S e. f d. Könül Mədət qızı Şıxiyeva TƏHLÜKƏSİZLİYİMİz və onun iNKİŞaf perspektiVLƏRİ Açar sözlər


Sovet dövründə xüsusi xidmət orqanları



Yüklə 29,02 Kb.
səhifə3/5
tarix09.06.2022
ölçüsü29,02 Kb.
#89200
1   2   3   4   5
KÖNÜL ŞIXİYEVA-MƏQALƏ tƏHLÜKƏSİZLİYİMİZ və ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ

Sovet dövründə xüsusi xidmət orqanları. Sovet dövründə təhlükəsizlik orqanları “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideologiyasının rəsmi dövlət səviyyəsində dağıdılması, parçalanması və məhv edilməsi cəhdi ilə xarakterizə olunur. “Türkləşmək” pantürkizm, panturanizm, “islamlaşmaq” panislamizm kimi yozuldu və mürtəce bir ideologiya kimi yasaq edildi. “Müasirləşmək” isə sovetləşmək (beynəlmiləlçilik) məzmunu ehtiva etməyə başladı. Bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Sovet Sosialist Respublikası ilə əvəz olundu. Azərbaycan xalqı mahiyyət etibari ilə müstəqilliyini, milli-mənəvi, əxlaqi dəyərlərini, dövlət atributlarını itirdi. Azərbaycan Xalq Cümhuriyyəti adlı bir dövlətdən “Azərbaycan SSR” adlı bir maket qaldı. Milli düşünən şəxslər, Azərbaycanın müstəqillik və istiqlaliyyətini bərpa etmək istəyənlər repressiyalara, təqib və təzyiqlərə məruz qaldı. Bu repressiyaların həyata keçirilməsində və baş tutmasında FK, DSİ və XDİK mühüm rol oynadı. Stalinizmdən sonrakı mərhələdə tədricən də olsa, milli dəyərlərin və yaddaşa dəyən zədələrin bərpası prosesi başlandı. “Vətən xaini”, “xalq düşməni” elan edilərək güllələnənlərin və sürgün edilənlərin bir çoxu bəraət aldı. Milli istiqlal uğrunda mübarizə yenidən canlandı. Müstəqillik uğrunda mübarizə leqal formalardan müxtəlif qeyri-leqal formalaradək davam etdi və özünün zirvə məqamına meydana hərəkatında çatdı. Heydər Əliyevin milli-mənəvi dəyərlər sahəsində həyata keçirdiyi tədbirlər Azərbaycanın gələcək istiqlalı üçün təməllər hazırladı. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi Sovet dövründə xüsusi xidmət orqanları bolşeviklərin və sovet imperiyasının maraqlarının müdafiəçisi olmuşdur.
Qısaca olaraq Sovet dövründə Azərbaycanda təhlükəsizlik orqanının yaranması xronologiyasına nəzər salaq: 1920-ci il aprelin 29-da Azərbaycanda hakimiyyətə gələn bolşeviklər xüsusi xidmət orqanını yenidən təşkil edib onu Fövqəladə Komissiya adlandırdılar. 1926-cı il avqustun 7-də Azərbaycan Fövqəladə Komissiyasının adı dəyişdirilib Dövlət Siyasi İdarəsi qoyuldu. 25 iyul 1934-cü ildən 12 mart 1954-cü ilədək xüsusi xidmət orqanları ayrı-ayrı vaxtlarda daxili işlər komissarlığı ilə bir neçə dəfə birləşib ayrılmışdır. Həmin müddətdə Azərbaycanın xüsusi xidmət orqanı Xalq Daxili İşlər Komissarlığı (XDİK) adlanmağa başladı. 13 mart 1954-cü ildə Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi yaradıldı. 5 iyul 1978-ci ildə Nazirlər Sovetinin asılılığından çıxararaq DTK adlandırıldı. 1990-cı ildə Sovet İttifaqının dağılması ilə də DTK-nın fəaliyyətinə son qoyuldu (8, s.1).

Yüklə 29,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə