Roman, povestlər



Yüklə 3 Mb.
səhifə68/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   64   65   66   67   68   69   70   71   ...   158

 234 

Muxtar: 


—Ay Təhminə, məgər iş filmin böyüklüyündə

kiçikliyindədir? — dedi. — Hər  şey daha qəlizdir həyatda. 

Həm də daha sadə... Həm daha qəliz, həm daha sadə, — deyə 

bir daha təkrar elədi. — İnsan ömründə bir sərhəd var, 

görünməz yaş sərhədi, — əlbəttə, sən də, Zaur da bu sərhəddən 

hələ çox uzaqsınız, amma mən daha keçmişəm bu sərhədi, odur 

ki, danışa bilərəm bu barədə... Bu sərhədə çatanacan hər  şey 

qabaqdadır, ümidlərlə, arzularla, xəyallarla yaşayırsan — filan 

şeyi filan filan eləyəcəyəm, filan iş filan cür olacaq. Elə ki, bu 

sərhədi keçdin — istəyirsən lap bizim o Şirəli baba kimi yüz 

əlli il yaşa — hər  şey arxada qalmış olacaq, ancaq xatirələr, 

həyata keçməmiş arzular barəsində, baş tutmamış niyyətlər 

haqqında xatirələr, vəssalam. 

Konyakdan bir qurtum aldı və Zaura baxdı: 

—Bilirsiz, Zaur, lent, plyonka — böyük məsələdir. Lent 

qalır — böyük film olsun, kiçik olsun, fərqi Yoxdur — 

plyonkaya, lentə çəkmisən — kinofilm, ya telefilm — qalacaq. 

Amma mənim peşəm kədərli peşədir. Televiziya verilişləri, 

filmləri yox a, verilişləri rejissoru... Verilişi hazırladın, efirə 

verdin, vəssalam,  şüttamam, daha yoxdur o veriliş, heç bu 

qədər zəhmətin,  əzab-əziyyətin elə bil yerli-dibli olmayıb... 

Başa düşürsüz? 

Zaurun yerinə Təhminə cavab verdi:  

—Lap mənim kimi. Elan elədim, ekrandan getdim, 

vəssalam, izim-sorağım qalmır.  

Muxtar: 


—Bəli, — dedi, — doğrudan, kədərli işdir. Nə qədər əmək 

sərf eləyirsən, gecə-gündüz bilmirsən, ağlında, qəlbində  nə 

varsa hamısını tökürsən ortalığa,  əsəblərinin, sağlamlığının 

hesabına veriliş hazırlayırsan, bəzən həftələrlə, aylarla ancaq 

bu barədə düşünürsən, bütün istedadını, — yaxşı, deyək ki

istedad böyük sözdür, — qabiliyyətini deyək, bacarığını-

təcrübəni deyək — bir söz, varın-yoxun nəyin varsa, qabında, 



 235 

necə deyərlər, nə varsa atırsan ortalığa, veriliş hazırlayırsan, 

yarım saat, qırx dəqiqə, çoxu bir saat efirdə səslənir, sonra... — 

siqaretindən bir qullab alıb dodaqlarını araladı, tüstü burula-

burula yuxarı qalxdı, — bax bu tüstü kimi uçub gedir hamısı, 

heç nə qalmır... Yox, Doğrudan, çox kədərli peşədir... 

—Ofisiantların peşəsi kimi? — deyə Zaur yadına saldı. 

Təhminə dərhal: 

—Tək ofisiantların yox, həm də allahın, — dedi. 

Muxtar gülümsündü: 

—Bəli kədərimiz allahınkı  qədərdir, amma müdrikliyimiz 

yoxdur.  

Təhminə: 

—Muxtar, gəl bir yerdə bir film eləyək. Sən çək, mən də 

oynayım. Bilirsən necə oynayaram... Sənin bütün məşhur 

aktrisalarından yaxşı. Hə, nə olar, gəl bir təşəbbüs eləyək də... 

Ümumiyyətlə, gəl səninlə birgə bir iş görək də axır ki. — 

Zaura Təhminənin bu cümləsi bir az ikibaşlı göründü. 

—Mən ki sənə çoxdan bunu təklif edirəm. — Muxtar da 

beləcə ikibaşlı cavab verdi. 

Təhminə: 

—Ciddi deyirəm, — dedi. — Yəni təkid eləsən, sənə film 

verməzlər çəkməyə?.. Niyə baş qoşmursan bu işə axı? Heç 

olmasa mənimçün, mənim xətrimə... Baş rolda çəkərsən 

məni?.. 

Muxtar: 


—Gecdir daha, — dedi. — Bu yaşda mən həyatımı 

dəyişməyəcəyəm ki?.. Elə sənin də daha vaxtın keçib. 

Təhminə: 

....—Utanmazın biri utanmaz, — dedi, — dilin necə  gəlir 

mənə belə söz deməyə. Ölürəm, kinoda çəkilmək istəyirəm. 

Heç olmasa nə isə qalsın bu dünyada məndən bir gün yıxılıb 

öləndə. Özü də indi istəyirəm, çünki sonra, sən demiş, 

doğrudan da, gec olacaq, vaxtı keçəcək.  İstəyirəm ki, kino 

ulduzu olum, şəkillərimi jurnallarda çap eləsinlər. Sevdiyim 



 236 

rəng? Mavi... Bəyəndiyim   filmlər — rejissor Muxtar 

Məhərrəmovun əsərləri... Xobbim? Nədir, doğrudan da mənim 

xobbim?  

Muxtar:  

—Bəzənib-düzənmək, — dedi. 

Təhminə: 

—Əh, siz kişilər heç nə başa düşmürsüz bu dünyada, — 

dedi — Başa düşmürsüz ki, gözəl qadın da milli dəyərdir, nadir 

ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi... 

Muxtar: 

—Təvazökarlığına söz ola bilməz, —dedi. 

Təhminə: 

—Nədir, deyəcəksən, gözəl deyiləm? Gözəlliyimi də 

danacaqsız yoxsa?  

Muxtar: 


—Yox, danmıram, — dedi. — Amma   dəqiqləşdirmək 

istəyirəm. Sən doğrudan da çox gözəl idin. Təkrar edirəm: 

idin...  

Təhminə: 

—Naxal, — dedi və barmağıyla zarafatyana hədələdi 

Muxtarı, sonra Zaura tərəf döndü. — Zaur, bəs sən nə ağzına 

su alıb durmusan, necə centlmensən, müdafiə eləsənə məni bu 

köntöy ədəbsizdən. 

Amma Zaur ağzını açmamış Muxtar: 

—Sənin cavabını verirdim, — dedi, — Muxtar 

Məhərrəmovun əsərləri haqqında istehzana görə... 

—Ay Muxtar, yəni zarafat-zad başa düşmürsən? 

—Bəs sən? Sən zarafat başa düşmürsən? Heç mən sənin 

gözəlliyin haqda keçmiş zamanda danışa bilərəm? 

Zaur hiss eləyirdi ki, Muxtarla Təhminənin arasında gedən 

bu yarızarafat, yarıciddi atışmanın dalında uzun illərin sıx 

münasibətləri, tanışlığı, dostluğu durur, — bunlar hamısı bütöv 

bir aləmdir və Zaur bu aləmdən tamam bixəbərdir... 

Ofisiant isti yeməkləri gətirdi, onlar yeməyə başladılar, 



 237 

arabir sağlıqsız-zadsız, qurtum-qurtum konyakdan da içirdilər, 

içkinin xumarı yavaş-yavaş Zaurun fikirlərini dumanlandırırdı 

və o sıxılır, özünü son dərəcə naqolay və artıq hiss eləyirdi bu 

məclisdə.  İstər-istəməz özünü Muxtarla müqayisə eləyirdi və 

Muxtarın hazırcavablığı, ülfətə-ünsiyyətə yatımlığı, hətta 

yumşaq kədəri müqabilində Zaur özünü son dərəcə  ağır, 

qılıqsız, hətta, küt və  bəsit adam kimi qavrayırdı... Yadına 

salırdı  Təhminənin dünənki sözlərini, gecə  nəvazişlərini

düşünürdü ki, bütün bunlar yalan deyilsə, onda Təhminə nəyə 

görə, axı, nəyə görə, Zauru sevir? Təhminə kimi bir qadın 

hansı  cəhətlərinə, hansı  məziyyətlərinə görə Zaur kimi bir 

adamı sevə bilər axı? Ancaq Zaurun zahiri görünüşünə, boy-

buxununa, sir-sifətinə, cavanlığına, gücünə görəmi?  Əgər 

belədirsə, deməli, onları yalnız və yalnız şəhvət bağlayır? Bəs 

onda Domodedovo meşəsində  cəh-cəh vuran quşlar, Moskva 

küçələrindəki dünənki  şıltaqlıqları,  əlaqələrindəki bütün 

poeziya — bunlar necə olsun bəs, bütün bunlar da yalnız 

şəhvət oyunlarıyçün bir hazırlıq imiş yoxsa? 

Muxtar danışır, danışırdı. Zauru fikirlər aləminə, qəm 

dəryasına qərq eləmiş içki Muxtarı əksinə nəşələndirmişdi, dil 

boğaza qoymurdu. İndi o öz peşəsini yamanlamırdı,  əksinə 

tərifləyirdi, deyirdi ki, dünyada heç bir başqa sənətə dəyişməz 

onu, doğrudan da, deyirdi, məgər möcüzə deyilmi bu? Gecənin 

tənhalığında tək bir adamın başına gələn fikirlər, sözlər əvvəlcə 

kağız üzərində maddiləşir, sonra isə  səhərisi gün onlarla, 

yüzlərlə adamın iştirakıyla sifətlərə, rənglərə, səslərə, lövhələrə 

çevrilir, canlı həyatın bir parçası olur və bütün bu həyatın nəbzi 

rejissorun ovcunun içindədir. Bu həyat ekran işığıyla minlərə, 

milyonlara göstərilir, onların yaddaşına, zehninə  həkk olunur. 

Nə olsun kn, ekran sonra solub sönəcək, bütün sözlər, bütün 

sifətlər  əriyib yoxa çıxacaq — bu dünyada daimi nə var ki? 

Xoş bir yuxudan aldığımız təəssürat kimidir bu — 

yaddaşımızda, qəlbimizdə qalır. Və xoş bir yuxudan, ya yaxşı 

bir verilişdən yaddaşımızda qalan iz məgər həyatın başqa 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə