XXIV f
əsil
Q
ƏFLƏTİ KARDİAL ÖLÜM və
ONUN PROFİLAKTİKASI
Q
əfləti kardial ölüm, kardial səbəblərdən, kəskin əlamətlərin
başlanğıcından sonrakı bir saat vaxt ərzində baş verən təbii ölümə deyilir.
Onu da qeyd ed
ək ki, ölümdən qabaq ürək patologiyası məlum ola bilər,
ancaq ölümün
variantı və vaxtı naməlum qalır. Təsadüflərin 70%-də
ür
əyin dayanması stasionardan kənar şəraitində, gündüz vaxtı, şahidlərin
iştirakı ilə baş verir. Qəfləti ölüm təsadüflərinin 90%-dən çoxu ürək
patologiyası ilə əlaqədar qeyd olunur və onlar qəfləti kardial ölüm
adlanır. Onun rast gəlinmə tezliyi 0,036-0,128% təşkil edir; ürək
patologiy
asından əziyyət çəkən 60-69 yaşlı kişilər arasında, qəfləti ölüm
0,8% hallarda rast g
əlinir. Amerika Birləşmiş Ştatlarında ildə orta
hesabla 300.000 q
əfləti ölüm hadisəsi qeydə alınır. Ürək-qan damar
x
əstəliklərindən baş verən ölüm hadisələrinin 25%-i, ÜİX-dən baş verən
ölüml
ərin isə 50%-i, gözlənilmədən, klinik vəziyyətin pozulmasından
sonrakı bir saat vaxt ərzində, qəfləti kardial ölüm formasında qeyd edilir.
Q
əfləti ölümün etiologiyasında ən çox rast gəlinən səbəblər
aşağıdakılardır:
- miokard infarkt
ı (ürək çatışmazlığı və ya onsuz);
- kardiomiopatiyalar;
-
üzanmış QT intervalı sindromu, Bruqad sindromu;
- ür
əyin qüsurları (əsasən aortal stenozu, mitral qapağın
prolapsı);
-
koronar arteriyaların anomaliyaları;
- Volf-Parkinson-
Uaytın erkən oyanma sindromu.
G
ənc yaşlı adamların arasında qəfləti ölümün səbəblərini,
miokardial ion kanallarının genetik anomaliyaları ilə əlaqədar olan
kanalopatiyalar (uzanmış QT intervalı və Bruqad sindromları),
kardiomiopatiyalar, miokarditl
ər, psixoaktiv maddələrdən sui-istifadə
t
əşkil edir; ahıl yaşlı şəxslərin arasında qəfləti kardial ölüm, adətən
ür
əyin işemik xəstəliyi və ürək çatışmazlığı nəticəsində müşahidə edilir;
t
əsadüflərin 46%-də ailəvi anamnezdə müvafiq məlumatlar tapılır.
Autopsiyalardan sonrakı patoloji anatomik məlumatlara görə, qəfləti
ölüm t
əsadüflərinin 27%-i tam aydınlşadırılmamış qalır; bu zaman onun
s
əbəbi aşağıdakı xəstəlik və ya patoloji hallardan biri ola bilər:
-
ÜİX və ya koronar arteriyalarının inkişaf anomaliyaları;
- kardiomiopatiyalar;
291
- ür
ək çatışmazlığı;
- ür
ək qüsurları;
- miokardit;
-
miokardın sarkoidozu, amiloidozu, şişi;
-
kanalopatiyalar (uzanmış və ya qısa QT sindromu, Bruqad
sindromu);
- ür
ək aritmiyaları (mədəcik taxikardiyası, WPW sindromu);
-
kokain intoksikasiyası;
- elektrolit disbalans
ı.
Q
əfləti kardial ölümün əsas patofizioloji mexanizmi mədəciklərin
fibrillyasiyasıdır. Sonuncu təsadüflərin 80%-də rast gəlinir. Yerdə qalan
hallarda m
ədəciklərin asistoliyası və ya elektromexanik dissosiasiya qeyd
edilir. Ür
ək fəaliyyətinin zəifləməsi, ümumi qan dövranının və o
cüml
ədən beyin qan dövranının davamlı pozulmasına və beyinin 4 dəqiqə
ərzində davamlı zədələnməsinə səbəb olur; 7 dəqiqədən sonra beynin
z
ədələnməsi geridönməz hal alır.
Q
əfləti kardial ölüm, çox vaxt zəiflik, hava çatışmazlığı, ürək
döyünm
əsi, döş qəfəsində ağrı kimi əlamətlərlə özünü təzahürə verir və
ya başlayır. Təsadüflərin çoxunda o, çox sürətlə başlanıb inkişaf edir və
bir neç
ə dəqiqə ərzində letal nəticə ilə qurtarır. Bəzən huşun itirilməsi və
kollapsın baş verməsi nisbətən çox çəkir. Hadisədən 1-2 həftə əvvəl
başlanıb davam edən tövşümə, zəiflik, ürək ağrıları kimi prodromal
simptomlar qeyd oluna bil
ər.
Q
əfləti kardial ölümün xüsusi diaqnostikası hələ də müəyyən
olunmamışdır. Onun gözlənilməsi ölüm riskinin stratifikasiyası vasitəsilə
mü
əyyən olunur.
Miokard infarktından sonra və ürək çatışmazlığı zamanı, qəfləti
kardial ölüm, ad
ətən mədəciklərin fibrillyasiyası, ürəyin blokadası və ya
asistoliya n
əticəsində baş verir. Miokard infarktından sonrakı 2,5 il
ərzində rast gəlinən qəfləti ölüm hadisələrinin 75%-i aritmiyalarla
əlaqədardır. Miokard infarktını keçirmiş və ürək çatışmazlığı olan və ya
olmayan x
əstələrdə, qəfləti kardial ölümün stratifikasiyası aşağıdakı
şəkildə aparılır:
- I sinif (sol m
ədəciyin atım fraksiyasının və həcminin
azalması, ürək ritminin variabelliyi, baroreflektor
h
əssaslıq);
- II a sinif (m
ədəcik ekstrasistolları, mədəcik taxikardiyası,
sakit v
əziyyətdə taxikardiya);
- II b sinif (m
ədəciklərin gecikmiş potensialları, T dişciyinin
alternasiyası, ürək ritminin turbulentliyi, infarktla əlaqəli
arteriyanın keçiriciliyi).
292
Miokard infarktını keçirmiş və ürək çatışmazlığı olan və ya
olmayan x
əstələrdə qəfləti kardial ölüm riskinin stratifikasiyasına əsasən
ayırd olunmuş siniflər üzrə (I, IIa, IIb) birincili və ikincili profilaktika
aparılır.
Hipertrofik kardiomiopatiyalı xəstələrdə qəfləti ölüm törədən hallar
m
ədəcik aritmiyaları, qulaqcıqların paroksizmal fibrillyasiyası, AV
blokada,
əlavə yolla sürətlə keçiricilik, hemodinamik pozğunluqlar,
miokardın işemiyası, intensiv fiziki yüklənmə aiddir. Burada ölüm
riskinin stratifikasiyasına görə davamlı mədəcik taxikardiyası,
m
ədəciklərin fibrillyasiyası qeyd edilən xəstələr I sinif sayılır; yerdə
qalan x
əstələr II sinifə daxil olur.
QT intervalının uzanması qəfləti ölümün yüksək inkişaf riski ilə
assosiasiya olunur; sözüged
ən xəstələrdə intensiv fiziki yüklənmə və ya
QT intervalını uzadan dərmanların qəbulu zamanı, ürəyin qəfləti
dayanması baş verə bilər. Ölüm riski stratifikasiyasına görə I sinif piruyet
tipli m
ədəcik taxikardiyasını, qeyd edilmiş mədəcik fibrillyasiyasını,
ür
əyin dayanması hadisəsini, sinkopal epizodlarını, Cervel-Nilsen
sindromunu, QT intervalının uzanması sindromunun irsi variantını əhatə
edir; II sinif
ə QT intervalının 600 ms-dən çox olması, damar qəzaları,
sindaktiliya + AV blokada, EKQ-d
ə T dişciyinin alternasiyası, QT
intervalı dispersiyasının artması, qadın cinsi, ailəvi anamnez daxildir.
Bruqad sindromunu EKQ-d
ə, V
1
-V
3
döş aparmalarında spontan
olaraq v
ə ya təhrik edildikdə ST seqmentinin yüksəlməsinə və çox vaxt
bu halın His dəstəsinin sağ ayaqcığının blokadası ilə müştərək qeyd
olunmasına əsasən aşkar edirlər. Burada I sinif mədəcik taxikardiyası və
fibrillyasiyası epizodlarından təşkil olunur; II sinif sinkopal epizodlarını,
ail
əvi anamnezi və induktiv mədəcik taxikardiyasını və ya
fibrillyasiyasını əhatə edir.
Aortal stenozlu x
əstələrin 20%-i qəfləti ölümlə tələf olurlar. Mitral
qapağın prolapsı, adətən xoşxassəli klinik gedişə malik olur. Ancaq o,
davamlı mədəcik taxikardiyası ilə müşayiət olunduqda və ya
m
ədəciklərin fibrillyasiyası ilə fəsadlaşdıqda qəfləti ölümə səbəb olur.
Ür
ək əzələsində koronar arteriyalarını müxtəlif yerlərdə əhatə edən
miokardial h
əlqələr və ya körpücüklərin mövcudluğunda və ya koronar
arteriyaların anomaliyası sindromunda, bəzən mədəcik taxiaritmiyasının
baş verməsindən qəfləti ölüm qeyd edilir.
Ür
əyin erkən oyanması və ya Wolf-Parkinson-Uayt sindromu,
qulaqcıq fibrillyasiyasının inkişafı və onun sürətlə mədəciklərə keçməsi
hesabına, il ərzində xəstələrin 0,15%-i qəfləti ölümə düçar olur.
M
əlumdur ki, qəfləti olaraq ürək fəaliyyətinin dayanması, klinik
c
əhətdən qəfləti ölüm hadisəsini törədir. Ürək fəaliyyətinin dayanmasının
293
Dostları ilə paylaş: |