S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə132/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   128   129   130   131   132   133   134   135   ...   145

dekompensasiya il
ə  əlaqədar olaraq hipotoniyaya qədər  azalır.  EKQ-də 
bir qayda olaraq sol m
ədəciyin hipertrofiya əlamətləri, ürəyin elektrik 
oxunun sola t
əmayüllüyü  görünür. Sonuncu, əsasən arterial 
hipertenziyanın səbəb və ya yanaşı olmağı ilə əlaqədardır. Bundan başqa 
miokardın  çapıqlı  zədələnmələri, His dəstəsinin  sol  ayaqcığının 
bloka
dası,  sol  qulaqcığın  yüklənməsi  əlamətləri, sol mədəciyin 
hipertrofiyası,  miokardın  sistolik  və  diastolik  disfunksiyasının 
mövcudluğundan  xəbər verir; EKQ-də  aritmiyaların,  xüsusilə  səyrici 
aritmiyanın  tapılması,  elektrolit  disbalansı  və  dərmanların  təsiri 
əlamətlərinin görünməsi, dekompensasiya triqqerləri  sayılır.  Klinik və 
ExoKQ 
əlamətləri ilə  birlikdə  EKQ nəticələri yüksək diaqnostik 
əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, xronik ürək çatışmazlığında 
normal EKQ-y
ə rast gəlmək deyildir.  
 
Sutkalıq  və  ya Xolter monitorinqi, subyektiv olaraq fasilə  hissini 
yaradan, baş gicəllənmə, bayılma və ya sinkope halı ilə müşayiət olunan 
ür
ək  çatışmazlığını  törədə  bilən və  ya kəskinləşdirən  aritmiyaların 
xarakteri, tezliyi, m
ənşəyi və davamiyyətini araşdırmaq üçün aparılır. Bu 
zaman m
ədəciklərin asimptomatik ritm pozğunluqlarına rast gəlmək olur. 
Ancaq, Xolter monitorinqi 
antiaritmik  terapiyanın  inisiasiyasına  və  ya 
elektrokardiostimulyatorun  qoyuluşuna  əsas vermir. Ürək ritminin 
variabelliyi göst
əriciləri, klinik və  hemodinamik dəyişikliklərdən  asılı 
olmayaraq, x
əstənin sağalma dərəcəsindən xəbər verə bilər.  
 
İcranın  sadəliyi, təhlükəsizlik və  tətbiqin  asanlığına  və  alınan 
n
əticələrin əhəmiyyətinə görə, ümumiyyətlə və o cümlədən xronik ürək 
çatışmazlığının  diaqnostikasında  exokardioqrafiyanın  vizualizasiyaedici 
üsul kimi 
əhəmiyyəti yüksəkdir. 
Exokardioqrafiya ür
əyin 
disfunksiyasının mövcudluğunu və onun xarakterini dəqiqləşdirməyə və 
h
əm də  aparılan  müalicəyə  nəzarət etməyə  imkan  verir.  Miokardın 
z
ədələnməsi, disfunksiyasının  sistolik,  diastolik  və  ya  qarışıq  olması, 
qapaq  aparatının  halı,  endokard  və  perikard dəyişiklikləri (vegetasiya, 
tromboz,  mayenin  olması  və  s),  iri  damarların  patologiyası, 
trombemboliya  m
ənbəyiləri, ürəyin qlobal və  regional  yığılma 
qabiliyy
əti, ürək  boşluqlarının  ölçüləri,  geometriyası,  ürək  divarlarının 
qalınlığı,  dəliklərin  diametrisi, ürəkdaxili  axınların  parametrləri, ürək 
boşluqları  və  iri damardaxili təzyiq göstəriciləri, transvalvular təzyiq 
qradiyenti exokardioqrafiya v
ə  doppler exokardioqrafiya vasitəsilə 

əyyən oluna və qiymətləndirlənə bilər.  
 
Ür
əyin sol mədəciyinin  yığılma  qabiliyyətini göstərən  əsas 
hemodinamik parametr sol m
ədəciyin  atım  fraksiyasıdır.  Bu parametr 
sistolik disfunksiya il
ə  müşayiət edən ürək  çatışmazlığını,  sistolik 
funksiyasının  saxlandığı  təsadüflərdən  ayırd  etməyə  imkan verir. 
Sonuncu halda sözüged
ən göstərici 50%-ə bərabər və ya ondan çox olur 
 
303 


(≥  50%);  atım  fraksiyasının  azalması  sistolik  disfunksiyasının 
t
əzahürlüyü  ilə  assosiasiya  edir;  onun  dinamikası  aparılan müalicənin 
effektivliyini v
ə  proqnozu qiymətləndirməyə  imkan  verir;  atım 
fraksiyasının aşağı olması neqativ proqnozdan xəbər verir. Onu da qeyd 
etm
ək  lazımdır  ki,  sol  mədəciyin  atım  fraksiyası  göstəricisinin normal 
olması,  ürək  çatışmazlığının  mövcudluğunu inkar etmir. Eyni zamanda 
sol m
ədəciyinin  diastolik  funksiyasını  da  müəyyən etmək  lazımdır. 
Bunun  üçün  transmitral  diastolik  axınını  və  mitral həlqənin hərəkət 
sür
ətini qiymətləndirirlər. Sol mədəciyin 3 tipdə  dolması  ayırd  olunur: 
l
əng relaksasiya ilə, psevdonormal və  restriktiv; bu tiplər yüngül, orta 
d
ərəcəli və  ağır  diastolik  disfunksiyalara  uyğun  gəlir. Ürək 
çatışmazlığının  klinik  əlamətlərinin  mövcudluğu  fonunda,  sol 
m
ədəciyinin atım fraksiyasının 50%-dən çox olması ilə, sol mədəciyinin 
relaksasiy
asının  və  genişlənməsinin  pozulması  təsadüflərində  ürəyin 
diastolik  tipli  çatışmazlığı  diaqnozu  qoyulur.  Burada  sol  mədəciyin 
izovolyumik boşalma müddətinin artması, sol mədəciyin erkən diastolada 
dolmasının  ləngiməsi və  sol mədəciyin  diastolik  genişlənməsinin 
m
əhdudlaşması  indeksləri  rol  oynayır.  Ürəyin diastolik dolma 
pozğunluqlarının  müəyyən  olunması  onun  patogenezinə,  ağırlıq 
d
ərəcəsinə,  klinik  gedişinə, müalicənin effektivliyinə  və  həm də 
proqnoza aydınlıq gətirir. Ürək divarlarının qalınlığı, ürək boşluqlarının 
h
əcmi, sol mədəciyin kütləsi,  atım  fraksiyası,  sol  mədəciyin diastolik 
dolma  dinamikası,  perikard  və  miokardın  vəziyyəti,  miokardın  qanla 
t
əchizatı  kimi  göstəricilərini daha səlis müəyyən etmək üçün MRT
pozitron-emission tomoqrafiya, koronaroqrafiya, ventrikuloqrafiya, 
Svan-Qanz kateterind
ən istifadə  edirlər.  Xronik ürək  çatışmazlığı  olan 
x
əstələrin kompleks müayinələrinə  ağciyərin funksional testləri,  döş 
q
əfəsinin  rentgenoloji  yoxlanması,  yüklənmə  sınaqları  və  sair  əlavə 
t
ədqiqatlar da  daxildir. Xronik ürək  çatışmazlığı  zamanı  aşağıdakı 
laborator analizl
ərin aparılması tövsiyə olunur: 

qanın klinik analizi;  
- sidiyin ümumi analizi; 

qanın  plazmasında  və  eritrositlərdə  elektrolitlərin 
konsentrasiyası; 

qanın  plazmasında  kreatinin,  qlükozanın, alanin və 
asparagin transaminazaların səviyyəsi; 
-  göst
əriş  olduqda  kardiospesifik  fermentlərin, C-reaktiv 
zülalın,  qalxanvari  vəzin və  sair inqrediyentlərin müəyyən 
olunması; 
- qanda natriumuretik peptidl
ərin müəyyən edilməsi.  
 
 
304 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə