Roman, povestlər



Yüklə 3 Mb.
səhifə81/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   77   78   79   80   81   82   83   84   ...   158

 278 

otağa dolub oboyların çiçəklərini də elə bil doğrudan 

çırtdatmışdı... Kofe də isti idi, çörək də isti və  təzəydi, 

qayğanaq da ləzzətliydi, Təhminə  də sadə melodiyanı hey 

zümzümə edirdi və bütün bunlar elə cavab idi də… 

 

*** 

Səhərlər Təhminənin səliqəli mətbəxində yemək yeyərkən 

bəzən öz evlərini yada salardı. Təhminənin mətbəxi həmişə 

tərtəmiz olardı, döşəməsi qara-yaşıl kvadratla döşənmişdi, 

masanın üstündə də dördkünc Vyetnam salfetləri düzülmüşdü, 

elə bil pəncərələrdən düşən işıq da dəqiq kvadratlara 

bölünmüşdü. Bu mətbəxin səliqəsi-sahmanı  nədənsə Zaurun 

xəyalında anasının mətbəxini canlandırırdı. Evlərində  mətbəx 

masasının üstü həmişə qalaq-qalaq çirkli qabla dolu olardı  və 

Zaur səhər yeməyini yemək istəyəndə bu çirkli-yağlı 

boşqabları aralayıb masanın üstündə kiçicik bir yer açardı, 

çayını-çörəyini orda yerləşdirib, birtəhər yeyərdi. Tələsik 

yeyərdi, çünki ətrafdakı yağloçalara, illah da hardansa gəlib bu 

boşqabların arasına düşmüş anasının iri darağına baxanda ödü 

ağzına gələrdi. Darağın üstündə  də  həmişə bir çəngə tük 

olardı... 

—Mətbəxin, evin, üst-başının təmizliyinə, səliqəsinə 

Təhminə o qədər vaxt sərf edərdi ki, Zaur, hətta, təəccüblənirdi 

də. Təhminə: "Bəs necə, — deyərdi, — evdə təmizlik ən vacib 

şərtdir, adamın kefi-əhvalı da, özünü necə hiss eləməsi də 

hamısı bundan başlanır. Evin təmizliyini gərək uşaqdan-

böyüyə hamı gözləsin. Özü də lap körpəlikdən tərbiyə etmək 

lazımdır bu hissi". 

Uşaqların tərbiyəsi haqqında saatlarla danışa bilərdi... oğlu 

olsaydı onu necə  tərbiyə etməsindən (idmanla məşğul olardı 

mütləq, ən kiçik yaşından üzmək öyrənərdi), qızı olsa onu necə 

böyütməsindən (gəlin kimi geyindirib bəzəndirərdim onu, üç 

yaşından balet məktəbinə verərdim ki, bədəni mütənasib olsun) 

elə hey söz açardı  və deyərdi ki, onun uşaqları dünyada ən 



 279 

səliqəli və ən gözəl uşaqlar olardı yəqin. 

Amma bəzən tamam başqa  şeylər deyirdi... İstərdim ki, 

deyirdi, çoxlu uşağım olsun, hamısı da səliqəsiz, murdarçı, 

bütün bu mənzili çirkləndirib batırsınlar və həm də bu uşaqlar 

Zaurun uşaqları olsun. Hər ikisi-Zaur da, Təhminə də — bütün 

günü onların çirklərini, zibillərini təmizləsinlər, his-paslarını 

yusunlar, dallarıycan zibillərini təmizləsinlər, yorulub əldən 

düşsunlər, amma bütün bunlara baxmayaraq yenə də bir-birini 

sevsinlər. Bütün günü uşaqlarla əlləşib axır ki, onları yatırsınlar 

və onları yatırandan sonra yenə də bir-birlərinə qovuşsunlar — 

bax  əsl məhəbbət bu olardı — məişətin, gündəlik həyatın hər 

çür xırda-para qayğılarından,  əzab-əziyyətlərindən, çirkindən, 

hisindən-pasından keçib, əvvəlki çılğınlıqda qalan məhəbbət 

doğruçu məhəbbətdir, yoxsa ki, elə-belə "quru-quru qurbanın 

olumun" nə qiyməti var? 

—Sən heç bilirdin, Zaur, demə  uşaqlar ana bətnində yuxu 

görürlərmiş... Bircə biləydim nə görürlər yuxularında, axı hələ 

dünyadan xəbərsizdirlər, nə xəyalları, nə təsəvvürləri ola bilər 

ki, onu da görsünlər yuxuda. Amma elmi, tibbi surətdə təsdiq 

olunub ki, ana bətnində yatıb dururlar, yuxu görürlər, özləri də 

bilirsən nə cür yuxuya gedirlər — ana ürəyinin döyüntüsü 

altında... yəqin orada... bu səs təbil səsi kimi gəlir. Belə bir 

eksperiment eləyiblər: ana ürəyinin döyüntüsünü maqnitofona 

yazıblar və yenicə dünyaya gəlmiş  uşağın qulağının dibində 

səsləndiriblər, o saat yuxuya gedib uşaq... Eh, Zaurik, heyf ki, 

mən ana ola bilməyəcəyəm heç vaxt. 

—Nə  əcəb bəs uşaq götürmürsən? — dedi Zaur. 

"Götürmürük" yox, məhz "götürmürsən". Bu barədə  hər ikisi 

— Zaur da, Təhminə də eyni anda fikirləşdi... 

Təhminə bir qədər susduqdan sonra: 

—Bilirsən, — dedi, — mənim də  ağlıma gəlib. Amma 

qərara gəldim ki, heç bir vaxt eləməyim bu işi. Axı, Zaurik, 

mən dəliyəm, xasiyyətimi bilirsən necədir, üç günə, bir həftəyə

bir aya o uşağa elə bağlanardım ki, doğma balamdan da artıq 



 280 

istərdim. Amma hər an, hər dəqiqə onu da düşünərdim ki, 

mənimki deyil. Qorxudan ürək-göbəyimi yeyərdim, birdən 

uşağın  əsl ata-anası  çıxdı  və  nə cürsə tanıdılar uşağı — 

nağıllardakı kimi, məsələn, kürəyindəki bir xala görə. Yaxud 

lap elə ata-anası olmasın, hər halda kimsə bir mərdimazar bir 

gün həqiqəti açıb deyəcək uşağa. Tutalım oğlan olsun, bir vaxt 

evlənəcək, o zaman arvadı mütləq açacaq bu sirri ona — sənin 

anan doğma deyil ki, deyəcək... Ya arvadı olmasın, başqa adam 

olsun, nə çoxdur belə "xeyirxahlar", mənim o qədər 

istəməyənlərim, düşmənlərim var ki, biri elə tutalım sənin anan 

— Zaur qızardı, — başqası, məni yandırmaqçün, məndən 

intiqam almaqçün mütləq açacaqlar həqiqəti uşağa. Təsəvvür 

eləyirsən, deməli, mən bütün ömrümü gərək iynə üstündə 

oturam, hər dəqiqə, hər gün qorxam ki, bu gün, ya sabah uşaq 

həqiqəti biləcək… Deməli, o tam mənimki olmayacaq. Mən isə 

istəyirəm ki, kim isə tam mənasında mənim olsun, ancaq 

mənim... — Yenə bir müddət susdu, sonra qətiyyətlə  əlavə 

etdi: 

—Yox, özgə uşağı elə özgə uşağıdır. Mənimki deyil... Sənin 



kimi Zaurik... axı sən də mənimki deyilsən... Gec-tez itirəcəm 

səni... bilirəm axı... 

Bu söhbət Zaurun Təhminənin yanına köçdüyü lap ilk 

günlərdə olmuşdu. Zaurun haradasa ürəyinin lap 

dərinliklərində gizlətdiyi bir hissin, ürəyinə dammış bir 

duyğunun Təhminə tərəfindən belə dəqiq ifadə olunması qəribə 

idi. Mat-məəttəl qalasıydı... Onlar ikilikdə içki içəndə belə 

Təhminə  həmişə stolun üstünə üçüncü bir qədəh də qoyurdu: 

bu sənin, bu mənim, bu da bizim ayrılığımızın... Görüşlərinin 

ilk günündən gələcək ayrılıqları da onlarla birgə yaşayırdı, 

gündən-günə böyüyərək gündən-günə onlara yaxınlaşırdı. 

 

*** 

Söhbət tamam kənar məsələdən düşmüşdü — həqiqi və 

yalançı kübarlıqdan. Həqiqi kübarlıq — nə bilim, babanın 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə