Roman, povestlər



Yüklə 3 Mb.
səhifə60/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   56   57   58   59   60   61   62   63   ...   158

 208 

…Üç-dörd qədəh içmişdi Zaur, beyni dumanlanmışdı, ya 

nəydi, amma birdən ona elə gəldi ki, Təhminəni sevir, heç kəsi 

heç vaxt sevmədiyi və sevməyəcəyi kimi sevir. 

Cabbar: 

—Günü sabah elmi katiblə danışaram, — dedi... 

 

*** 

Bütün gecəni gözünü qırpmadı Zaur. Səhər işə də hamıdan 

ertə gəldi. Mühasib Səfdər kişi gəlib çıxanacan özünə yer tapa 

bilmirdi. 

—Səfdər dayı, bu gün maaş verəcəksən? 

—Bəs necə? Günün ikinci yarısında... 

—Bayramlarda növbətçi olmuşam, üç gün otqulum var, 

götürə bilərəm? 

—Gərək direktor müaviniylə danışasan bu barədə. 

Direktorun müaviniylə danışdı. Müavin təəccübləndi, amma 

Zaurun ərizəsinə dərkənar qoydu. Saat ikidə Zaur cədvələ qol 

çəkib, 52 manat 30 qəpiyini aldı. İndi cibində 95 manatı vardı. 

Gedib aeroflotun kassasından gündüz reysinə bilet aldı, sonra 

poçta girib teleqram vurdu: Moskva, Üentralğnoe televidenie, 

Taxmine Aliyevoy. Leçu k tebe v prəmom i perenosnom smısle 

slova. Zavtra budu v Moskve. Reys 852, üeluö, Zaur". 

 

*** 

—Mən bilirəm sən niyə Moskvaya gedirsən... Dünən sənə 

qaş-göz eləyirdi televizordan, elə bilirsən başa düşmədim... 

Heç hara getməyəcəksən... Yalan deyirsən, heç bir işin-filan, 

heç bir komandirovkan-zad yoxdur... Guya bilmirəm, zəng 

eləyib idarədən soruşaram bu saat, görüm, nə  təcili işdi belə 

səni  əlimyandıda göndərirlər. Gördün, deməli yalan 

deyirsənmiş, heç eyib etməz,  əlbət indi aton gəlib danışar 

səninlə. Necə, atovu da gözləməyəcəksən? Nə reys, nə bilet, a 

gədə, bu saat biletivi də götürüb çıraram, nə  mənim başımı 

tovlayırsan a virananın balası, bu saat mən atova zəng eləyim. 



 209 

Necə, onsuz da gedəcəksən, deməli, vecinə deyil, atan da, anan 

da, deməli o həyasız köpəkqızı səninçün atondan-anondan əziz 

olub. Budu bizim haqq-sayımız, bütün əzab-əziyyətlərimizin, 

çəkdiyimiz zəhmətin əvəzi budu verirsən bizə, deməli, anavın 

göz yaşı da səninçün bir qoz imiş, gör bir o çərhaya bunun 

başını neçə fırladıb, sən allah; çərhaya deyil nədir, çərhaya da 

deyərəm, ləçər də, ondan onqat betərini də, hələ sən məni yaxşı 

tanımırsan, götürüb zəng eləyərəm onun o əri qurumsağa. 

Mənə yazığın gəlmir, barı xəstə atava yazığın gəlsin. Sənin heç 

insafın-mürüvvətin yox imiş, ə nə təhər adamsanmış sən. Yaxşı 

get, lütkomun biri lütkom, get görüm hansı pula gedirsən. Elə 

bilirsən elə əvvəlki kimi atan-anan cibinə xərclik qoyacaq, asta 

ye boğazında qalar, gedirsən elə get ki, bir də qayıtma, gözüm 

səni görməsin, naxələf övlad... Gedirsən, ay oğul, ay bala, 

gözümün işığı, anan ayağının altında ölsün. Necə yəni nigaran 

olma, axı ana ürəyidir, necə nigaran olmasın, bilmirəm hara 

gedirsən, kimin yanına, nə olsun ki, üç günə qayıdacaqsan?! Bu 

üç günə vacibdir o lotubeçənin yanına gedəsən?! Yaxşı, 

demirəm, demirəm onun haqqında pis söz, amma axı, görürəm 

axı, başını hərlədib sənin, dünya-aləm gözündə deyil sənin bu 

saat, mən bu dərdə necə dözüm, ilahi?! Gəlib mənim meyitimi 

görərsən, heç olmasa bu plaşı at çiynivə,  şərfi dola boynuva, 

soyuqdur indi oralar yəqin?! Aman allah, bu nə müsibət idi 

bizim başımıza gətirirsən. Öləydim bu günü görməyəydim, barı 

bir  əlcə teleqram vur görüm necə gedib çatdın? Cadu eləyib 

sənə, allaha and olsun cadu eləyib, görüm sənə cadu eləyənin 

əli-qolu qurusun, dili tutulsun. Görüm onu gözü ağlar qalsın, 

necə mənim gözüm ağlar qalır balamın dalınca. Dayan görüm

adə, qoy bir su atım barı dalınca... Allah, nə günahımız var ki, 

sən bizim başımıza belə müsibət açırsan, teleqramı yaddan 

çıxartma ha... 

 

 

Altıncı fəsil 




 210 

 

Canlar verib sənin kimi cananə yetmişəm 



Rəhm eylə kim, yetincə  sənə cana 

yetmişəm. 

 

Naş samolet poşel na snijenie. Proşu vas zasteqnutğ remni i 



vozdercatjsə ot kureniə. 

Leysan yağışdan sonra Moskva səması tərtəmiz və açıq idi. 

Havada saflıq duyulurdu. Yağış elə bil dərbədər buludları 

süpürüb, göy üzünü tərtəmiz yuyub silmişdi və ətrafa çökmüş 

mavilik aerovağzalın şüşə qalereyasını da əhatə eləmişdi: şəffaf 

qalereyanın içində adamlar görünürdü — qarşılayanlar, yola 

salanlar; uçub gedənlər, uçub gəlmişlər... Təyyarədən düşüb 

qalereyanın içiylə gedən sərnişinlər içində Zaur da 

addımlayırdı və qalereyanın o biri başında, qarşılayanlar içində 

Təhminə dayanmışdı. Zaur onu lap uzaqdan gördü, əl elədi. 

Təhminə  də Zauru gördü və ona tərəf atılmaq istədi, amma 

tünd-göy rəngli xidmət paltarı geymiş  qız təbəssümlə onu 

saxladı — qarşılayanların qalereyaya keçməyə ixtiyarı yox 

idi... Zaur bunu gördü, qaçdı  Təhminəyə sarı, yeddi-səkkiz 

metrdən sonra Təhminə onun boynuna atıldı: 

—Zaurik, — dedi, — nə yaxşı ki, gəldin... 

Çox-çox illər sonra, qoca yaşlarında, hərdənbir ömrünün acı 

və xoş xatirələrini fikrində arıtlayanda,  şadlıq və  kədər 

günlərini yada salanda Zaur düşünürdü:  əgər həyatı boyu 

bəxtiyar illəri, ayları, günləri, saatları, dəqiqələri olmuşdusa — 

xoşbəxt dəqiqələrinin  ən xəşbəxti bax bu bir neçə an idi — 

Domodedova aeroportunun şəffaf qalereyasında — uzaqdan 

Təhminəni görəndə, ona tərəf qaçanda, Təhminəni qolları 

arasına alanda və Təhminə deyəndə: 

—Zaurik, nə yaxşı ki, gəldin... 

 

*** 

—Baqaj nədi, dəli olmusan?.. Elə-beləcə gəlmişəm. Gedək. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə