S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə127/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   123   124   125   126   127   128   129   130   ...   145

XXIV f
əsil 
 
Q
ƏFLƏTİ KARDİAL ÖLÜM və  
ONUN PROFİLAKTİKASI 
 
 
Q
əfləti kardial ölüm, kardial səbəblərdən, kəskin  əlamətlərin 
başlanğıcından sonrakı bir saat vaxt ərzində baş verən təbii ölümə deyilir. 
Onu da qeyd ed
ək ki, ölümdən qabaq ürək patologiyası məlum ola bilər
ancaq ölümün 
variantı  və  vaxtı  naməlum  qalır.  Təsadüflərin 70%-də 
ür
əyin dayanması stasionardan kənar şəraitində, gündüz vaxtı, şahidlərin 
iştirakı  ilə  baş  verir.  Qəfləti ölüm təsadüflərinin 90%-dən çoxu ürək 
patologiyası  ilə  əlaqədar qeyd olunur və  onlar qəfləti kardial ölüm 
adlanır.  Onun  rast  gəlinmə  tezliyi 0,036-0,128% təşkil  edir;  ürək 
patologiy
asından əziyyət çəkən 60-69 yaşlı kişilər arasında, qəfləti ölüm 
0,8% hallarda rast g
əlinir. Amerika Birləşmiş  Ştatlarında  ildə  orta 
hesabla 300.000 q
əfləti ölüm hadisəsi qeydə  alınır.  Ürək-qan damar 
x
əstəliklərindən baş verən ölüm hadisələrinin 25%-i, ÜİX-dən baş verən 
ölüml
ərin isə  50%-i, gözlənilmədən, klinik vəziyyətin  pozulmasından 
sonrakı bir saat vaxt ərzində, qəfləti kardial ölüm formasında qeyd edilir.  
 
Q
əfləti ölümün etiologiyasında  ən çox rast gəlinən səbəblər 
aşağıdakılardır:  
- miokard infarkt
ı (ürək çatışmazlığı və ya onsuz);  
- kardiomiopatiyalar; 

üzanmış QT intervalı sindromu, Bruqad sindromu; 
-  ür
əyin  qüsurları  (əsasən  aortal  stenozu,  mitral  qapağın 
prolapsı); 

koronar arteriyaların anomaliyaları; 
- Volf-Parkinson-
Uaytın erkən oyanma sindromu. 
 
         G
ənc  yaşlı  adamların  arasında  qəfləti ölümün səbəblərini
miokardial  ion  kanallarının  genetik  anomaliyaları  ilə  əlaqədar olan 
kanalopatiyalar  (uzanmış  QT  intervalı  və  Bruqad  sindromları), 
kardiomiopatiyalar, miokarditl
ər, psixoaktiv maddələrdən  sui-istifadə 
t
əşkil  edir;  ahıl  yaşlı  şəxslərin  arasında  qəfləti kardial ölüm, adətən 
ür
əyin işemik xəstəliyi və ürək çatışmazlığı nəticəsində müşahidə edilir; 
t
əsadüflərin 46%-də  ailəvi anamnezdə  müvafiq məlumatlar  tapılır. 
Autopsiyalardan  sonrakı  patoloji anatomik məlumatlara görə, qəfləti 
ölüm t
əsadüflərinin 27%-i tam aydınlşadırılmamış qalır; bu zaman onun 
s
əbəbi aşağıdakı xəstəlik və ya patoloji hallardan biri ola bilər:  

ÜİX və ya koronar arteriyalarının inkişaf anomaliyaları;  
- kardiomiopatiyalar; 
 
291 


- ür
ək çatışmazlığı; 
- ür
ək qüsurları; 
- miokardit; 

miokardın sarkoidozu, amiloidozu, şişi; 

kanalopatiyalar (uzanmış və ya qısa QT sindromu, Bruqad 
sindromu); 
- ür
ək aritmiyaları (mədəcik taxikardiyası, WPW sindromu); 

kokain intoksikasiyası;  
- elektrolit disbalans
ı.  
 
         Q
əfləti kardial ölümün əsas patofizioloji mexanizmi mədəciklərin 
fibrillyasiyasıdır. Sonuncu təsadüflərin 80%-də rast gəlinir. Yerdə qalan 
hallarda m
ədəciklərin asistoliyası və ya elektromexanik dissosiasiya qeyd 
edilir. Ür
ək fəaliyyətinin zəifləməsi,  ümumi  qan  dövranının  və  o 
cüml
ədən beyin qan dövranının davamlı pozulmasına və beyinin 4 dəqiqə 
ərzində  davamlı  zədələnməsinə  səbəb olur; 7 dəqiqədən sonra beynin 
z
ədələnməsi geridönməz hal alır.  
 
Q
əfləti kardial ölüm, çox vaxt zəiflik,  hava  çatışmazlığı,  ürək 
döyünm
əsi, döş qəfəsində ağrı kimi əlamətlərlə özünü təzahürə verir və 
ya başlayır. Təsadüflərin çoxunda o, çox sürətlə başlanıb inkişaf edir və 
bir neç
ə dəqiqə ərzində letal nəticə ilə qurtarır. Bəzən huşun itirilməsi və 
kollapsın  baş  verməsi nisbətən çox çəkir. Hadisədən 1-2 həftə  əvvəl 
başlanıb  davam  edən  tövşümə, zəiflik, ürək  ağrıları  kimi  prodromal 
simptomlar qeyd oluna bil
ər.  
 
Q
əfləti  kardial  ölümün  xüsusi  diaqnostikası  hələ  də  müəyyən 
olunmamışdır. Onun gözlənilməsi ölüm riskinin stratifikasiyası vasitəsilə 

əyyən olunur.  
 
Miokard  infarktından  sonra  və  ürək  çatışmazlığı  zamanı,  qəfləti 
kardial ölüm, ad
ətən mədəciklərin fibrillyasiyası, ürəyin blokadası və ya 
asistoliya n
əticəsində  baş  verir.  Miokard  infarktından  sonrakı  2,5  il 
ərzində  rast gəlinən qəfləti ölüm hadisələrinin 75%-i aritmiyalarla 
əlaqədardır. Miokard infarktını keçirmiş və ürək çatışmazlığı olan və ya 
olmayan x
əstələrdə, qəfləti  kardial  ölümün  stratifikasiyası  aşağıdakı 
şəkildə aparılır: 
-  I sinif (sol m
ədəciyin  atım  fraksiyasının  və  həcminin 
azalması,  ürək ritminin variabelliyi, baroreflektor 
h
əssaslıq); 
-  II a sinif (m
ədəcik  ekstrasistolları,  mədəcik  taxikardiyası, 
sakit v
əziyyətdə taxikardiya);  
-  II b sinif (m
ədəciklərin gecikmiş potensialları, T dişciyinin 
alternasiyası,  ürək ritminin turbulentliyi, infarktla əlaqəli 
arteriyanın keçiriciliyi).  
 
292 


 
  
Miokard  infarktını  keçirmiş  və  ürək  çatışmazlığı  olan  və  ya 
olmayan x
əstələrdə qəfləti kardial ölüm riskinin stratifikasiyasına əsasən 
ayırd  olunmuş  siniflər üzrə  (I,  IIa, IIb) birincili və  ikincili profilaktika 
aparılır.  
 
Hipertrofik kardiomiopatiyalı xəstələrdə qəfləti ölüm törədən hallar 
m
ədəcik  aritmiyaları,  qulaqcıqların  paroksizmal  fibrillyasiyası,  AV 
blokada, 
əlavə  yolla sürətlə  keçiricilik, hemodinamik  pozğunluqlar, 
miokardın  işemiyası,  intensiv  fiziki  yüklənmə  aiddir.  Burada ölüm 
riskinin  stratifikasiyasına  görə  davamlı  mədəcik  taxikardiyası, 
m
ədəciklərin  fibrillyasiyası  qeyd  edilən xəstələr  I  sinif  sayılır;  yerdə 
qalan x
əstələr II sinifə daxil olur.  
 
QT  intervalının  uzanması  qəfləti ölümün yüksək  inkişaf  riski  ilə 
assosiasiya olunur; sözüged
ən xəstələrdə intensiv fiziki yüklənmə və ya 
QT  intervalını  uzadan  dərmanların  qəbulu  zamanı,  ürəyin qəfləti 
dayanması baş verə bilər. Ölüm riski stratifikasiyasına görə I sinif piruyet 
tipli m
ədəcik  taxikardiyasını,  qeyd  edilmiş  mədəcik  fibrillyasiyasını, 
ür
əyin  dayanması  hadisəsini,  sinkopal  epizodlarını,  Cervel-Nilsen 
sindromunu, QT intervalının uzanması sindromunun irsi variantını əhatə 
edir; II sinif
ə  QT  intervalının  600  ms-dən  çox  olması,  damar  qəzaları, 
sindaktiliya + AV blokada, EKQ-d
ə  T  dişciyinin  alternasiyası,  QT 
intervalı dispersiyasının artması, qadın cinsi, ailəvi anamnez daxildir.  
 
Bruqad sindromunu EKQ-d
ə,  V
1
-V

döş  aparmalarında  spontan 
olaraq  v
ə ya təhrik edildikdə ST seqmentinin yüksəlməsinə və çox vaxt 
bu  halın  His  dəstəsinin  sağ  ayaqcığının  blokadası  ilə  müştərək qeyd 
olunmasına əsasən aşkar edirlər. Burada I sinif mədəcik taxikardiyası və 
fibrillyasiyası epizodlarından təşkil olunur; II sinif sinkopal epizodlarını, 
ail
əvi anamnezi və  induktiv mədəcik  taxikardiyasını  və  ya 
fibrillyasiyasını əhatə edir.  
 
Aortal stenozlu x
əstələrin 20%-i qəfləti ölümlə tələf olurlar. Mitral 
qapağın  prolapsı,  adətən  xoşxassəli  klinik  gedişə  malik olur. Ancaq o, 
davamlı  mədəcik taxikardiyası  ilə  müşayiət olunduqda və  ya 
m
ədəciklərin fibrillyasiyası ilə fəsadlaşdıqda qəfləti ölümə səbəb olur.  
 
Ür
ək əzələsində koronar arteriyalarını müxtəlif yerlərdə əhatə edən 
miokardial h
əlqələr və  ya körpücüklərin mövcudluğunda və  ya koronar 
arteriyaların anomaliyası sindromunda, bəzən mədəcik taxiaritmiyasının 
baş verməsindən qəfləti ölüm qeyd edilir.  
 
Ür
əyin erkən  oyanması  və  ya  Wolf-Parkinson-Uayt sindromu, 
qulaqcıq fibrillyasiyasının inkişafı və onun sürətlə mədəciklərə keçməsi 
hesabına, il ərzində xəstələrin 0,15%-i qəfləti ölümə düçar olur.  
 
M
əlumdur ki, qəfləti olaraq ürək fəaliyyətinin  dayanması,  klinik 
c
əhətdən qəfləti ölüm hadisəsini törədir. Ürək fəaliyyətinin dayanmasının 
 
293 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə