmasa, hər halda, dünyanın hər üzünə 

bələdçilikdən doğmuş bir pərişanlıq vardı, bu adam elə bil 

yaşının illərindən qat-qat artıq yaşamışdı dünyada və  hər  şeyi 

də bilirdi insanlar haqqında. 

Görünür, Muxtar Məhərrəmov elə sayaq adam idi ki, 

dünyada heç bir şeylə  təəccübləndirmək olmazdı onu. Belə 

adamlar bədbəxtlikdən heç nəyə ürəkdən sevinə bilmirsə, 

xoşbəxtlikdən heç nəyə  də  dərindən kədərlənmirlər... 

Qəribədir, adamların başları da müxtəlif cür ağarır: bəzilərinin 

başı  ağappaq qar kimi ağarır, bəzilərininki elə bil kif-atır... 

Muxtarın çallığı kül rəngində idi, amma elə bil yalnız saçları 

yox, sifəti də kül rəngində idi, alnında və dodaqlarının 

ətrafında dərin qırışlar, gözlərinin altında qara həlqələr vardı və 

Muxtar içində boğulmuş adam təsiri bağışlayırdı. Bircə dişləri 

ağappaq idi və Muxtar güləndə nazik qara bığlarının altından 

ağaran dişləri sifətinə xoş bir ifadə verirdi...  

Təhminə Zauru görüb əl elədi, amma gəlmədi ona tərəf, 

dayanıb dostlarıyla danışırdı... Söhbətləri nə isə uzanırdı, 

amma Zaur səbirlə gözləyirdi, bilirdi ki, indicə  Təhminə 

onlarla görüşüb ayrılacaq, Zaurun yanına gələcək və onlar yenə 

də dünənki kimi Moskva küçələrini elədən-belə ölçəcəklər... 

Yenə  də cürbəcür adamlar foyeyə girib-çıxır, vəsiqələrini 

göstərirdilər, yenə də ayrı-ayrı cümlə qırıqları, ayrı-ayrı sözlər 

dəyirdi Zaurun qulaqlarına: "trakt, monitor, Xutsiev, Xesin, 

Fellini..." 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə