Roman, povestlər



Yüklə 3 Mb.
səhifə58/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   54   55   56   57   58   59   60   61   ...   158

 201 

Murtuzovlarla bir yerdə Zaurun tanımadığı başqa bir ər-arvad 

da gəlmişdi, necə deyərlər, çağırılmamış qonaqlar. Alya xanım 

izahmı eləyirdi, üzrmü istəyirdi, hər halda qeyri-müəyyən bir 

tonla: 

—Tahirəylə Cabbar da gəlib çıxdılar bizə, dartdım onları da 



gətirdim, — dedi. 

Tahirə Alyanın ortancıl bacısı idi. Çünki kiçik bacısı da 

vardı —Sürəyya, Nemətin arvadı. Nemət tərcüməçi idi. Zaurla 

bir nəşriyyatda işləyirdi və Zaur onu son dərəcə duzsuz-dadsız 

bir adam hesab eləyirdi. 

Amma Cabbarla Tahirəni Zaur birinci dəfə görürdü. 

Tahirə də Zivər xanıma: 

—Sən allah, bağışlayın,— dedi. — Alya qır-qıc oldu ki, 

gərək siz də gedəsiz, heç bilmirdim ki, Zaurun ad günüdür bu 

gün... hədiyyə bizim boynumuza. — Guya Tahirə üzrxahlıq 

eləyirdi, amma bu sözləri elə böyük bir təşəxxüslə deyirdi ki, 

onların mənası tamam başqa cür çıxırdı: yəni sizin minnətiniz 

olsun ki, biz təşrif gətirib sizə qonaq gəlmişik. 

Zivər xanım: 

—Eyib deyilmi, nə danışırsız, öz evinizdir, xoş gəlmisiniz, 

— deyirdi. 

Amma Zaur ona da fikir verdi ki, anası da tələffüz elədiyi 

sözlərə tamam başqa məna verdi. Anası da hiss eləmişdi 

Tahirənin forsunu, özündən müştəbehliyini və imkan tapan 

kimi onu yerində otuzdurasıydı... 

Zaur bunu da başa düşürdü ki, qonşuların bu nümayəndə heyəti 

yalnız. Firəngizi göstərməkçün gəlməyib, həm də Zaura baxmağa 

gəlib. Daha doğrusu, yalnız tək bir Zaura yox, oğlanın ailəsinə, 

qohum-əqrəbasına, evlərinə-eşiklərinə, dolanacaqlarına və 

davranışlarına, bir söz, "bizim Firoçkanın" düşə biləcəyi mühitə... 

Tahirə, görünür, Alyanın yalnız bacısı deyildi, həm də  ən yaxın 

məsləhət-məşvərətçisi idi, odur ki, onun rəyi, fikri, təəssüratı vacib 

idi... Zaur, içində bütün bu bayağı oyuncaqlara nəinki gülürdü, 

müəyyən ikrah hissi də duyurdu, bu duyğularını ört-basdır etmək, 



 202 

üzə çıxarmamaq, hamıya xoş sifət göstərmək, mehribanlıq eləmək 

istəyirdi. Özü də bu halına təəccüb qalmışdı. Adətən bu sayaq 

münasibətlər, ümumiyyətlə, ad gününün saxta şadyanalığı onu 

əsəbiləşdirərdi. Zaur bu günün tez qurtarıb getməsini arzulayırdı. 

Amma bu gün səhərdən bəri bütün içini doldurmuş ilıq, xoş bir 

duyğu, elə bil onun bütün insanlara münasibətini də 

mülayimləşdirmişdi: heç kəs onu əsəbiləşdirmirdi... 

Dəqiqəbaşı  əlini cibinə atır, "Ronson" alışqanını  çıxarıb 

odlayırdı  və ona elə  gəlirdi ki, onun sevincinə, fərəhinə hamı 

şərikdir. Bu alışqanı bu gün işə  Təhminənin qonşusu Mədinə 

gətirmişdi. Təhminənin dünən dediyi hədiyyəsiydi bu 

"Ronson" alışqanı, bir dəstə gül və üstündə  təbrik sözləri 

yazılmış kağız... Zaur elə bil qəribə yuxu içində idi və ona 

müraciətlə deyilən sözləri də əməlli-başlı eşitmirdi, nəzakətsiz 

görünməmək üçün arabir "bəli, əlbəttə", yaxud "xeyr" deyirdi, 

amma özü də bilmirdi ki, "bəli-xeyri" yerində deyir, ya yox. 

Tahirənin  əri Cabbar da nə barədəsə onunla qızğın söhbətə 

girişmişdi. Zaur da onu dinləməyərək hey başını yelləyir, "bəli, 

bəli, əlbəttə" deyirdi, amma özü də bilmirdi ki, nəylə razılaşır, 

nəyi belə qeydsiz-şərtsiz qəbul edir... Arabir diqqətini toplayıb 

Cabbarın fikrini almaq, nədən danışdığını  təyin eləmək 

istəyirdi. Cabbar yanında oturmuşdu, amma elə bil səsi 

hardansa, çox uzaqlardan gəlirdi: 

—Başa düşürəm, atanızın işlədiyi institutda müdafiə eləmək 

yaxşı düşməz, söz-söhbət ola bilər. Amma istəsəz, mən 

danışaram, bizim institutda müdafiə edərsiz. 

Zaur: "bəli, bəli, əlbəttə" deyirdi, özü də bilmirdi ki, Cabbar 

dəqiq surətdə ona nə  təklif edir. Cabbarın səsinə başqa səslər 

— atası  Məcidin, anasının, xalalarının, Murtuzun, Alyanın, 

Bəhram əminin, Tahirənin, Rüxsarə xanımın, Şahinin səsləri də 

qarışırdı... Bircə Firəngizin səsi gəlmirdi... Firəngizin yanaqları 

qıpqırmızı alışıb yanırdı. Zaur fikirləşirdi ki, doğrudan da, çox 

gözəl qızdır Firəngiz və elə bil onun susub dinməməyini 

qavrayır, sükutunu eşidirdi. Firəngizin sükutu yəqin ki, Zaur 



 203 

haqqında, onunla quracağı  gələcək xoşbəxt ailə  həyatı 

haqqında təsəvvürlərlə dolu idi — ola bilməz ki, bütün bu 

xəyalları Alya xanım yavaş-yavaş, altdan-altdan qızına təlqin 

eləməsin. Səslər bir-birinə qarışırdı, amma ayrı-ayrı cümlələrə 

diqqət etsən, kimin nə danışdığını təyin etmək olardı. 

—Əşi, mənim  ştabımda idi, əlaltım idi, şunu götür, şunu 

qoy, indi bir gör nə ağız bəhəm eləyib, küçədə görəndə adam-

zad tanımır. — Murtuz deyirdi bunu... 

—Keçən il Londondan qayıdanda Varşava qəbul eləmədi, 

Praqaya uçmalı olduq, mən idim, professor Speranski idi. — 

Bəhram Zeynallı deyirdi bunu... 

—Apardı  məni sklada, mama, dedi, seç hansın bəyənirsən, 

vallah, Rüxsarə xanım, nə gizlədim, gözüm dörd oldu, day 

könlün nə istəyir — nə  rəng, nə fason, nə biçimdə — hamısı 

var. — Alya deyirdi bunu. Həmişəki kimi oğlu Spartakın 

şücaətindən basıb-kəsirdi. Spartak haçansa onu cürbəcür qıt 

mallarla ağzınacan dolu olan qeyri-adi anbara aparıbmış, — bu 

əhvalatı Alya xanım azı bir on dəfə danışıb Zivər xanıma və 

Zivər xanım da azı bir yeddi dəfə Zaura. Spartak Alya xanımın 

sevimli mövzusu idi, amma yeganə mövzusu deyildi. Spartak 

mövzusundan başqa iki daimi mövzusu da var idi — əri 

Murtuzun xidməti və qızı Firəngizin isməti… 

—Lazım gəlsə  mən elmi katiblə  də danışa bilərəm, mənim 

xətrimi çox istəyir, təşkil edərik bizdə müdafiəyə buraxarlar. — 

Bunu Cabbar deyirdi və Zaur da: 

—Bəli, bəli, əlbəttə, — deyirdi ona. 

Zivər xanım mətbəxdən otağa gəldi: 

—Ay Zaur, — dedi, — qonaqlarımız darıxmır ki, bəlkə 

televizoru qurasan... 

Zaur televizoru qurdu və bir azdan sonra qonaqların canlı 

səslərinə televizorun səsi də əlavə olundu. İdman şərhçisi: 

—Voleybolçu qızlarımız inadla mübarizə aparıb layiqli 

qələbə qazandılar, — deyirdi... 

Bəhram Zeynallı: 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə