S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə126/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   122   123   124   125   126   127   128   129   ...   145

q
ədər  sonra  başlanır  və  fokal komponentlərlə  müşayiət olunmur; 
tutmadan  sonra  huş  sürətlə  bərpa olunur, çaşbaşlıq  qeyd  edilmir. 
Vertebrobazillyar hövz
ədə  tranzitor  işemik  tutma  ilə  əlaqədar  huşun 
itirilm
əsi epizodu baş gicəllənmə, gözün hərəki pozğunluqları, parezlər, 
beyincik  pozğunluqları  kimi  beyin kötüyü disfunksiyası  əlamətləri ilə 
müşayiət olunur. Hipoqlikemiya aclıq hissi, taxikardiya, tərləmə, həyacan 
kimi prodromal 
əlamətlərlə və huşun tədricən itirilməsi ilə inkişaf edir; o, 
çox  vaxt  şəkərli diabetlə  müalicə  alan  şəxslərdə, yemək rejiminin 
pozulması ilə əlaqədar başlanır. Drop-ataka, adətən orta yaşlı qadınlarda, 
huşun  saxlanılması  ilə, təhrikedici amillərsiz,  yanaşı  simptomlarsız 
yıxılma  ilə  baş  verir;  bu  zaman  yıxılmış  xəstə  özü durur. Katapleksiya 
huşunu  itirmədən,  güclü  emossiyaların  (gülüş,  kin,  həyacan, qorxu, 
utanmaq v
ə  s) təsiri  altında  qısa  müddət  ərzində  (saniyələr, bir neçə 
d
əqiqə) donub qalma vəziyyətinə deyilir. Psixogen və ya isterik sinkope 
(psevdosinkope), ad
ətən gənc  qadınlarda,  huşun  ala-yarımçıq  itirilməsi 
v
ə orqanik dəyişikliklərlə müşayiət olunmayan çoxlu şikayətlərlə birlikdə 
qeyd edilir. Hipokapniya il
ə müşayiət olunan hiperventilyasiya sindromu 
zamanı təlaş və vahimə qeyd edilir. 
 
Sinkopal hallara düçar olan pasiyentl
ərdə  qəfləti və  ümumi ölüm 
riskini mü
əyyən etmək üçün, ürəyin struktur zədələnmələrini nəzərə 
almaq lazımdır. Kardiogen bayılmalar zamanı xəstələrin il ərzində ölüm 
faizi  33  olduğu  halda,  qeyri-kardial səbəblərdən  baş  verən  bayılmalar 
zamanı  sözügedən göstərici 12%, naməlum mənşəli  bayılmalar  zamanı 
is
ə  6% təşkil  edir.  Aortal  stenoz, hipertrofik kardiomiopatiya, mədəcik 
aritmiyaları  ümumi  və  qəfləti ölüm riskinin yüksək  olmasından  xəbər 
verir. Ür
ək xəstəliyi olmayan və  EKQ-də  patoloji dəyişikliklərin 
görünm
ədiyi gənc  şəxslərdə, ortostatik hipotenziya ilə  əlaqədar və 
nam
əlum səbəblərdən baş verən sinkopal hallar zamanı proqnoz yüngül 
olur. Sinkopal hallara düçar olan x
əstələrdə  yaşın  45-dən  çox  olması, 
xronik ür
ək  çatışmazlığı,  mədəcik  aritmiyaları,  EKQ-də  dəyişikliklər 
ölüm riski amill
əri sayılır.  
 
X
əstələrin müalicəsi  üçün qeyri-medikamentoz, medikamentoz, 
c
ərrahi üsullardan istifadə  olunur.  İlk  növbədə  sinkopal  halları  törədən 
amill
əri (uzun müddət ayaqüstü vəziyyətdə qalmaq, boğanaq və rütubətli 
qapalı şəraitdə olmaq, üfuqi vəziyyətdən şaquli vəziyyətə dərhal keçmək, 
karotid sinusana t
əzyiqin olması, çoxlu miqdarda yeməyin yeyilməsi və 
s) aradan götürm
ək  lazımdır.  Təhrikedici amillərin aradan götürülməsi
qeyri-
medikamentoz  üsul  kimi,  bayılmaların  qarşısını  alır.  Dərmanların 
q
əbulu ilə  əlaqədar  baş  verən  bayılmalar  zamanı,  dərmanların  qəbulu 
d
ərhal  dayandırılır  və  ya müvafiq dərmanın  dozası  və  qəbul dəfələri 
korreksiya olunur. Ortostatik hipotenziya il
ə  əlaqədar  inkişaf  edən 
bayılmalar  zamanı,  gündəlik içilən mayelərin  miqdarını  3-3,5-4 litrə 
 
289 


çatdırılmasını  və  gündəlik  yeyilən yeməklərə  əlavə  olaraq natrium 
xloridin 
əlavə olunmasını tövsiyə etmək lazımdır (bu zaman arterial qan 
t
əzyiqinə  nəzarət  olunmalıdır).  Bütün  bu  deyilən qeyri-medikamentoz 
t
ədbirlərlə yanaşı olaraq, sinkopal hallar təkrar olunduqda, medikamentoz 
müalic
əni də  aparmaq  lazımdır.  Vazovaqal  bayılma  zamanı  xəstəyə 
atenalol (25-100 mq/sutka), metoprolol (50-400 mq/sutka), propranolol 
(40-320 mq/sutka)  kimi betaadrenoblokatorlar, mineralokortikoid 
fludrokortizon (0,1-0,4 mq/sutka) v
ə  periferik adrenomimetik midodrin 
(10 mq h
ər  4  saatdan  bir,  gündüz  vaxtı),  peroral  təyin olunur; 
betaadrenoblokatorlarla müalic
ə, təsadüflərin 90%-dən çoxunda effektiv 
olur.  Sonuncularla  monoterapiya  effektiv  olmadıqda,  onları 
mineralokortikoidl
ərlə  birlikdə  vermək olar. Dərman müalicəsinə 
rezistent olan v
ə  tez-tez təkrar olunan kardioingibitor və  ya  qarışıq 
m
ənşəli vazovaqal sinkopelərdə  kardiostimulyatorun  implantasiyasının 
istifad
ə  olunması  məsələsini müzakirəyə  çıxarmaq  məsləhət görülür. 
Orotstatik sinkopenin müalic
əsi üçün, çox vaxt fludrokortizonu (0,1-1 
mq/sutka),  sutkalıq  yemək rasionunda  natrium  xloridin  miqdarını 
artırmaqla,  arterial  qan  təzyiqini nəzarətdə  saxlamaqla verirlər. Onu da 
qeyd ed
ək ki, mineralokortikoidin uzun müddət qəbul olunması məsləhət 
deyildir, çünki zaman 
ərzində onun təsiri azalır və həm də pis keçirilir. 
Sonuncu halda onu midodrinl
ə  (2,5-10 mq, gündə  3 dəfə) və  ya 
fluoksetinl
ə  əvəz etmək olar. Güclü kardioingibitor təsirilə  getdikcə 
tezl
əşən və 
proqressivl
əşən karotid sinusu sinkopelərində 
kardiostimul
yatorun implantasiyası məsələsi fəallaşır. 
 
Qeyd etm
ək lazımdır ki, sinkopal hallar zamanı xəstənin müayinəsi 
əsasında  ilkin  diaqnoz  və  hospitalizasiyaya göstərişlər müəyyən 
olunmalıdır. Ürək və digər orqanlar tərəfindən ciddi dəyişikliklərsiz baş 
ver
ən adi  vazovaqal  bayılma  zamanı,  pasiyentin  hospitalizasiyasına 
ehtiyac yoxdur. Hospitalizasiya aşağıdakı hallarda göstərişdir: 
-  kardioloji v
ə  nevroloji xəstəliklərlə  əlaqədar  olaraq  baş 
vermiş sinkopal hallar;  

pasiyentin yaşı 70-dən çox olduqda; 
- t
əkrar və sürəkli sinkopal hal zamanı; 
-  fiziki yükl
ənmə  və  ya  ondan  sonra  meydana  çıxmış 
bayılma; 

ortostatik hipotenziya fonunda inkişaf etmiş sinkopal hal.  
 
        
Körpücükaltı  arteriyasının  patologiyası  ilə  əlaqədar  inkişaf  edən 
qanın  oğurlanması  sindromunda, cərrahi  üsulla  körpücükaltı  arteriya 
ekstravazal  sıxılmadan  azad  edilir  və  lazım  gələrsə  angioplastika, 
karotid-
subklavikulyar şuntlama aparılır. 
 
290 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə