Roman, povestlər



Yüklə 3 Mb.
səhifə57/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   53   54   55   56   57   58   59   60   ...   158

 198 

—Sənə də yaxşı yol, — dedi Zaur. — Neçə vaxta gedirsən? 

—Üç günlüyə, — dedi, sükut çökdü, görünür bu  sükut 

ərzində götür-qoy edirmiş: desin, deməsin, nəhayət, qərara 

gəlib yavaş  səslə (doğrudanmı görəsən yanında kimsə vardı, 

ona görə yavaşdan dedi bunu) — pıçıltıyla əlavə etdi: — Sən 

də uç gəl Moskvaya, Zaurik... Yaxşı, mən qaçdım, hələlik... 

Sonra dəstəkdən kəsik-kəsik siqnallar eşidildi. Zaur 

Təhminənin son təklifi barəsində düşünürdü: doğrudanmı 

Təhminə bu sözləri dedi — son görüşlərində "daha 

ayrılmalıyıqU qərarını verəndən sonra, onların idarəsindən, 

Dadaşın ləng işləyən  şöbəsindən çıxıb hay-küylü, əsəbi, daim 

hərəkətdə  və  tələsmədə olan televiziya dünyasına düşəndən 

sonra, təzə dostları-tanışlarıyla bir yerdə Moskvaya uçarkən, 

məhz ona, Zaura təklif elədi ki, dalınca gəlsin... Yox Zaur 

yanılmırdı, elə-beləcə demişdi Təhminə: 

—Zaurik, uç gəl Moskvaya... 

—Kim idi o? — mətbəxdən anasının səsi gəldi. 

— Heç, — dedi. — Bir tanışım idi. 

 

 



Beşinci fəsil 

 

Degildim mən sənə mail, sən etdin əqlimi 



zail. 

Mənə  tən eyləyən qafil səni görcək 

utanmazmı? 

 

Zaurun təqribi hesablamalarına görə Bakıda, Azərbaycan 



respublikasının başqa  şəhər, kənd,  şəhər və  kəndtipli 

qəsəbələrində onların yetmiş yeddi nəfər qohumu vardı. 

Atasının və anasının hesablamaları etibarlı deyildi. Keflərinin 

kök vaxtlarında bir-birlərinin qohum-əqrəbasını saymağa 

başlayanda atası ortalığa bir rəqəm çıxarırdı, anası ayrı. 

Anasının hesablamalarına görə atasının qohumu daha çox idi




 199 

atasının hesablamalarına görə əksinə. Anası: "Bibim nəvəsinin 

ögey  əmisi oğlu haradan mənim qohumum oldu ki..." — 

deyərdi, amma özü Məcidin dayısı qızının baldızı oğlunu ərinə 

yaxın qohum sayardı. "Hər halda ali məktəbə girəndə  sənin 

yanına gəlmişdi ki, yaxın qohumusan, sən də ona kömək 

elədin... Doğrudur, işi düzələndən sonra bir də üzünü 

görmədik, amma hər halda ..". 

Əslində, ata və ana qohumlarından başqa bir də vardı, 

Məcid demiş, "sezon qohumları". Məlum deyildi ki, onlar 

kimin tərəfindən hardan qohum idilər, amma elə ki, imtahan 

mövsümü başlanırdı, bu haradansa peyda olmuş "sezon 

qohumları" qapılarını  kəsdirirdilər. Nizamidən, Firdovsidən, 

Sədidən tutarlı misallar gətirib isbat edirdilər ki, qohum-əqrəba 

dar gündə  gərək olar va əgər Məcid uşağa kömək eləməsə, 

deməli, böyük şairlərin hikmətli kəlamlarının bir qəpiklik 

mənası yoxmuş... Adətən bu müdrik beytlər Məcidgilin 

evlərində yay aylarında, sınaq imtahanları dövründə daha çox 

səslənirdi, amma başqa mövsümlərdə  də cürbəcür qohumların 

cürbəcür xahişlərindən, təvəqqələrindən asudə deyildi Məcidin 

başı... Məcid ürəyiyumşaq adam idi, əlindən gələn yaxşılığı 

qohumlarından da, qohumu olmayan, tanıyıb-tanımadığı 

adamlardan da əsirgəməzdi və heç bir vaxt da elədikləri 

yaxşılıqların müqabilində heç bir şey gözləməzdi, heç quru 

"sağ ol"un da təmənnasında deyildi. Amma hərdən-birdən, 

görürsən düşürdü belə bir iş ki, yaxşılıq elədiyi adam, dar 

günündə qolundan tutduğu  şəxs məqsədinə çatan kimi 

birdəfəlik yox olurdu, ilim-ilim itirdi, nə izi, nə tozu qalırdı, 

belə  məqamlarda Məcid də görürsən, hərdən segah üstündə 

dodaqaltı zümzümə edərdi: "Bağda  ərik var idi, salam-məlik 

var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı". 

Bu, atasının əzbər bildiyi yeganə şer misralarıydı və yeganə 

musiqi motivi idi, professor bunu, özfəaliyyət iştirakçıları kimi, 

özü özüyçün, öz dilxoşluğu üçün oxuyurdu. Amma, hər halda 

bu müvəqqəti üzə  çıxıb birdən-birə  də qeyb olan təmannalı 



 200 

qohumlardan savayı  əsl yaxın qohumları da vardı  və bu 

qohumlarla daimi sıx əlaqə saxlayırdılar. Belə yaxın qohumlar 

Zivər xanımın bacıları, xalası və xalası qızlarından ibarət idi və 

bir də  Məcidin, Bakıda yaşayan yeganə yaxın qohumu-məşhur 

cərrah, professor Bəhram Zeynallıdan  şübhəsiz, Bəhram 

Zeynallının ailəsi — arvadı Rüxsarə xanım, oğlu Rasim də 

yaxın qohumlardan sayırdı, amma Bəhramın davada həlak 

olmuş qardaşının oğlu Qiyasla gediş-gəlişləri yox idi... Məcid 

bilirdi ki,  Qiyas Dilarə  adlı  bir qızla  evlənib, bir oğulları var, 

amma nə  özü, nə də Zivərlə Zaur Qiyasın ailəsiylə heç tanış da 

deyildilər. Ömürlərində bir-birlərinin qapısını açmamışdılar, 

deyəsən Qiyasın  əmisi  Bəhramla gediş-gəlişləri vardı, amma 

Məcidgil Bəhramgildə  tez-tez qonaq olsalar da, bir dəfə  də 

onlarda Qiyasgilə rast gəlməmişdilər... Adətən Bəhramgillə, 

başqa qohumlarla  görüşləri də müəyyən hadisədən-hadisəyə, 

tarixdən-tarixə  olardı — ad günlərində, toy-nişanda, ya, allah 

eləməsin, hüzr məclislərində... Bu gün — Zaurun ad gününə də 

beş-altı  nəfər qohum gəlmişdi — Zivərin iki bacısı, bir xalası 

qızı, (o biri xalası  qızı  gəlməmişdi, xalası  xəstəydi, qızı da 

onun keşiyini çəkirdi), Bəhram Zeynallı arvadı Rüxsarə 

xanımla, (onlar da oğulları Rasimsiz gəlmişdilər...) Məcidin iş 

yerindən də iki nəfər gəlmişdi və o cümlədən atasının 

kafedrasında assistent olan Şahin. Şahin Zaurla həmyaş idi və 

onların ailələri üçün əvəzsiz bir adam idi — nə lazım olsaydı 

yerin deşiyindən tapardı. — Bax, elə bugünkü məclisçün bütün 

gərək olan sursatı — sədri düyüsündən, təzə balıqdan, kürüdən 

tutmuş  hər cür xırım-xırdayacan — nə bilim borjomdu, yaşıl 

noxuddu, mayonezdi-filandı — hamısını  Şahin "təşkil 

eləmişdi"... Qonşularla elə mehribançılıqları yox idi, 

qonşulardan bircə Murtuzovgil idi qonaqları — Murtuz özü — 

istefaya çıxmış polkovnik Murtuz Murtuzov bütün orden, 

medallarını taxmışdı, — arvadı Alya və  qızları Firəngiz. 

"Qızlarını bizimkilərə — qohumlarımıza göstərməyə gətiriblər" 

— deyə düşünmüşdü Zaur. Amma məsələ ondadır ki, 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə