S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə129/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   125   126   127   128   129   130   131   132   ...   145

ağciyər  reanimasiyasını  təkrarlamaq, 150 mq amiodaronu venaya 
yeritm
ək və defibrillyasiyanı icra etmək lazımdır; amiodaronu lidokainlə 
(1,5 mq/kq) 
əvəz etmək olar. 
 
Asistoliya v
ə  ya  elektromexanik  dissosiasiya  zamanı  əvvəl 5 sikl 
ür
ək-ağciyər  reanimasiyası  30:2  nisbətində  aparılır;  EKQ-də  asistoliya 
t
əsdiq edilir; vena kateterizasiya olunur; adrenalin 1 mq dozada venaya 
yeridilir v
ə  hər 3-5 dəqiqədən  bir,  lazım  gəldikcə  təkrar olunur; effekt 
olmadıqda 5 sikl ürək-ağciyər reanimasiyası 30:2 nisbətində təkrarlanır; 
venaya 1 mq dozada atropin yeridilir v
ə  hər 3-5 dəqiqədən bir effekt 
alınana  və  ya 0,04 mq/kq dozaya çatana qədər təkrarlanır;  effekt 
alınmadıqda  ürək-ağciyər  reanimasiyası  siklləri, adrenalin, atropin 
infuziyaları təkrar edilir; bəzən atropini 0,04 mq/kq dozada birdəfəlik və 
ya eufillini 240-480 mq dozada venaya yeridirl
ər; eyni zamanda 
asistoliyanın  səbəbini  tapmağa  (hipovolemiya,  ürək  tamponadası, 
pnevmotoraks, hipoksiya, asidoz, d
ərmanların  artıqlığı  və  s) və  onu 
aradan götürm
əyə çalışırlar. 
 
Uğurla  başa  çatan  reanimasiydan  sonra,  qəfləti ölümün təkrar 
olunmaması üçün tədbirlər kompleksinin həyata keçirilməsi, yəni ikinci 
profilaktikanın  aparılması  lazım  gəlir. Birincili profilaktika əsas 
x
əstəliklərin (ÜİX, ürək çatışmazlığı, ürək qüsurları və s) müalicəsindən 
ibar
ətdir. Latent koronar aterosklerozun  ehtimal  olunduğu  və  ya qəfləti 
ölümün yüks
ək riskinə  malik  olduğu  təsadüflərdə  arterial hipertenziya, 
şəkərli diabet, dislipidemiya, siqaretçəkmə, hipokinetik həyat tərzi kimi 
risk amill
ərinin korreksiyası aparılmalıdır. 
 
Q
əfləti ölümün ikincili  profilaktikası,  ürək fəaliyyətinin təkrar 
dayanmasının 
qarşısını 
almaq 
üçün 
aparılan 
miokardın 
revaskulyarizasiyası, 
elektrokardiostimulyatorun 
implantasiyası, 
betaadrenoblokatorların və amiodaronun təyin edilməsi kimi tədbirlərin, 
onlara aid göst
ərişlərə əsasən icra olunmasından ibarətdir. 
 
Ür
ək fəaliyyətinin  dayanmasından  sonra  yenidən  canlandırılmış 
pasiyentl
ərin 85-90%-də  ürəyin koronar xəstəliyi,  yarısında  koronar 
arteriyanın  okklüziyası  tapılır.  Onu  da  qeyd  edək ki, EKQ-də  ST 
seqmentinin yüks
əlməməsi,  koronar  arteriyanın  okklüziyasının 
mövcudluğunu  inkar  etmir.  ST  seqmentinin  yüksəlməsilə  baş  vermiş 
miokard  infarktı  zamanı  qeyd  edilən qəfləti  ölümün  reanimasiyasından 
sonra h
əyata  qaytarılmış  pasiyentlərdə  miokardın  revaskulyarizasiyası 
göst
əriş  sayılır.  Ancaq,  bu  sahədə  daha effektiv üsul kardioverter-
defibrillyatorun  implantasiyasıdır.  Sinus  ritminin  bərpası  üçün 
antitaxikarditik kardiostimulyasiya v
ə  bifazalı  elektrik  boşalmadan 
(impulsdan) istifad
ə olunur. Kardioverter-defibrillyatorun implantasiyası 
I sinif pasiyentl
ər üçün effektivdir və IIa sinif üçün isə nisbi effektivdir.  
 
296 


         Q
əfləti ölümdən  sonrakı  dövrdə  müşahidə  olunan xronik ürək 
çatışmazlığında  resinxron  terapiya  tətbiq oluna bilər. Ürəyin resinxron 
terapiyasını  elektrodların  sağ  qulaqcığa,  sağ  və  sol mədəciklərə 
qoyulması  üsulu  ilə  aparırlar;  ürək mədəciklərinin  sinxron  işləməsi, 
ür
əyin effektiv işini optimallaşdırır, çatışmazlığını azaldır. 
 
Bradiaritmiyalar zamanı aşağıdakı təxirəsalınmaz kardioloji yardım 
göst
ərilməlidir: 
-  x
əstəni,  ayaqlarını  20°-li  bucaq  altında,  qaldırmaqla 
uzatmaq;   
- oksigenoterapiya; 
-  ür
əyin  xarici  masajı  və  prekordial nahiyənin ritmik 
döy
əclənməsi; 
-  h
ər 3-5 dəqiqədən  bir,  effekt  alınana  qədər və  ya  dozası 
0,04mq/kq (3 mq) – a çatana kimi venaya yeridilm
əsi; 

effekt  olmadıqda  və  kardiostimulyasiyanın  aparılması 
mümkün  olmadıqda  240-480 mq teofillinin vena daxilinə 
t
ədricən axıdılması; 

effekt  olmadıqda  100  mq  dopamin  və  ya 1 mq adrenalin 
5%-li 200 ml  qlükoza m
əhlulunda vena daxilinə  artan 
sür
ətlə, ürək yığılmalarının  lazımı  tezliyinə  qədər 
yeridilm
əsi; 
- x
əstənin ürək ritminə və keçiriciliyinə nəzarət etmək. 
 
         M
ədəcik  taxikardiyası  zamanı  aşağıdakı  təxirəsalınmaz  kardioloji 
yardım göstərilir: 

miokardın  hemodinamik  pozğunluğu  ilə  müşayiət olunan 
monomorf m
ədəcik  taxikardiyası  zamanı  sinxron  elektrik 
kardioversiya aparılır (birinci bifazalı elektroimpuls 50-100 
C, monofazalı elektroimpuls 150-200 C);  
- stabil polimorf m
ədəcik taxikardiyası zamanı qeyri-sinxron 
elektrik kardioversiya aparılır (birinci bifazalı elektroimpuls 
150-
200 C, monofazalı elektroimpuls 360 C);   
-  amiodaronun vena daxilin
ə  yeridilməsi: 150 mq vena 
daxilin
ə  10 dəqiqə  ərzində  (15 mq/dəq), sonra 360 mq 6 
saat 
ərzində və daha sonra 540 mq 18 saat ərzində; residiv 
baş verdikdə əlavə olaraq 150 mq (maksimal sutkalıq doza 
2200 mq olmaqla); ür
əyin sol mədəciyinin  atım  fraksiyası 
40%-d
ən  çox  olduğu  hallarda,  amiodaron  əvəzinə 
prokainamidi yeritm
ək olar;  
-  lidokain, vena daxilin
ə  1-1,5 mq/kq dozada, 2 dəqiqə 
ərzində yeridilir.  
 
 
297 


         Bel
əliklə, qəfləti  ölüm  zamanı  hadisələrin çox sürətlə  inkişaf 
etm
əsini nəzərə  alaraq,  əsas diqqəti  onun  profilaktikasına  yönəltmək 
lazımdır.  Əhali  arasında  miokard  infarktını  keçirmiş,  ürəyin sol 
m
ədəciyinin  disfunksiyasına  malik,  anamnezində  həyati təhlükəli 
m
ədəcik  aritmiyalarının  keçirilməsi  haqqında  məlumatları  olan  şəxslər, 
q
əfləti ölüm üzrə  yüksək riskli qrupa daxildir. Məhz,  bu  kateqoriyalı 
x
əstələrdə  effektiv preventiv tədbirləri (kardioverter-defibrillyatorun 
implantasiyası,  kateter  ablasiyası,  miokardın  revaskulyarizasiyası, 
medikamentoz terapiya) yüks
ək səviyyədə aparmaq lazımdır. Bütün əhali 
arasında  ürək-qan damar xəstəliklərinin risk amillərinə  qarşı  effektiv 
mübariz
ə təşkil olunmalıdır. 
      
 
        
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
298 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə