Roman, povestlər



Yüklə 3 Mb.
səhifə62/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   58   59   60   61   62   63   64   65   ...   158

 214 

bizim münasibətlərimizdə... Bir yerdə olduğumuz dəqiqələrin 

xoşbəxtliyi ilə yaşa... Budur əsl həqiqət… 

...düz deyirmiş Təhminə… 

 

*** 

Uzun zaman şoseylə piyada getdilər, sonra yoruldular, avtobusa 

mindilər, avtobus adamla dolu idi — balıq ovundan qayıdan 

tilovlu adamlar da çox idi avtobusun içində. Nogin meydanında 

düşdülər… Moskva çayının sahili ilə addımladılar... 

Təhminə: 

—Bu da mənim  iqamətgahım, — dedi. "Rossiya" otelinin 

pəncərələrindən axşam işıqları  şölələnirdi, çəhrayı  pərdələr 

işıqları öz rənginə boyayırdı... 

Frunze sahilinə çatdılar, damında aeroflotun reklamı yanan 

üçmərtəbəli evin həyətindən keçib Krım körpüsünə çıxdılar... 

Onlar heç kəsin tanımadığı böyük və  şən  şəhərdə azadlıq, 

asudəlik duyğularında məst kimiydilər, qol-boyun olub halay-

valay vura-vura gəzirdilər. Elə bil illərin yükünü də atmışdılar 

üstlərindən, — elə bil on altı-on yeddi, ən çoxu on səkkiz 

yaşındaydılar, tanımadıqları adamlarla salamlaşırdılar və bu 

adamlar da təəccüblə onlara cavab verirdi, gül alırdılar və 

cavan oğlanlarla qızlara bağışlayırdılar, telefon avtomatlara 

girib Bakı nömrələriylə Moskva abonentlərinə zəng vururdular 

və Dadaşın nömrəsinə cavab verən boğuq səsli kişidən Dadaşı 

xəbər alırdılar. Mübahisə edirdilər: eyni telefon nömrələrinin 

Bakıdakı və Moskvadakı sahiblərinin səsləri oxşayır bir-birinə, 

ya yox... Oteldəki liftlərin üstündə  də  mərc çəkirdilər. Hansı 

tez gələcək. Zaur ikinci, Təhminə üçüncü deyirdi. Üçüncü 

əvvəl gəldi və Zaur Təhminəyə bir manat uduzdu... Məlumat 

kioskunun qarşısında növbəyə durdular, növbələri çatanda 

soruşdular: "Moskvada xoşbəxt adamın ünvanını verə 

bilərsinizmi", məlumatçı qız mat-mat onlara baxırdı və hər ikisi 

"Soruşsalar, bizim ünvanımızı verin", — dedilər... Tirə 

girdilər... Zaur sərrast nişan atıb  ətir uddu. Təhminəyə 




 215 

bağışladı. Təhminə dedi ki, mütləq bu ucuz ətiri də bahalı 

fransız  ətirlərinin tərkibinə qatacaq, — onda qoxusunun sirri 

lap açılmaz olacaq — səadət qatılacaq bu qoxuya-deyirdi... 

Dondurma satan arvaddan dondurma alarkən ona Mixail  

Vasilyeviçdən çoxlu salam dedilər... Arvad gözünü döydü, 

hansı Mixail Vasilyeviç?.. Küçəni düz keçmədilər, milis 

saxladı onları, üç manat cərimə istədi. Zaur pulu uzadandan 

sonra milis qəbz verdi… Təəccüblə  qəbzi aldılar, serjant 

Trofimovun imzasından, cərimənin səbəbindan və məbləğindən 

başqa orada bugünkü tarix də yazılmışdı — 25 sentyabr. Zaur 

qəbzi cırıb atmaq istəyirdi. Təhminə qoymadı, səliqəylə büküb 

sumkasına atdı… 

—Heç bunu cırmaq olar? — dedi. — Bu bizim ən xoşbəxt 

günümüzün qəbzidir. Serjant Trofimov özü təsdiq edib bu tarixi... 

Qoy yadigar qalsın... Dünyada yeganə  təqsirimizin — Kutuzov 

prospektini düz keçməməyimizin şəhadəti kimi qalsın. 

Zaur: 


—Yaxşı, — dedi. 

—Gedək mənim nömrəmə... 

—Sənin nömrənə? 

—Hə, mən təkəm nömrədə. 

—Məni buraxarlar? 

—Növbətçiylə danışmışam... Dost olmuşuq onunla, məni 

görübmüş televizorla... 

Elə bil nə isə sancdı  Zaurun ürəyində.  Təhminənin belə 

asanlıqla növbətçiylə dil tapıb yad adamı nömrəsinə gətirməsi 

nə isə pis təsir bağışladı ona. Təhminə elə bil onun 

ürəyindəkiləri oxuyaraq. 

—Amma, sən allah, yenə ilan-qurbağa gəlməsin fikrinə, — 

dedi: — İntəhası  mən bu gün gündüz sənin teleqramını 

göstərdim növbətçiyə, hər  şeyi olduğu kimi dedim və arvad 

məni başa düşdü. 

 

*** 



 216 

—Dayan, elə yox, yavaş, dayan, özüm soyunum... İşığı 

keçir... Gəl bura... darıxmışam səninçün yaman... Canımsan 

mənim... Ay allah, dəli olacağam mən... Zaurik, mənsiz necə 

dözürdün bu qədər vaxt... əzizim mənim, canım...  

Gecənin  ən gizlin, ən isti sözlərini deyirdi Təhminə,  ən 

çılpaq sözlərini. Nömrədəki reproduktordan musiqi eşidilirdi. 

Qadın müğənni həzin və  yorğun səslə  kədərli bir mahnı 

oxuyurdu... 

Sonra onlar sakit uzanıb siqaret çəkəndə Təhminə dedi: 

—Bilirsən bu nə mahnı idi, Zaur? 

—Yox. 


—Qədim gürcü mahnısı. 

Bütün bu gün və bu gecə  ərzində ilk dəfə olaraq yavaşdan 

və qəmli-qəmli əlavə etdi: 

—Mən olmayanda birdən bu mahnını eşitsən hər şey yadına 

düşəcək. Moskva, bu gecəmiz... 

"Mən olmayanda", — deyə Zaur onu yamsıladı. — Yenə 

başladın? 

—Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla 

da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür 

olmayacaq Zaur, heç kəslə olmayacaq bir də, mən bilirəm.. 

Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı, amma bu cür yox... 

Ola bilməz ki, hər  şey bax beləcə  təkrar olsun. Domodedovo 

meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü 

mahnısı da... Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin... 

Onunçün də mən arxayınam... 

…düz çıxdı Təhminənin sözləri…




 217 

 

*** 

Səhər saat 10-da Mayakovski metrosunun yanındakı yeraltı 

keçiddə Bakı  təyyarəsinə bilet aldı... Aşağıda, perronda 

ayrıldılar. Təhminə telestudiyaya getdi, məşqi vardı... 

—Axşam 9-da, Şabolovkada, televiziyanın qabağında gözlə 

məni, — dedi və uzaqlaşan qatarın pəncərəsindən Zaura əl 

elədi... 

Zaur eskalatorla yuxarı qalxdı. Mayakovski meydanına 

çıxdı, Qorki küçəsiylə Baş Teleqrafa tərəf addımladı... 

Dünəndən bəri heç nə yeməmişdi, yatmamışdı, amma nə 

yorğunluq hiss eləyirdi, nə yuxusuzluq... Qısamüddətli səhər 

yağışının yuyub islatdığı səkilərlə yeriyir və bir saat, beş saat, 

səkkiz saat bundan qabaqkı kimi yenə  də  Təhminənin 

pıçıltılarını 

eşidir, sığallarının, 

əllərinin, saçlarının, 

dodaqlarının təmasını duyurdu... Moskvanın bütün gözəl 

qadınları — payız küçəsinin bütün qadınları  Təhminəni 

xatırladırdı Zaura və heç biri ona tay ola bilməzdi... Zaur dünən 

Təhminəylə keçdiyi yerlərdən indi tək keçmək istəyirdi, amma 

bu təkliyində  tənha deyildi, Təhminə  də onunlaydı — sözləri, 

nəvazişləri, pıçıltıları,  ən çılğın məhəbbət anlarında gah 

yumşaq, gah ehtirasdan boğulmuş kəsik gülüşləri, dodaqlarının 

istisi, uzun incə barmaqlarının sərinliyi, küçədə, liftin, 

eskalatorun, ya avtobusun basabasında qeyri-ixtiyari, 

qəsdənmi, təsadüfənmi Zaurun köksünə  qısılması, belinin, 

dizlərinin toxunuşu yalnız fikrində, xəyalında deyil, bədəninin 

hər hücrəsində yaşayan, nəbz kimi döyünən xatirələr — Zauru 

indiyə  qədər heç bir vaxt duymadığı, yaşamadığı bir səadət 

burulğanına qərq edirdi və bu burulğan içindən yenə  də 

Təhminənin sifəti, gülüşü, danışıqları durulub çıxırdı. Nə qədər 

söhbətlər etmişdi Təhminə bu gecə. Elə bil indiyəcən dəniz 

sahilindəki yay görüşlərində demədiyi, danışmadığı, ürəyində 

saxladığı bütün sözləri, bütün söhbətləri bu ilıq Moskva 

gecəsində deyib qurtarmaq istəyirdi... Uşaqlığından danışırdı 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə