Roman, povestlər



Yüklə 3 Mb.
səhifə74/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   70   71   72   73   74   75   76   77   ...   158

 255 

atan?.. Başqa qadınların nəvazişi onda özünə inam hissi 

oyadırdı, o hissi ki, Təhminəylə olanda itirirdi, daha doğrusu, 

heç bir vaxt duya bilmirdi Təhminəylə olanda. İndi, bu an dəli 

bir ehtiras oyanmışdı Manafda, Təhminəni bağrına basmaq, 

paltarlarını dartıb cırmaq, çabalayan çılpaq bədənini qolları 

arasında sıxmaq, öpüşlərə, nəvazişlərə  qərq eləmək! Amma 

onu da bilirdi ki, bu saat yer üzündə bundan mümkünsüz şey 

yoxdur, dünyada heç bir qadın indi onunçün keçmiş arvadı 

Təhminə qədər uzaq və əlçatmaz deyil. Bunu dərk edə-edə hər 

halda yenə də inanmaq istəmirdi — Yaxın bir adamın ölümünə 

inanmamaq istəyi kimi bir şeydi bu istək...  İllər boyu birgə 

yaşadıqları bu otağın ora-burasına göz gəzdirirdi: divarlarda 

Təhminənin iri fotoşəkilləri, atasından qalma iri divar saatı, 

əlvan üfürmə şar — Bolqarıstandan gətirmişdi onu Təhminə və 

balaca, lap balaca əncir ağacı — təbiətin qəribə  şıltağı, 

dağlarda bitmişdi bu mikroağac va onların ümumi dostları — 

alpinistlər hədiyyə  gətirmişdi Manafgilə toylarından bir neçə 

ay sonra. O vaxtlar, evlənmələrinin ilk illərində, aralarında nə 

isə ümumi bir şey vardı  məsələn, ümumi dostları. Sonralar 

hərəsi öz həyatına qapıldı.... Təhminənin səbir kasasını 

dolduran son damla nə olmuşdu görəsən. — Manaf bu barədə 

düşünür və  Təhminənin paltarlarının düymələrini sayırdı, bu 

düymələr indi onunçün ən açılmaz möhürlər idi...  

Divar saatı on bir dəfə vurdu... 

 

*** 

—Bəs mən nə deyirdim. — Zivər xaıımın həyəcandan gözü-

başı qaynayırdı — bu dünyada bircə öldüyüm günü bilmirəi 

mən... Deyirdim sənə  ərindən boşanacaq, deyirdim, demirdim 

hə? 


—Kim? 

—Kim, kim? Sənin aşnan... Belə de, sənin heç xəbərin də 

yoxmuş ki... Alya gəlmişdi... Onun da dərdi mənimkindəndir 

yazığın, deyir bilmirəm haraya müraciət eləyim, ÜK-ya? 




 256 

"Pravda"ya yazım bəlkə? 

—Bir ağıllı-başlı de görüm nə olub axı. 

—Nə olacaq, bu həyasızın qızı bütün təmiz ailələri pozacaq 

vallah... Alya deyir ki, yenə dadanıb zəng eləməyə Spartaka, 

yazığa aman vermir. Neçə aydır deyir, mağıl qulağımız dinc 

idi, bilmirəm kimə uymuşdu. Spartakın yaxasından  əl 

çəkmişdi… Alya bunu mənə  eşitdirir, e... Sənin 

fırıldaqlarından xəbərdardır. Moskvaya bir yerdə getməyivizi 

də bilir. İndi də, deyir, qayıdıb Moskvadan, yapışıb yenə 

Spartakın boğazından. Nə göz verir, nə işıq... hə, o yandan da 

deyir, məsələ qaldırıb, ərindən boşanır. Yəqin mənim oğlumun 

xirtdəyinə keçmək fikrindədir, deyir Alya yazıq... Spartakın 

pullarına tamah salıb, yaxşı təmiz ailəyə dürtülmək istəyir... Ay 

onun mürdəşir yusun üzünü, deyir Alya... Amma mən bir 

yandan sevinirəm ki, vallah, o Spartak — o da o. İtin dişi, 

donuzun dərisi... təki səndən əl çəksin, amma bir yandan Alya 

da yazıqdır da... Vallah, ana olmaq da bir bədbəxtçilikmiş bu 

dünyada. 

Zaur daha onu eşitmirdi, telefona yanaşdı, elə evdəncə zəng 

elədi... Birinci dəfəydi ki, Təhminəyə evlərinin içindən zəng 

eləyirdi. Telefon cavab vermədi. 

Zivər xanım altdan-altdan qımışaraq: 

—Hardan cavab verəcək? — dedi. — Səhər gördüm Spartak 

"Volqa"sını qarajdan çıxarırdı. İndi də onun maşınında gəzir də... 

Spartakın "Volqa"sını  sənin "Moskviç"indən üstün tutur də... — 

amma birdən Zivər xanım susdu, diqqətlə Zaurun üzünə baxdı və 

tamamilə başqa, yumşaq həlim bir tərzdə: 

—Ay oğul, — dedi, — qanını qaraltma, anan qurban. Sənin 

tayın deyildi o... Qurban olum, o kimdir ki, sən bir belə ürəyivə 

salırsan, özüvə  dərd eləyirsən bu şeyləri... Çıxart başından, 

sənə qurban olum... Gəl sənə dolma bişirmişəm, səhərdən 

acsan, işdən gəlmisən, bir tikə çörək ye, gözlərinin qadasını 

alım... 


Zaur geyinib küçəyə çıxdı ki, anasının səsini eşitməsin. Nə 


 257 

kinayəli, nə mehriban, nə acı, nə  şirin sözlərini eşitmək 

istəyirdi... 

Küçəylə gedir və düşünürdü: bu nə  təzə söhbətdir belə... 

Doğrudanmı  Təhminə yenə Spartaka zəng eləyib, indi nə  işi 

düşüb görəsən?.. Bəs Zaura niyə  zəng eləmir və bu nə 

boşanmaq məsələsidir belə, bu söhbət hardan çıxıb? Spartakın 

nə  dəxli var buna?.. Bu boşanmanın — əgər doğrudan da 

boşanırsa — Spartakla nə  əlaqəsi ola bilər? Bəs Muxtarla? 

Muxtar bilirmi bu barədə bir şey?.. Bəs özü hardadır. Təhminə, 

axşam doqquzdur axı... Yenə zəng elədi. Sonra bir də, bir də... 

Telefon susmuşdu... Gecə on birin yarısı olmuşdu artıq. 

Telefon susduqca Zaurun nigarançılığı da artırdı  və bilirdi ki, 

əgər bu axşam Təhminəylə danışıb bütün bu məsələləri 

aydınlaşdırmasa, rahat ola bilməyəcək. Küçələri gəzə-gəzə 

gəlib Təhminəgilin evlərinin qabağına çıxdı. 

Evlərini də tanıyırdı  Təhminəgilin, pəncərələrini də  və bu 

pəncərələr indi işıqlı idi. Pəncərələri işıqlı görən kimi Zaur cəld 

telefon budkasına girdi — yəqin axır ki, Təhminə  gəlib çıxıb 

evə, amma nömrə yenə  də cavab vermədi. Zaur budkadan  

çıxdı  və birdən par-par parıldayan çəhrayı "Volqa"nı — 

Spartakın "Volqa"sını gördü. Maşın düz Təhminəgilin 

qapılarının qabağında dayanmışdı, iki təkəri — bir tərəfi 

səkinin üstündəydi. 

Elə bil hər  şey birdən-birə Zaurun beynində  işıqlandı, 

"deməli belə" — deyə düşündü.  İndi lap qəti  əmin idi ki, 

Spartak Təhminəgildədir, Təhminə də evdədir, hər ikisi o işıqlı 

pəncərələrin dalında oturub, telefon zənglərinə  qəsdən cavab 

vermirlər və anasının, Alyanın, "bütün şəhərin" danışdığı 

söhbətlərdə,  şübhəsiz, həqiqət var... Ərindən də  yəqin ki

boşanır Təhminə, Spartaka da şübhəsiz ki, zəng eləyir. Muxtara 

da... Birdəfəlik bütün bunlara son qoymaq lazımdır, — deyə 

düşündü Zaur, özü də  məhz indi, bu saat. İndicə qalxacam 

onların mənzillərinə, qapılarını döyəcəyəm, telefonu 

götürmədikləri kimi qapını da açmayacaqlar — Zaur cəm 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə