S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə122/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   118   119   120   121   122   123   124   125   ...   145

zamanı  vaxtında  cərrahi  əməliyyat  aparılır  ki,  sepsisin  qarşısı  alınsın; 
onun vasit
əsilə venanın irinlə zədələnmiş hissəsi rezeksiya olunur.  
 
D
ərin venaların trombozu ən çox aşağı ətraf, göz dibi, mezenterial 
venalarda, beyin 
sinuslarında  rast  gəlinir. Bu xəstəlik digər 
patologiyaların  və  ölümün  aparıcı  səbəblərindən  biri  sayılır;  məsələn 
aşağı  ətrafların  dərin  venalarının  trombozu,  ağciyər  arteriyasının 
trombemboliyasını törədir. Dərin venalarda trombozun baş verməsi üçün 
ven
a  divarının  zədələnməsi, qan cərəyanının  və  qanın  laxtalanması 
prosesinin pozulmaları şərt sayılır. Dərin venaların trombozu ödem, ağrı 
v
ə  diskomfort, yerli temperaturun yüksəlməsi,  yumşaq  toxumaların 
palpasiya zamanı ağrılı və gərgin olması, səthi venaların böyüməsi, ağrı 
v
ə  diskomfortun hərəkət  zamanı  şiddətlənməsi ilə  müşayiət olunur. 
Ancaq, bu 
əlamətlər həmişə  lazımı  qədər təzahür  olunmur;  ayağın 
yığılmasında baldır əzələsində ağrının baş verməsi simptomu da həmişə 
müsb
ət  olmur.  Aşağı  ətraflarda  ağrı,  ödem və  iltihabi  simptomların 
mövcudluğunda  dərin  venaların  trombozundan  başqa  tromboflebit, 
miozit,  hematoma,  yumşaq  toxumaların  travması,  oynaq  xəstəlikləri, 
limfödema, sellyülit v
ə  sair  patoloji  hallardan  şübhələnmək  lazımdır. 
Onlar 
əlavə  klinik və  instrumental müayinələrin nəticələrinə  əsasən 
diferensiasiya edilir. D
ərin vena trombozu, xüsusilə proksimal venalarda 
(qalça-
bud,  aşağı  boş,  körpücükaltı,  adsız  və  sair venalarda) çox vaxt 
latent  gedişə  malik olur, ancaq o, fəsadların  baş  verməsində  böyük 
t
əhlükə  yaradır. Ona görə də sözügedən hallarda fəal diaqnostik axtarış 
aparmaq  lazımdır.  Müvafiq  risk  amillərinin  mövcudluğu  və  ağciyər 
arteriyasının trombemboliyası epizodlarına oxşar halların qeyd olunması, 
d
ərin  vena  trombozu  haqqında  düşünməyə  əsas verir.  Dərin vena 
trombozunun  mövcudluğunu  dəqiqləşdirmək üçün diaqnostik taktika
qanda D-dimerin mü
əyyən edilməsi və vizualizasiya üsullarından istifadə 
olunmasından  ibarətdir (dupleks ultrasəs tədqiqatı, doppler exoqrafiya, 
KT, MRT, venoqrafiya). Vena trombozunu 
əmələ gətirən travma, venoz 
staz v
ə  hiperhemokoaqulyasiya amilləri  olmadığı  hallarda,  venaların 
kompressiyası,  qan  laxtalanmasının  anadangəlmə  və  ya  qazanılma 
anomaliyaları  (antitrombin  III-ün, C və  S proteinlərinin defisiti), 
antifosfolipid  sindromu,  autoimmun x
əstəliklər,  trombositoz,  şişlər 
axtarılmalıdır.  Ürək  çatışmazlığı,  bədxassəli  şişlər, piylənmə, 
siqaretç
əkmə,  şüa,  kimya  və  hormonal terapiyalar, prokoaqulyantların 
q
əbulu,  nefrotik  sindrom,  ağciyərin xronik obstruktiv xəstəliyi, sepsis, 
immoblizasiya, iflicl
ər,  bağırsağın  xronik  xəstəlikləri, varikoz xəstəlik, 
fasil
əli axsama, şəkərli diabet, keçirilmiş miokard infarktı, hematokritin 
yüks
əlməsi, dehidratasiya, keçirilmiş insult və sair patoloji hallar venoz 
trombozun  inkişaf  riskini  artırır.  Burada  qanın  laxtalanması  amillərinin 
anomaliyaları, tromboz və trombemboliyalara meyllik, yaşın 75-dən çox 
 
280 


olması,  bədxassəli  şişlər,  şüa  terapiyası,  aşağı  ətrafların  iflici,  insult, 
infarkt, antilipid sindrom, onu
rğa  beyninin  ağır  travmaları  yüksək risk 
əmsalına  malikdir.  Müalicə  trombozun proqressivləşməsinin,  ağciyər 
arteriyası  trombemboliyasının  qarşısını  almaq  və  vena keçiriciliyinin 
erk
ən bərpası  məqsədilə, heparin və  aşağı  molekulyar  heparin 
preparatlar
ı vasitəsilə, stasionarda infuziya terapiyası şəkilində aparılır.  
 
Qalça-
bud venasının trombozu massiv ödem, ağır dərəcəli ağrı və 
qızdırma ilə müşayiət olunur. İleofemoral venoz tromboz ağ və sianotik 
doloroz ödem, venoz qanqrena kimi ağır fəsadlar törədir. Ağ ağrılı ödem 
(phlegmasia  alba dolens), venan
ın  ağır  zədələnməsini  müaşayiət edən 
arterial spazm hesabına, dəri örtüklərinin solğunluğu və hipotermiya ilə 
s
əciyyələnir; sianotik ağrılı ödem (phlegmasia soerulea dolens) ətraf qan 
dövranının daha ağır dərəcəli pozulması olub, ciddi hipoksiya və sianozla 
özünü göst
ərir. Belə  xəstələrin üçdə  birindən  çoxunda  ağciyər 
arteriyasının  trombemboliyası  baş  verir  və  yarısından  çoxunda  distal 
venoz  qanqrena  inkişaf  edir.  Venaların  proksimal  trombozunda  qarın 
divarının  və  cinsi  orqanların  ödemi  müşahidə  oluna bilər. Proksimal 
venatrombozunun f
əsadlaşmış  gedişi  çox  vaxt  bədxassəli  şişlər,  ağır 
infeksiyalar  zamanı,  ağır  cərrahi  əməliyyatlardan  sonra,  sınıqlar 
n
əticəsində  meydana  çıxır.  Müalicəni  ətrafı  yuxarı  qaldırıb  immobilizə 
etm
ək, heparinoterapiya təyin etmək və göstərişlərdən asılı olaraq cərrahi 
əməliyyatın aparılmasından ibarətdir.  
 
Boş venaların trombozu birincili olaraq kəskin meydana çıxa və ya 
ikincili olaraq t
ədricən (kompressiya və  ya  distal  trombozun  yayılması 
hesabına) inkişaf edə bilər; məsələn, aşağı boş venasının trombozu, çox 
vaxt  baldır  venasının  trombozunun  proksimal  yayılmasından,  tədricən 
inkişaf  edir.  Klinik  olaraq  bel  nahiyəsində  ağrı,  yerli  ödem,  qızdırma 
qeyd edilir, 
venoz  kollaterallar  görünür.  Yuxarı  boş  venasının 
obstruksiyası  80%  və  aşağı  boş  venasının  obstruksiyası  50%  hallarda 
şişlər tərəfindən törədilir. Kateterizasiyadan sonra və  fibrozlaşdırıcı 
mediastenit zamanı yuxarı boş venasının trombozu formalaşa bilər. Qan 
laxtalanmasının  birincili  pozulmalarında  hər iki sindromun meydana 
çıxmaq  şəraiti  artır.  Xəstəliyin erkən dövründə  trombolitik terapiya 
rekanalizasiya  yaradır;  radikal  müalicə  şuntlamadan  ibarət cərrahi 
əməliyyatdır.  
 
Körpücükaltı  venanın  trombozu  kateterizasiyadan  sonra,  şişlər, 
qanın  laxtalanma  pozulmaları  zamanı,  travmalar nəticəsində, anomal 
birinci v
ə  ya  əlavə  qabırğa  sindromunda  rast  gəlinir. Xəstəlik  ağciyər 
arteriyasının  trombemboliyasını,  ətrafın  venoz  qanqrenasını  verə  bilər. 
Antikoaqulyativ müalic
ə  aparılır  və  xəstə  nəzarət  altında  saxlanılır; 
göst
əriş olduğu halda ekstren cərrahi əməliyyat aparılır.  
 
281 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə