Roman, povestlər



Yüklə 3 Mb.
səhifə43/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   39   40   41   42   43   44   45   46   ...   158

 153 

mərtəbəli "Enqor" otelindədirlər və bu otel Atlantik okeanının 

əlli metrliyindədir... 

Bu son üç günün təəssüratı, məsafə ölçüləri, məkan 

dəyişkənliyi də  ağlasığmaz bir gerçəklik idi... Əlbəttə, hər bir 

şey  şüurla dəqiq izah olunurdu, amma hər halda beyinə 

sığışdırmaq zor idi ki, cəmisi on beş saat bundan qabaq 

Moskvadaydılar. Moskvada qar yağırdı, onları Sverdlov 

meydanından  Şeremetyevo aeroportuna aparan avtobusun 

pəncərələri buz bağlamışdı. On bir saatlıq uçuşdan sonra isə 

təyyarə Dakarda yerə endi və onlar trapa çıxanda sifətlərini 

sanki odlu bir nəfəs qarsıdı — Afrikanın nəfəsi. Bu qəribə bir 

nəfəs idi, Afrika torpağında hər şeyə çökmüşdü; elə bil, havada 

da, yemək-içməkdə  də duyulurdu... Bu həm  ətir, qoxu, iy idi, 

həm dad-tam... Müəyyən bitkilərlə-manioka, araxis-onlardan 

alınan yağlarlamı bağlıydı — bu qoxu, tam, ya okeanın 

törəmələrinə — balıqlarla, yosunlarlamı? Kim bilir... Amma bu 

ağlasığmaz dəhşətli isti — adamın sanki bədənini  əridib 

paltarına yapışdıran bu isti də Afrika idi, şirintəhər iy-dad da 

Afrika idi, aeroportda ilkin gördükləri adamlar da — 

göyümtülə çalan zil qara bənizli zəncilər də... 

Adamı çaşdıran təbiət mənzərələriydi. Bəzən, illah da 

axşamçağı, ala-toranlıqda adamsız sahələr — ağaclar, otlar, yol 

Abşeron peyzajlarını andırırdı. Uzaqdan ləpələrin uğultusu və 

cırcıramaların səsi gəlirdi, fikirlərə dalıb yolla gedirdin və 

birdən diksinirdin: belə tanış "Abşeron yoluyla" uzun Afrika 

paltarı geymiş  qıvrımsaç zənci qadınları addımlayırdılar. 

Qıvırcıq saçları  qısa-qısa hörüklərə hörülüb, başlarında iri 

əmmaməyə  bənzər bir sarıq. Bu qədər tanış  mənzərənin, belə 

tanış  səslərin fonunda tamam başqa bir xalqın, başqa irqin, 

başqa dünyanın adamlarını görmək zehni sarsıdırdı... 

Otelin qabağında okean sahili də  qəribə  təsir bağışlayırdı: 

bütün çimərlik boyu bir-birindən müəyyən məsafələrdə dirəklər 

basdırılmışdı. Uzaqdan qəbiristanlığa oxşayırdı bura. Eyni 

boylu-biçimli  əsgər məzarlarına... Kimləri basdırıblar bu 



 154 

çimərlikdə — dənizdə batanlarımı? Yox, bu dirəklər sərhəd 

dirəkləriydi — çimərliyin ayrı-ayrı sahələri "Enqor" otelinin 

ayrı-ayrı nömrələrinə  mənsub idi: bu nömrələrin sakinlərinə... 

Sahil qarış-qarış parçalanmış, bölünmüş, paylanmışdı, okean 

isə sərhədsiz, azad idi... 

Üç gün qaldılar Dakarda, Atlantik okeanında çimdilər, 

şəhəri dolaşdılar, — uca, ağappaq binaları, qamışla samandan 

quraşdırılmış komaları gördülər, Kermel bazarını  və  əsrlərdən 

bəri qolu bağlı qulların zindanı olan Qore adasını gəzdilər... 

Sabah isə geri, vətənə qayıtmalıydılar. 

Zaur: "Vallah, sağ olsun anam, — deyə düşünürdü, — axı, 

bu səyahətə  çıxmağımızı o təkid elədi. "Sonra oğul-uşaq 

basacaq sizi, macalınız olmayacaq belə-belə  səyahətlərə, nə 

qədər cavansız, əliz-qoluz bağlı deyil, gedin gəzin də"... Anası 

düz deyirdi, — belə  səyahət insana ömründə olsa-olsa bircə 

kərəm düşür... Anası onu çox dilə tutdu. 

Zaur etiraz eləmirdi, amma doğrusu, çox elə meyli də yox 

idi. Axır vaxtlar hər şeyə necə yanaşırdısa, bu səyahətə də eyni 

cür münasibət bəsləyirdi — tam bir biganəlik, laqeydlik... "Nə 

olar, gedərik-gedərik, getmərik-getmərik"... Bir yana baxanda, 

səyahətlər, xoş günlər, həyatın bütün başqa naz-nemətləri — 

məgər Zaur bütün bunların xətrinə  dəyişməmişdimi ömrünü? 

Amma indi bu barədə düşünmək istəmirdi, ümumən heç bir şey 

düşünmək istəmirdi. 

Qaranlıqda pıçıltıyla arvadını çağırdı: 

—Yatmısan? — Cavab çıxmadı. Bilirdi ki, çavab 

çıxmayacaq. Firəngizin nə zaman yatdığını sakit, dinc nəfəs 

almasından bilirdi. "Firəngiz heç zaman xoruldamır". Bu, 

nigahlarının ilk ayında Zaurun elədiyi  ən böyük və xoş 

kəşflərdən idi. Doğrudan da, Firəngizin xoruldaya biləcəyini 

təsəvvür eləmək də mümkün deyildi. Zaur fikrində  həmişə 

Firəngizi çox bahalı  şüşədən cilalanmış  şəffaf güldana 

bənzədirdi. Ağla sığışdırmaq olmurdu ki, belə bir güldan 

xoruldaya bilər, qışqıra bilər və bir də Zaurda belə bir təsəvvür 



 155 

vardı ki, qəfilcən bu güldana naqolay toxunmaq, onu salıb 

sındırmaq olar... Özündən altı yaş kiçik olan bu qıza, onun 

arvadı olmuş Firəngizə münasibətində dolaşıq bir duyğu kələfi 

vardı — həm nəvaziş, həm qayğı, həm də qalın bir pərdə... 

Firəngiz çox utancaq idi, kimsə onun haqqında danışanda 

qıpqırmızı  qızarar, yanaqlarını puçur-puçur həya təri basardı. 

Bu, bəzən Zauru əsəbiləşdirərdi, nədənsə  dərhal Firəngizin 

ailəsi — atası Murtuz, anası Alya, qardaşı Spartak gəlib 

dururdu gözlərinin qarşısında: o zaman Zaura elə  gəlirdi ki, 

Murtuzun kobudluğu, "mənəm-mənəmliyi", Alyanın özündən 

müştəbehliyi, Spartakın cüvəllağılığı kimi Firəngizin isməti, 

məsumluğu da yapma bir naxışdır, aləmə nümayiş etdiriləsi 

zahiri bir dəyərdir. Amma Firəngizi təklikdə, ailəsindən ayrı-

ayrılıqda qavrayanda, Zaur qıza daha mehriban münasibət 

bəsləyirdi, onun, doğrudan da, çox təvazökar, utancaq 

olduğuna inanırdı, saflığına və  uşaq təmizliyinə, sadəliyinə 

həsəd aparırdı: düşünürdü, nə yazıq ki, mən özüm daha heç bir 

vaxt belə saf və sadədil, dinc və arxayın ola bilməyəcəyəm... 

Bəlkə  də Zaurun nicatı  məhz bundaydı — özüyçün deyil, 

başqalarıyçün, Firəngiz üçün, gələcək övladları üçün 

yaşamaqda... Və elə bir həyat qurmaqda ki, zahirən belə həyat 

hamıya — o cümlədən Firəngizə  və  gələcək övladlarına 

bəxtiyar bir yaşayış kimi görünsün... Və  bəlkə o zaman — 

Firəngizin, gələcək övladlarının gözlərində bu xoşbəxtliyi, 

arxayınlığı, qayğısızlığı görərkən Zaur özü də  səadətin 

yoluxucu təsirini duyacaq, öz içində ailə sevincinin əks-

sədasını eşidəcəkdi. 

Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, 

avadanlığını xəyalında canlandırmağa çalışdı, amma hiss elədi 

ki darıxır, ürəyi qısılır. Ayrı bir şey haqqında düşünmək istədi, 

fikri bir məsələdən başqasına qaçdı, bilmədi nə barədə 

düşüncün və ümumiyyətlə bir şey haqqında düşünmək 

vacibdirmi... Bəlkə  də yox, amma onda da bilmirdi ki, qəfil 

ayıldığı bu gecə saatlarını — yata və dura bilmədiyi bu qeyri-



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə