Roman, povestlər



Yüklə 3 Mb.
səhifə67/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   63   64   65   66   67   68   69   70   ...   158

 230 

kimi bağırlarına basıb öpürlər... Niyə belə qaşqabaqlısan, 

Zaurik?! 

Zaur: 


—Yox, — dedi, — kefim lap kökdür. — Və birdan-birə lap 

səfehcəsinə soruşdu: — Məni daha sevmirsən? 

Təhminə güldü: 

—Dəli,  əlbəttə sevirəm... Elə darıxırdım səninçün bütün 

günü ki... Bəs sən neyləmisən bütün günü? 

Zaur cavab verməyə macal tapmadı. Muxtar qayıdıb gəldi 

və Təhminə indi də Muxtara müraciət elədi: 

—Muxtar, o yelpicli qadın kimdir? 

Muxtar qadının adını dedi. 

—Bəs o cavan oğlan, yanındakı, əridir? 

—Keçmiş  əridir... Bax, onlara kofe gətirən oğlan da indiki 

əridir... Yaxşı, gedək restorana? 

Restoran, demək olar ki, tamamilə boş idi. Böyük salonda 

cəmi-cümlətanı üç-dörd stolun ətrafında adamlar oturmuşdu. 

Stolların üstündə kiçik çıraqlar yanırdı. Ayrı  işıq yox idi 

restoranda, odur ki, salon alaqaranlıq idi. Küncdə, pəncərənin 

yanında oturdular — sağda Təhminə, ortada Zaur, solda 

Muxtar. Ofisiant məzəli  şəkillər çəkilmiş menyunu gətirib 

qabaqlarına qoydu. Təhminə oxumağa başladı, elə bil 

yeməklərin adından belə dadlı iy gəlirdi, Zaur hiss elədi ki, 

möhkəm açıb — axı bütün günü dilinə bir şey vurmamışdı. 

Təhminə: 

—Heç özüm də bilmirəm nə istəyirəm, — deyə menyunu 

Muxtara ötürdü, — sən seç... 

Muxtar: 

—Duru xörək yeyəcəyikmi? — deyə soruşdu. 

Təhminə: 

—Əlbəttə, yox, — dedi, — axşam—axşam nə duru 

xörəkbazlıqdır?.. Mən toyuq istəyirəm. 

—Tabaka? 

—Hə. 



 231 

—Zaur, bəs siz? 

Zaur çiynini çəkdi. 

Muxtar: 


—Şəxsən mən yaxşı bir tikə  ət parçası yeyərdim, — dedi, 

ofisianta baxdı. — Podjarku u vas takje vkusno qotovət, kak 

prejde? 

Ofisiant başıyla təsdiq elədi. 

—Toqda davayte nam dve podjarki, da, Zaur? 

—Aha. 


Bir xeyli məzə də sifariş verdi Muxtar. 

—Yaxşı, içməyə nə içəcəyik?  

Təhminə: 

—Nə bilim, siz nə içəcəksiniz ki? 

Muxtar koynak sifariş verdi. 

Ofisiant hər şeyi yazıb getdi... Sükut çökdü, sonra Muxtar: 

—Fikir verdiniz, nə qəmli gözləri var? — dedi. — Ofisiantı 

deyirəm... 

Zaur bu sözlərə təəccüb elədi, çünki o özü Muxtarın gözləri 

haqqında bayaq bu cür düşünmüşdü. 

Muxtar: 

—Mən fikir vermişəm ki, ofisiantlardan, xüsusilə  də yaşlı 

ofisiantlardan çoxunun gözləri qəmli olur... Qəmli və  ağıllı... 

Görünür, peşələriylə bağlıdır bu cəhət... Ofisiant da allah kimi 

qəmli və müdrik olur. — O gülümsündü. 

Təhminə: 

—Bəyəm sən allahı görmüsən? — dedi. — Nə bilirsən ki, 

allah müdrik və qəmlidir?.. Yaxşı, tutalım müdrikdir, bununla 

razılaşmaq olar birtəhər, bəs qəmli niyə olsun ki, allah? 

—Bircə  səbəbdən... Elə ofisiantlar da o səbəbdən 

qəmlidirlər: allah da, ofisiantlar da insanlara yaxşı bələddirlər, 

onların bütün zəif, naqis cəhətlərini görürlər, buna görə  də 

qəmlidirlər... 

Zaur da bu sayaq, maraqlı bir şey demək istəyirdi. Muxtara 

etiraz eləmək istəyirdi, həm də elə bir tərzdə eləmək istəyirdi 



 232 

ki, həm ağıllı olsun, həm də məzəli, amma elə bil bütün zehni 

qıc olub qalmışdı. Heç bir şey düşünməyə, tapıb deməyə 

iqtidarı yox idi, sanki çuqun ağırlığı çökmüşdü bütün içinə, dili 

də elə bil zəncirlə kilidlənib hərəkətsiz qalmışdı. Özünü çox 

naqolay hiss edirdi, qorxurdu ki, birdən kobud bir səhv eləyər

çəngəlləri-bıçaqları qarışıq salar, ya yöndəmsiz davranıb nəyisə 

salıb sındırar. Salfeti hara qoymağı da bilmirdi, əllərinə də yer 

tapa bilmirdi elə bil. Ona elə  gəlirdi ki, bu narahatlığını 

Təhminə  də, Muxtar da duyurlar, xususilə  də Muxtar. Zaur 

görurdü ki, Muxtar hərdənbir altdan-altdan ona göz qoyur, 

hərəkətlərini izləyir və Zaurun bütün varlığını, içini, rentgen 

cihazındaymış kimi görür. Zauru bu cür gördüyüyçün də ona 

bir qədər yüngül istehzayla baxır — yaşlı adam uşağa baxan 

kimi... 

Ofisiant məzələri gətirdi, konyakı badələrə süzdü. Muxtar 

yeməkdən bircə tikə  də  ağzına götürməmiş konyakı daddı, 

sağlıqsız-filansız bir qurtum içdi, sonra isə uzun müddət badəni 

ovucları arasında sürtdü, elə bil isidirdi, sonra yenə də kiçik bir 

qurtum aldı... Zaur da içmək istəyirdi, amma bilmirdi necə 

eləsin. Muxtar kimi sağlıqsız-filan, kiçik-kiçik 

qurtumlarlamı?.. 

Təhminə: 

—Bir az salat ver, mənə, — dedi. 

Zaur pis bir hisslə Muxtarın qonaq elədiyi məzələri 

Təhminənin boşqabına qoyurdu. Sonra badəsini qaldırdı: 

—Sənin sağlığına, Təhminə, — dedi. 

Təhminə: 

—Çox sağ ol, əzizim, — dedi və bir qurtum aldı. Muxtar 

Təhminəyə baxıb  gülümsündü   və o da bir qurtum içdi. Sonra: 

—Amma öz aramızdır, konyak doğrudan da əla konyakdır 

ha, — dedi. 

Zaur da təsdiq elədi. 

Muxtar qəfilcən Zaurdan soruşdu: 

—Bəs siz nəylə məşğulsuz? 



 233 

Zaur: 


—Geoloqam, — dedi və bir qədər sükutdan sonra əlavə 

elədi. — Amma nəşriyyatda işləyirəm... Təhminəylə bir yerdə 

işləyirdik. 

—Elədir, hə, Təhminə deyirdi axı... Geoloq... Romantik 

sənətdir... həmişə, dağda daşda... 

Zaur tutuldu — onun söyər yerinə toxunmuşdu Muxtar. 

Zaur həmişə  xəcalət çəkirdi ki, bütün kurslarından bircə o əsl 

peşəsiylə — geoloq peşəsiylə  məşğul olmur, nəşriyyatda 

geologiyaya aid kitabları redaktə edir. Nəşriyyata anasının 

təkidiylə  işə düzəlmişdi, aspiranturaya daxil olmaq üçün staj 

lazım idi. Doğrudur, heç aspiranturaya da girmədi, yenə  də 

anasının təkidiylə  sərbəst mövzu götürdü, amma hər halda 

ikinci ildi ki, bu nəşriyyatda ilişib qalmışdı. "Dağlar, 

meşələr..." Bilmirdi Muxtar qəsdənmi onun yaralı yerinə 

toxunmuşdu, ya təsadüfən demişdi bu sözləri. Romantik 

sənət... Təhminə ki, hər halda Zaurun bu zəif damarından agah 

idi, amma o da Muxtarın sözlərinin fərqinə varmırdı elə bil. 

Eybi yox, Zaur da borclu qalan deyil. 

—Bəs siz nə  sənət sahibisiniz? — deyə Muxtara müraciət 

elədi. Əlbəttə, onun nə sənət sahibi olduğunu çox gözəl bilirdi, 

necə  də bilməyə bilərdi ki, söhbətləri bayaqdan məhz elə 

Muxtarın işi-peşəsiylə əlaqədar idi. 

Muxtar qımışdı və zeytunu ağzına atıb: 

—Mən televiziya rejissoruyam, — dedi, — amma mənim də 

əsl peşəm deyil bu... Təhsilimə görə  mən kino rejissoruyam. 

Vaxtilə Moskvada kino institutunu qurtarmışam. Bu, uzun 

əhvalatdır... 

Muxtar bunu elə  tərzdə dedi ki, Zaur düşundü: "Deyəsən, 

mən də yaralı yerinə toxunmuşam", — məmnun oldu bundan, 

amma bu səfər Təhminə əlüstü söhbətə qarışdı: 

—İnstitutu qurtarandan sonra Muxtarı burada, "Mosfilm"də 

saxlayırlarmış... Elə nahaq qalmamısan o vaxt... Qalsaydın, 

indi neçə böyük film çəkmişdin. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə