S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə134/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   130   131   132   133   134   135   136   137   ...   145


xronik ür
ək  çatışmazlığı  simptomlarının  aradan 
götürülm
əsi, yəni xəstəliyin IIA, IIB və  III təzahürlü 
m
ərhələlərin müalicəsi; 
-  ür
ək və  digər  orqanların  qorunması  yolu  ilə  xəstəliyin 
proqressivl
əşməsinin ləngidilməsi, yəni I, IIA, IIB və  III 
m
ərhələlərdə kompleks müalicənin aparılması; 
- h
əyat keyfiyyəti göstəricilərinin yaxşılaşdırılması; 

hospitalizasiya hallarının azalması; 

proqnozun yaxşılaşdırılması.  
 
         Ür
əyin sol mədəciyinin  simptomsuz  disfunksiyası  diaqnozu 
qoyulandan sonra, y
əni xəstəliyin I mərhələsi  aşkar  ediləndən sonra, 
xronik ür
ək  çatışmazlığı  simptomlarının  təzahürə  çıxmasının  qarşısını 
almağa  çalışmaq  lazımdır.  Xəstəliyin simptomlu mərhələlərində 
si
mptomların  aradan  qaldırılması  ilə  yanaşı,  patoloji  prosesin 
proqressivl
əşməsinin ləngidilməsi də  lazımdır.  Əks  halda  simptomların 
aradan götürülm
əsindən bir müddət sonra, xəstəlik yenidən təzahürlü 
residiv dekompensasiya
sı  ilə  qayıda  bilər. Odur ki, xronik ürək 
çatışmazlığının ürək, böyrək, beyin, damarlar və digər hədəf orqanlarının 
qorunması  yolu  ilə  proqressivləşməsinin ləngidilməsi, yəni  orqanların 
remodulyasiyalaşmasının  qarşısının  alınması,  yüksək  əhəmiyyət kəsb 
edir.  Onu da yeri g
əlmişkən qeyd edək  ki, xronik ürək  çatışmazlığı 
sistemli proses olub, n
əinki ürəyin remodelləşməsini, həm də  beyin, 
böyr
ək, qaraciyər, damar, əzələ və sair orqanların patoloji zədələnməsini 
tör
ədir. Beləliklə, xronik ürək çatışmazlığının inkişafının qarşısı alınmalı, 
simptom
ları  aradan  qaldırılmalı  və  onun proqressivləşməsi 
l
əngidiləməlidir. Xəstəliyə qarşı aparılan müalicə obyektiv effektivliyi ilə 
yanaşı,  subyektiv  olaraq  yaxşı  keçirilməli və  həyat göstəricilərini 
yaxşılaşdırmalıdır. Xronik ürək çatışmazlığı ağır proqnoza malik xəstəlik 
olub,  başlandığından  sonrakı  5  ilin  müddətində  xəstələrin  hamısı  tələf 
olur. X
əstələrin  ömrünün  uzadılması,  müalicəsi və  həyat keyfiyyəti 
göst
əricilərinin  yaxşılaşdırılması  pəhriz, fiziki fəallıq  rejimi,  psixoloji 
reablitasiya, dispanserizasiya, medikamentoz, elektrofizioloji, c
ərrahi, 
mexaniki üsullarla terapiya vasit
əsilə  əldə  olunur.  Aparılan  müalicənin 
effektivliyi A,  B v
ə  C  kateqoriyalara  ayırd  olunur;  əgər  aparılan 
müalic
ənin  effektiviliyi  iki  samballı  və  nəzarətli sərbəst tədqiqatlar 
t
ərəfindən təsdiq  olunursa,  onda  A  kateqoriya  sayılır;  əgər  aparılan 
müalic
ənin  effektivliyi  bir  samballı,  nəzarətli və  sərbəst tədqiqat 
t
ərəfindən təsdiq olunursa və  ya  alınmış  nəticələrin  yoxlanılmasına 
ehtiyac varsa v
ə  ya  alınmış  nəticələrin bəziləri ziddiyətlidirsə, onda B 
kateqoriyaya düşür; müalicənin C kateqoriyası empirik nəticələrə aiddir. 
Bundan  başqa  hazırda  müalicənin  tövsiyə  sinifləri  ayırd  edilir;  I  sinif 
 
307 


müalic
ə  tövsiyələri bütün xəstələrdə  göstərişdir;  IIA sinif müalicə 
tövsiy
ələri demək olar ki, göstərişdir; IIB sinif müalicə tövsiyələri demək 
olar ki, göst
əriş  deyildir  və  III sinif müalicə  tövsiyələri mütləq  əks 
göst
ərişdir.  
         Xronik ür
ək  çatışmazlığı  ürək-qan damar xəstəliklərinin  fasiləsiz 
inkişaf kontinuumun sonuncu etapı və həm də bir çox ürək xəstəliklərinin 
f
əsadı  olduğundan,  sözügedən xəstəliklərin  vaxtında  və  rasional 
müalic
əsi,  onun  profilaktikasıdır.  Başqa  sözlə, ürək zədələnmələrinin 
müalic
əsi, ürək  çatışmazlığının  və  dekompensasiyanın  qarşısını  almaq 
dem
əkdir. Ürək-qan damar  xəstəlikləri kontinuumu, xronik ürək 
çatışmazlığının  hələ  olmadığı  dövrü  (A),  ürəyin sol mədəciyinin 
simptomsuz disfunksiya dövrü (B), klinik t
əzahürlü dövrü (C) və 
terminal dövrü (D) 
ayırd edir. Bütün bu deyilənləri nəzərə alanda məlum 
olur ki, arterial 
hipertenziyanın, piylənmənin, ÜİX-in, dislipidemiyanın, 
metabolik  sindromun,  şəkərli diabetin, ürək  qüsurlarının  vaxtında  və 
rasional müalic
əsi, siqaretçəkmənin və  alkoqol qəbulunun 
dayandırılması, bədən çəkisinin azaldılması, xronik ürək çatışmazlığının 
yüks
ək əhəmiyyətli profilaktikası sayılır.  
 
Xronik ür
ək  çatışmazlığında  qeyri-medikamentoz müalicə 
p
əhrizdən, yəni rasional qidalanmadan, siqaretçəkmə  və  alkoqol 
q
əbulunun  dayandırılmasından,  fiziki  fəallıq  rejimindən, psixoloji 
reabilitasiyadan, dispanserizasiya v
ə özünə nəzarətdən ibarətdir. 
 
Xronik ür
ək  çatışmazlığına  düçar  olmuş  xəstələrin pəhrizi 
aşağıdakı tösviyələrə görə qurulmalıdır: 
- xör
ək duzunun qəbulu, xəstəliyin simptomları və durğunluq 
d
ərəcəsi  artdıqca,  azaldılmalıdır;  I  funksional  sinif  zamanı 
sutkalıq  duzun  miqdarı  3 qrama qədər azaldılmalı,  II 
funksional  sinif  zamanı  xörəklər duzsuz  hazırlanmalı  (1,5 
q/sutka) v
ə  III  funksional  sinif  zamanı  xörəklər duzsuz 
m
əhsullardan duzsuz hazırlanmalıdır (<1 q/sutka);  
-  sutka 
ərzində  qəbul olunan mayenin  miqdarı  I,  II  və  III 
sinifl
ər  zamanı  1,5-2  litr  arasında  tərəddüd etməli;  ağır 
dekompensasiya v
ə  IV  sinif  zamanı  1-1,5  litr  arasında 
olmalıdır;  
-  yem
əklər təzə  və  keyfiyyətli məhsullardan  hazırlanmalı, 
kalorili, vitaminli v
ə zülallı olmalıdır; 
-  yem
əklər və  qəbul olunan mayelər bədən çəkisinin 
artmasına səbəb olmalıdır; 1-3 gün ərzində bədən çəkisinin 
1 kq-
dan  çox  artması,  bədəndə  mayenin ləngiməsindən və 
dekompensasiyanın  inkişaf  riskindən xəbər verir; yeri 
g
əlmişkən qeyd edək ki, xəstənin qəbul etdiyi  və  onun 
 
308 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə