Roman, povestlər



Yüklə 3 Mb.
səhifə46/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   42   43   44   45   46   47   48   49   ...   158

 162 

hənirtisi, gülüşü artıq tam qaranlıqlaşmış havada eşidilib 

itirdi... Çimərlikdən çıxıb uzaqlaşan maşının arxa işıqları iki 

qan-qırmızı lent kimi maşının ardınca sürünüb gedirdi. 

Bu sahil Zaurçün dünyanın  ən cazibədar bir guşəsi idi və 

heç bir tərifli təbiət mənzərəsi-sıldırım dağlar, sıx kölgəli 

meşələr, gur şəlalələr, köpüklü çaylar, yaşıl vadilər, dərin 

dərələr, sərin təpələr — heç nə, heç yer qızmar günəşin 

yandırıb-yaxdığı bu quru, ağacsız-bitkisiz sahilin gözəlliyinə 

tay ola bilməzdi... 

Təhminə:— Havalar soyuyub ha —dedi. 

Zaur uzun tiftikli iri sarı  qətfəni maşından ona uzatmışdı. 

Təhminə qurulanırdı. Dənizdən indicə  çıxmışdı  və sulardan 

maşına qədər gəldiyi yol boyu damcı-damcı  zəncirvarı iz 

salmışdı, maşının içinə isə ayağından səpələnən qumları 

gətirmişdi. 

—Day çimmək olmaz... Axırıncı dəfədir bu. 

Zaur:  


—Hə, — dedi və siqaretini sümürdü, — payızdır... 

—Üç ay nə tez keçdi Zaur, hə? Yadında birinci dəfə bura 

gəlməyimiz. Onda iyun idi, hə? 

Zaur: 


—İyunun beşi idi, — dedi, — mənim dəqiq yadımdadır... 

—5 iyun 1965-ci il. Gərək bu tarixi qayalarda bir yerə həkk 

eləyəydin. Gələcək nəsillərə yadigar qalsın. 

Zaur: 


—Altında da yazardım: Zaur Təhminə və oxla dəlinmiş ürək 

şəkli çəkəydim, hə? 

Təhminə: 

—Bəli, — dedi, — bu yay da belə keçdi... Bizim yay... 

Zaur çevrilib arxaya baxdı: Təhminə saçlarını darayırdı. 

—Gedək? 


—Gedək. 

Zaur motoru işə saldı  və maşını qumlu sahil yollarıyla 

şoseyə tərəf sürməyə başladı. 



 163 

Susmuşdular. Təhminə birdən-birə: 

—Zaur, — dedi, — bilirsən ki, mən işdən çıxıram? 

—Nə? 


—Dəyişirəm iş yerimi. 

Zaur maşının sürətini azaltdı, elə bil lap saxlamaq istəyirdi, 

çevrilib Təhminəyə baxdı: 

—Neçə yəni? Hara belə? 

—Televiziyaya. Təsəvvür eləyirsən, məni diktor götürürlər. 

Bir dostum var, o düzəltdi... Neçə ildi elə hey məni dilə tuturdu 

ki, gəl televizorda bizimlə  işlə, amma onda nədisə fikir 

vermirdim.  İndi birdən yadıma düşdü onun təklifi, o gün 

götürdüm zəng elədim... Orda işləyir, amma vallah, belə 

tapşırıqsız-zadsız özüm öz gücümlə getdim, məni sınaqdan 

keçirtdilər, mətn verdilər, oxudum — azərbaycanca da, rusca 

da — bəyəndilər... Görünür, məqamına düşmüşəm, elə diktor 

axtarırlarmış, Moskvadan deyir, verilişimiz olacaq, elə lap 

yerinə düşdü. Böyüklərdən biri məni təriflədi də: hər iki dildə, 

deyir, mükəmməl danışırsınız, zahiri görünüşünüz də 

münasibdir. 

Zaur Təhminənin indicə ona verdiyi bu təzə xəbər haqqında 

düşünür və özü də  təyin edə bilmirdi ki, sevinir, yoxsa 

heyfsilənir. Təhminənin belə bir qərara gəlməsinin səbəblərini 

bilmirdi, amma hər halda başa düşürdü ki, bu qərar müəyyən 

dərəcədə onun özüylə — Zaurla, onların münasibətləriylə 

bağlıdır... 

—Niyə birdən-birə bu qərara gəldin axı? 

Bilirdi ki, Təhminənin cavabı  dəqiq və dürüst olacaq, nə 

varsa, onu deyəcək. 

Təhminə: 

—Sənə görə, — dedi. 

—Mənə görə? 

—Əlbəttə. — Sonra əlavə etdi: — Gündə səni görmək mənə 

çətin olardı. 

—Məni görmək yəni belə məşəqqətdir səninçün? 



 164 

—Eşitməmisən, aşıq deyib: nə gözlərim səni görsün, nə 

könlüm qubar eyləsin. Hər gün səni görəcəydim, 

fikirləşəcəydim ki, daha mənimki deyilsən. 

Zaur az qala dilindən qaçırtmışdı: "Məgər mən haçansa 

səninkiydim ki, indi daha səninki deyiləm", amma demədi 

bunu, həmin fikri başqa cür ifadə elədi: 

—Nə dəyişib bizim münasibətlərimizdə? 

Təhminə  səssiz gülümsündü. Zaur görməsə  də, elə bil bu 

təbəssümü kürəyiylə hiss elədi, maşının güzgüsündə 

Təhminənin sifətinə baxdı. Təhminə  təbəssümünü hələ silib 

atmamışdı üzündən. 

—Zaurik, yəni doğrudan sən heç nə başa düşmürsən? — 

dedi: — Doğrudan, başa düşmürsən ki, bizim axırıncı 

görüşümüzdür?.. Yaxşı, tutalım, axırıncı görüşümüz deyil, bir 

şəhərdə yaşayırıq, yəqin bir-birimizə rast gələcəyik təsadüfdən-

təsadüfə... amma bu son görüşümüzdür. O mənada ki, — yenə 

gülümsündü, — bir daha bu cür görüşməyəcəyik. 

"Niyəsini" soruşmaq istədi Zaur, amma dinmədi, səbəbini 

özü tapmaq istədi. Axı Təhminə onu hey məzəmmət edirdi ki, 

həssas deyilsən, zərif deyilsən, qadınla kişi münasibətlərinin 

bütün incəliklərini duya bilmirsən. Hiss edə bilmirsan ki, bu 

əlaqələr nəylə düyünlənir və  nədən qırıla bilər... Amma hər 

halda Təhminənin bu qərarı Zauru çox da sarsıtmırdı. Hətta, 

müəyyən biganəliklə qarşıladı bu sözləri. Bəlkə  də bu, sırf 

fizioloji bir halla əlaqədar idi. Bir az qabaqkı ehtiraslı, çılğın 

məhəbbət görüşündən sonra Zaur özündə bir laqeydlik, boşluq, 

toxluq hiss edirdi. Axır vaxtlar çox tez-tez görüşürdülər, bir də 

bundan idi bəlkə bu doyğunluq. Bəlkə  Təhminə bu xəbəri bir 

neçə saat bundan qabaq, onlar çimərliyə gələrkən, öpüşlərdən, 

ağuşlardan, pıçıltılardan və nəvazişlərdən qabaq desəydi, Zaur 

daha çox narahatlıq keçirərdi. Bir neçə gün, Təhminəni yenidən 

ağuşuna almaq istəyi çılğın, dözülməz bir ehtirasa çevrilincəyə 

qədər bu fikrə — "ayrılmaqları", "bir daha görüşməyəcəkləri" 

fikrinə nisbətən sakit və biganəliklə baxa bilərdi. "Nə yaxşı ki, 



 165 

o axmaq məktubu çırıb atdım. Təhminəyə göndərmədim — 

deyə düşünürdü. — İlk yaxınlığın təsiri altında, həm də  dəm 

vaxtımda yazdığım o kağızda nələr qırıldatmamışdım, ilahi... 

İndi bütün o fikirlər necə  də gülməli gəlir mənə, məhəbbət-

filan, sənsiz yaşaya bilmirəm, getmə gözümdən, gedərəm 

özümdən. Nə sevgi, nə filan, əşşi?.. İstək var, ehtiras var, arzu-

kamına çatmaq intizarı var, bir də istədiyinə nail olandan sonra 

doyğunluq, bezginlik, biganəlik var, vəssalam. Qalan hamısı 

sözdür, havayı söhbətlərdir..." 

—Bilirsən bu kimin bağıdır? 

Təhminənin səsi Zauru fikirlərindən ayırdı.. Yolun sol 

tərəfində nahamvar boz daşlardan hörülmüş uca barının 

arxasında ikimərtəbəli,  əyri-köndələn eyvanlı bir ev vardı. 

Eyvan bulanıq yaşıl rəngə boyanmışdı. 

— Yox.  


—Murtuzovgilin. Sizin qonşularınızın. 

Zaur təəccüblə: 

—Murtuz Balayeviçin? — deyə  xəbər aldı. — Sən hardan 

onu tanıyırsan? 

—Oğlunu tanıyıram. 

—Spartakı? — dedi və elə bil içində nə isə titrədi. Spartakı 

yaxşı tanıyırdı. Bilirdi nə yuvanın quşudur, qadınlara, illah da 

gözəl qadınlara nə gözlə baxır. Ümumiyyətlə bilirdi nə 

oyunlardan çıxır Spartak. Ağzını allah yoluna qoyub, qadınlar 

haqqında nələr danışdığından da xəbərdar idi, Təhminənin 

Spartakla tanışlığı Zauru heç açmırdı. Amma qəsdən 

biganəliklə:  

—Bəs Spartakı hardan tanıyırsan? — deyə soruşdu. 

—Mənim bir rəfiqəm var, onun tanışıdır. 

"Tanışıdır" sözü Zaurun bütün içini qaynatdı, axı bilirdi 

Spartakla tanışlıq qadınçün nə deməkdir. 

Təhminə birdən: 

—Saxla, — dedi. Zaur əyləci basdı  və maşın iri dəmir 

darvazanın düz qabağında dayandı. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə