Telman Huseynov
bölgüsünü (kooperasiyanı), məhsul buraxılışında onların rolunu
və əhəmiyyətini müəyyən etməyə imkan verir.
Təsərrüfatçılıq praktikasında firmanın istehsal quruluşunu və on-
da baş verən dəyişiklikləri xarakterizə etmək, qiymətləndirmək üçün
aşağıdakı göstəricilərdən istifadə olunur:
– məhsul buraxılışının ümumi həcmində ayrı-ayrı istehsal böl-
mələrinin xüsüsi çəkisi;
– işləyənlərin ümumi sayında bu və ya digər istehsal bölməsinin payı;
– firmanın istehsal əsas fondlarının ümumi dəyərində ayrı-ayrı
istehsal bölmələrinə məxsus olan əsas fondların xüsusi çəkisi.
Adları çəkilən göstəricilərdən məhsulun həcmi göstəricisi – baş-
qaları ilə müqaisədə – müəssisənin istehsal quruluşunu daha dəqiq
xarakterizə edir. Çünki, müəssisənin məhsul buraxma qabiliyyətinin
artırılmasında istehsal bölmələrinin rolu mövcud işçilərin sayı və
əsas fondlarının dəyəri ilə deyil, onlardan istifadə səviyyəsindən,
fəaliyyətinin nəticələri ilə daha düzgün qiymətləndirilə bilər.
Müəssisə və firmanın istehsal quruluşu müxtəlif iqtisadi, təşkilati
və texniki amillərin təsiri altında formalaşır ki, bu amilləri də bir ne-
çə qrupa – makroiqtisadi, sahə və regional amillər qruplarına – böl-
mək olar.
Makroiqtisadi amillər müəssisənin istehsal strukturunun komp-
leksliyini və tamlığını müəyyən edir. Bu amillərə ölkə itisadiyya-
tındakı sahələrin tərkibi, onların diferensasiya dərəcəsi, xarici ticarət
əlaqələri və s. aiddirlər.
Firmanın istehsal quruluşuna onun mənsub olduğu sahənin ixti-
saslaşma səviyyəsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin ye-
rinə yetirilməsi imkanları, sahədə təchizat və satışın təşkili xüsusiy-
yətləri, başqa digər sahələrin xidmətləri ilə təmin olunma səviyyəsi
kimi sahə amilləri də təsir göstərir.
Müəssisənin quruluşuna (ümumi və istehsal) təsir göstərən regio-
nal amillər onun (müəssisənin) müxtəlif kommunikasiyalarla: qaz və
su kəmərlərilə, nəqliyyatla, rabitə vasitələri ilə və s. təmin olunması
səviyyəsi ilə əlaqədardır.
Yuxarıda qeyd olunan makroiqtisadi, sahə və regional amillə-
rin məcmusu müəssisənin fəaliyyət göstərdiyi xarici mühiti əmələ
gətirirlər.
40
Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları
Müəssisənin quruluşunun formalaşmasına xarici mühitin doğur-
duğu amillərlə yanaşı müəssisədaxili amillər də öz təsirlərini göstə-
rirlər. Onlar aşağıdakılardır.
a) istehsalın həcmi artdıqca firmanın həm əsas istehsal, həm qeyri-
istehsal bölmələrinin sayının, ölçüsünün genişlənməsi və onlarda ça-
lışan işçilərin sayının çoxalması, bölmələrin tərkibinin dəyişməsi nə-
ticəsində müəssisənin istehsal quruluşu mürəkkəbləşir.
b) istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi sə-
viyyəsi yüksəldikcə müəssisələrin istehsal quruluşu sadələşir;
c) məhsulun nomenklaturası məhdud olduqda firmanın istehsal
quruluşu sadə, geniş olduqda isə, əksinə, mürəkkəb olur;
d) istehlak olunan xammal və materialların növü, çeşidi müəs-
sisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal
və materialların ölçüsü (qabariti) və forması anbarların sayına və
həcminə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;
e) istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yə-
ni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və
briqadalar tərəfindən həyata keçirilərsə, onda müəssisədə köməkçi və
xidmətedici sex və təssərrüfatların sayı azalır;
f) məhsulun konstruktiv quruluşu və onun hazırlanması tex-
nologiyası nə qədər mürəkkəb olarsa, onda müəssisədə əlavə bölmə-
lərin yaradılması zərurəti yaranır və s.
Müəssisənin istehsal, idarəetmə və xidmətedici bölmələrinin tərkibi
və qarşılıqlı əlaqəsi onun təşkilati strukturunu əmələ gətirir. Firmanın
(müəssisənin) təşkilati strukturu aşağıdakı kimi olur (bax: şəkil 2.1).
Firma
Müəssisə
İdarəetmə və xidmətedici
bölmələr
İstehsal bölmələri
Firmanın
(müəssisənin)
idarə olunması
Əsas sexlər
və istehsal
sahələri
Sosial-məişət
bölmələri
Köməkçi
sexlər və
sahələr
İstehsal təyinatlı
xidmətedici
təsərrüfatlar
Şəkil 2.1. Firmanın (müəssisənin) təşkilati strukturu
41
Telman Huseynov
Müəssisənin əsas struktur vahidi sexdir. Sex müəssisənin inziba-
ti baxımdan xüsusiləşmiş həlqəsi olmaqla, texnoloji baxımdan is-
tehsal prosesinin – məhsul istehsalının – müəyyən mərhələsi
məhz burada yerinə yetirilir. Bir qayda olaraq sexlər texnoloji pro-
seslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakte-
rizə olunurlar.
İstehsal firmasının tərkibinə daxil olan sexlər məhsulun hazırlan-
masındakı rollarına görə aşağıdakı 4 qrupa bölünürlər:
1) əsas sexlər – xammal və materialların hazır məhsula çevrilmə-
si üzrə texnoloji prosesin hansısa mərhələsinin bilavasitə yerinə yeti-
rilməsi ilə məşğul olurlar. Əsas sexlərin istehsal imkanları müəssisə-
nin məhsulburaxma qabiliyyətini müəyyən edir. Əsas sexlərə misal
olaraq maşınqayırma zavodlarında hazırlıq, mexaniki emal və yığma
sexlərini; metallurgiya kombinatlarında domna, marten, yayma (pro-
kat), koks sexlərini; toxuculuq fabriklərində isə əyirici, toxucu və na-
xışvurma sexlərini göstərmək olar;
2) köməkçi sexlər – bilavasitə məhsul istehsalı ilə məşğul olmur-
lar, lakin əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zə-
ruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq alət, təmir, mo-
del və s. sexləri göstərmək olar;
3) xidmətedici sexlər – köməkçi sexlər kimi bilavasitə məhsulun
hazırlanması ilə məşğul olmurlar, lakin onlar həm əsas və həm də kö-
məkçi sexlərin normal fəaliyyət göstərmələri üçün şərait yaradırlar.
Xidmətedici sexlərə misal olaraq nəqliyyat və enerji sexlərini, komp-
ressor stansiyalarını, eksperimental sexləri, su təchizatını, anbar tə-
sərrüfatını və s. göstərmək olar;
4) yardımçı sexlər – əsas sexlərin istehsal tullantılarından təkrar
istifadə edilməsi (təkrar istehsalı) məqsədilə yaradılır və onlar müəs-
sisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında
mühüm rol oynayırlar. Belə sex və təsərrüfatlara misal olaraq tara ha-
zırlayan sexləri, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sex-
ləri göstərmək olar.
Firma sexlərinin özləri də ayrı-ayrı istehsal sahələrindən (sexli
quruluşa malik olan müəssisələrdə) ibarət olurlar. İstehsal sahəsi –
texnoloji cəhətdən həmcins əməliyyatlar yerinə yetirən və ya
məhsulun hər hansı bir hissəsini hazırlayan və eyni məkanda tə-
42
Dostları ilə paylaş: |