Roman, povestlər



Yüklə 3 Mb.
səhifə37/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   33   34   35   36   37   38   39   40   ...   158

 131 

konfeti, gedirdi Murtuzgilə, oturub içir, barışırdılar. 

Murtuzun səsi Neməti fikirlərindən ayırdı: 

—Etimadınıza görə təşəkkür edirəm. — Nemət fikirləşdi ki, 

elə bil seçicilərlə görüşdə nitq irad eləyir. — Mən hərbi 

adamam, — boğazını arıtladı, — boş-boş danışmağı sevmirəm. 

Hər  şeydən  əvvəl nizam-intizam, rus demişkən, dissiplina 

prevışe vseqo. Kimə söz versəm, gərək, artıq-əskik söz 

danışmadan, durub, söz danışsın. Vəssalam. 

Nemətə elə gəldi ki, nitqini "əmri icra edin. Gedə bilərsiniz" 

sözləriylə qurtaracaq. Amma Murtuz "vəssalam" kəlməsindən 

sonra qıvraq bir hərəkətlə stula çökdü. 

Bir an Nemət düşündü ki, xudanəkərdə, əsgər olaydı, özü də 

Murtuz Balayeviçin əsgəri. Aman allah. Adama qan uddurardı. 

Səhərdən axşamacan  şaqqama günün altında o baş-bu başa 

qovardı: addımla marş! Raz, dva! Raz, dva! 

Mürşüd: 

—Müəllim, — dedi, — Murtuz Balayeviç. Müsaidə 

etsəydiniz... Bir—iki kəlmə... hi, hi, hi... 

Murtuz ötkəm səslə: 

—Edirəm, — dedi. — Danış, görüm nə deyirsən? 

Mürşüd Molla Nəsrəddindən başladı. Nemət nə qədər cəhd 

edirdisə  də, diqqətini toplaya bilmirdi. Beynindən nə  qədər 

çıxarmaq istəyirdisə, bu yaxınlarda aldığı gözlənilməz bir 

məlumatı unuda bilmirdi. İki-üç həftə bundan qabaq Sürəyya 

böyük bir sirr kimi Nemətə  xəbər verdi ki, Alyanın dediyinə 

görə, Murtuz Balayeviç şerlə beş  pərdəlik bir pyes yazıb. 

Babək üsyanı haqqında. Bu xəbəri alanda Nemət qarnını tutub 

uzun müddət sakit ola bilmədi. Sürəyya tutulan kimi oldu: 

"Başa düşmürəm, burda gülməli nə var?" — dedi. Nemət 

boğula-boğula: "Murtuz Balayeviç, pyes yazıb... şerlə" — dedi 

və  qəşş edəcək hala düşdü.  İndi də bu məlumatı yada salıb 

pıqqıldayıb gülməkdən özünü güclə saxlayırdı. Xoşbəxtlikdən 

Mürşüd Molla Nəsrəddin  əhvalatını danışıb qurtardı, hamı 

gülüşdü və Nemət fürsətdən istifadə edib ürəkdən bir qəhqəhə 



 132 

çəkdi. Onun bu boyat lətifəyə belə  bərk gülməsi deyəsən 

Murşüdün özünü də  təəccübləndirdi. Mürşüd bir an dayanıb 

sözünə davam elədi: 

—Hə, indi zarafat bir yana qalsın, birinci dəfədir ki, Dadaş 

Mamedoviçlə bir məclisdəyik, amma necə deyərlər, ürəkdən 

ürəyə yollar görünür. Yəni, Dadaş Mamedoviçi çoxdan 

tanıyırdım. Nemətdən onun haqqında çox eşitmişdim, bilirdim 

ki, bizim bu qonşu qağanı alıb qanadının altına. Amma Dadaş 

Mamedoviç, onu deyim ki, yəni özünüz də  məndən yaxşı 

bilirsiniz bizim bu Nemət ayrı  oğlandır, sizin xətrinizi mən 

bilirəm necə istəyir. Bir Dadaş Mamedoviç deyəndə beş eşidir, 

sizdən danışanda, vallah, ağzına çullu dovşan sığmır. Deyir, 

Mürşüd, sən hələ o kişini tanımırsan, belə deməknən qurtaran 

deyil e, gərək Dadaş Mamedoviçlə özün oturub-durasan ki, bu 

adamın necə adam olduğunu dərk eləyə biləsən lazımınca. Elə 

bil onunçün deyiblər ki, çelovek - eto zvuçit qordo. 

Nemət fikirləşdi ki, görəsən bu büllur qrafinin qiyməti 

neçədir? Görəsən Sürəyyaya söz versə ki, lap bu qrafinin cüt 

ekizindən tapıb alar, onda bu stolun üstündəki qrafini 

Mürşüdün başına vurmaq olarmı? Yox, içindəki çaxır süfrəyə 

tökülər, qiyamət qopar. Ağ süfrədən çaxır ləkəsi getmir, gərək 

üstünə dərhal duz səpəsən. Amma onda da tamam təmizlənmir. 

Bəs persol necə? Görəsən persol ləkəni tamam aparırmı? 

Mürşüdün uzaqlaşmış səsi yenə yaxınlaşdı: 

—Hə, onu deyirəm axı, mən Dadaş Mamedoviçi çoxdan 

tanıyıram, hərçənd o məni tanımırdı, biz balaca adamıq, həkim 

babayıq. Ancaq, Dadaş Mamedoviç, bilirsiniz də, məsəl var, 

dağın dağa işi düşməz, adamın adama işi düşər. Məsəl var: 

arvadın pisdi, boşa getsin, hə, arvad, sən qulağını yum görək 

(ümumi gülüş), dişin ağrıyır, çək qurtar. İndi, allah eləməmiş, 

şər deməsən, xeyir gəlməz.  İşdi-şayəd Dadaş Mamedoviç, 

dişiniz ağrısa eləsə, bax bu lələşiniz qulluğunuzda hazır, haçan 

istəsəniz, necə diş istəsəniz, səhər, axşam, gecə, bahar, yay, qış, 

payız... 



 133 

Nemət düşündü ki, bu, lütfkarlığın  ən yeni və orijinal 

formalarındandır: dişin ağrısın, gətir çəkim. 

Mürşüd qədəhini Dadaşa tərəf uzatdı:  

—Sağ olun, Dadaş Mamedoviç, sizin sağlığınıza.  

—Sağ ol, əziz olasan, çox sağ olun, hamınız, sağ olun. 

Sonra növbəylə, Cabbargilin, Mürşüdgilin,   Nemətgilin 

sağlığına içdilər. Allahverdisi arvadlara, uşaqlara. Ayrıca Bikə 

xalanın sağlığına içdilər, dedilər ki, yeməklər qiyamətdir. 

Sonra Nemət durdu: 

—İçək tamadanın sağlığına, — dedi. Uzun-uzadı  nə isə 

danışdı. Nə danışdığını özü də bilmirdi. Bircə fikrində onu 

tutmuşdu ki, mümkün qədər təmtəraqlı danışsın. "İnsanlıq, 

vüsət, zəka, istiqbal, hünər, müzəffər...". Lap qafiyə  çıxdı. 

İstədi "əsər" də əlavə etsin, ancaq qorxdu. 

Alya: 


—Bəsdir, sən allah, ay Nemət, — dedi, — bu oldu lap kult 

liçnosti. 

Murtuz bir balaca keflənmişdi, bu sözləri eşidəndə ayağa 

sıçradı. 

—Nemət burda çox danışdı, — dedi. — Belə yaxşı-yaxşı, 

yağlı-yağlı sözlər dedi. Mən,  əlbəttə, belə-belə sözləri 

bilmirəm. Belə  qırıldada bilmərəm.  İndi neyləyək kulturamız 

çatmır, — son cümləni deyib Alyaya baxdı. Alya da ona baxdı. 

Bu mənalı baxışmanın mənası bu idi ki, "kulturanın 

çatmaması" rişxənd təbiriylə deyilmişdi, təki hamının 

mədəniyyəti bizimkiycən olaydı. 

—Hə, bir sözlə, hörmətinizə görə sağ olun. Məni çox 

təriflədiz, bəlkə layiqindən də artıq, — bu yenə eyni priyom 

idi. — Mən indi bacardığımdan xalqıma xidmət eləmişəm. 

Cəbhənin odunda-alovunda qanımızı tökəndə, elə biz sizin 

kimi çavanların bugünkü firavan gününü fikirləşmişik ki, siz 

belə-belə oturasız, kef çəkəsiz, xoşbəxt dolanasız. İndi sizin də 

borcunuz odur ki, bu yolda qan tökən adamlara lazımi hörmət-

izzət göstərəsiniz. Böyüyün böyük yeri var, kiçiyin kiçik, 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə