S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə124/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   120   121   122   123   124   125   126   127   ...   145

anamnestik m
əlumatı  nəzərə  almaq  lazımdır.  Limfödema  zamanı 
barmaqlar v
ə  ayaq  intakt  qalır;  aşağı  ətraflarda dərialtı  piy  toxuması 
qalınlaşır,  kəllə-kötürləşir,  topuqlarda, dizlərdə  piyli sallanmalar nəzərə 
çarpır.  Xəstəliyin  diaqnostikası  limfangioqrafiya  və  limfossintiqrafiya 
n
əticələrinə  əsaslanır.  Müalicə  limfa  drenajının  stimulyasiyasından  və 
elastik kompressiyadan ibar
ətdir.  Ayaqlara  qaldırılmış  vəziyyəti 
verm
əklə gün ərzində bir neçə dəfə uzanmaq, müəyyən müddətli yüngül 
masaj 
epizodlarını  təşkil  etmək, kompression  trikotaj  daşımaq, müalicə 
b
ədən tərbiyyəsi ilə  məşğul  olmaq, limfostimulomap, flavonoidləri, 
benzopir
onları,  ekstraktiv  preparatları  qəbul etmək  lazımdır.  Erkən və 
intensiv müalic
ə, infeksiya və travmaların profilaktikası, sanitar-gigiyena 
t
ədbirləri və  rasional müalicə  bədən tərbiyyəsi  yaxşı  nəticələr verir. 
Ayağın  və  ya  ayaqların  ölçüləri və  çəkisi  xeyli  artdıqda  və  artmaqda 
davam etdikd
ə,  yumşaq  toxumaların  rezeksiyasından  və  ya limfatik 
damarların şuntlamasından ibarət cərrahi əməliyyatlarına əl atırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
284 


XXIII f
əsil 
 
S
İNKOPAL HALLAR 
 
 
Sinkopal hal (sinkope k
əsilmək, dayanmaq və  ya sönmək)  və  ya 
bayılma, kəskin damar çatışmazlığının bir növü olub, qəfləti olaraq qısa 
müdd
ət  ərzində  huşun,  eyni  zamanda  postural,  yəni  əzələ  tonusunun 
itirilm
əsi, beynin qanla təchizatının  kəskin  pozulması  və  yıxılma  ilə 
s
əciyyələnir.  Bunun  ardınca,  adətən spontan olaraq tez və  tam  şəkildə 
huşun  retroqrad  amneziyasız  bərpası  müşahidə  edilir.  Yuxarıda  qeyd 
olunduğu  kimi,  sinkopal  halın  əsasında  beyinin  diffuz  şəkildə  qısa 
müdd
ət  ərzində hipoperfuziyası durur. Xeyli hallarda bayılmadan  əvvəl 
baş  gicəllənmə, öyümə, tərləmə, zəiflik, görmə  pozğunluqları  kimi, 
ümumi  serebral  müjd
əçi  əlamətlər  qeyd edilir. Sinkopal haldan sonra 
yorğunluq,  zəiflik hiss olunur. Xəstəliklərin beynəlxalq təsnifatında 
bayılma  (sinkope)  və  kollaps  55  saylı  koda,  ortostatik  hipotenziya  isə 
195.1 saylı koda malikdir. Sinkope geniş yayılmış patoloji haldır; ümumi 
populyasiyanın 25-30%-də bu hal heç olmasa bir dəfə qeyd edilmiş olur. 
Bütün sinkope t
əsadüflərinin 18-20%-i vazovaqal, 14%-i kardiovaskulyar 
(aritmiyalar, ür
ək  qüsurları,  kardiomiopatiyalar,  ÜİX),  8-10%-i 
ortostatik, 5-10%-i  situasiya v
ə  1-2%-i  sinokarotid  sinkopenin  payına 
düşür; təsadüflərin üçdə-birindən çoxunda onun səbəbəni aydınlaşdırmaq 
mümkün olmur.  
 
Sinkopal hallar neyrogen, ortostatik, kardiogen v
ə serebrovaskulyar 
tipl
ərə  ayırd  olunur.  Neyrogen  tipə  vazovaqal, sinokarotid, situasiya və 
dil-udlaq v
ə  ya  üçlü  sinir  nevralgiyası  ilə  əlaqədar formalar aiddir; 
situasiya m
ənşəli  bayılma,  öskürək  zamanı  (bettolepsiya),  asqırma, 
nikturiya, h
əzm  sistemi  reseptrolarının  stimulyasiyası  (disfaqiya, 
defekasiya, visseral ağrılar), yüklənmə nəticəsində və postprandial olur; 
ortastatik  sinkope  periferik  vegetativ  çatışmazlıqla  (birincili  və  ya 
ikincili) 
əlaqədar olaraq meydana çıxır; bundan başqa o, dərman mənşəli 
ortostatik hipotenziya, diarreya v
ə  ya qan itirmədən sirkulyasiya edən 
qan h
əcminin  azalması  hesabına  baş  verir;  kardiogen  sinkopelər 
aritmiyalar (bradiaritmiya, sinus düyününün z
əifliyi  sindromu, AV 
blokadalar, 
kardiostimulyatorun 
disfunksiyası), 
taxiaritmiyalar 
(paroksizmal m
ədəciküstü və  mədəcik  taxikardiyaları,  QT  intervalının 
uzanma sindromu v
ə  ya medikamentoz piruyet tipli mədəcik 
taxikardiyası), qanın sol mədəcikdən çıxış yolunun obstruksiyası (aortal 
stenoz,  obstruktiv  kardiomiopatiya,  aortanın  anevrizması),  kiçik  qan 
dövranının obstruksiyası (ağciyər arteriyasının trombemboliyası, ağciyər 
arteriyası  kötüyünün  stenozu,  birincili  ağciyər  hipertenziyası),  ürək 
 
285 


atımının  azalması  (miokard  infarktı,  sol  qulaqcığın  miksoması  və  ya 
trombozu, mitral stenoz, ür
əyin  tamponadası)  ilə  əlaqədar olaraq 
meydana  çıxır;  serebrovaskulyar  tip  sinkope  körpücükaltı  arteriya  üzrə 
qanın oğurlanması sindromu ilə əlaqədar olaraq müşahidə oluna bilər.  
 
Sinkopal halın baş verməsi üçün, beyinin oksigen təchizatının 20% 
azalması  və  ya qanla təchizatın  5-8 saniyə  ərzində  dayanması  kifayət 
edir.  Arterial qan t
əzyiqinin, ürək  atımının  və  ya periferik damar 
müqavim
ətinin azalması, baş beyinin perfuziyasının pozulmasını törədir; 
damardaxili h
əcmin  azalması,  qanın  venoz  şəbəkədə  artıq  miqdarda 
depolaşması,  orqanizmin  bütövlükdə, yəni  sistemli  olaraq  qızması 
zamanı  diffuz  vazodilatasiyanın  baş  verməsi, uzun müddət ayaqüstü 
v
əziyyətdə  qalmaq,  vazodilatatorların  qəbulu, avtonom neyropatiya, 
braxitaxiaritmiyalar, ür
ək  qapaqlarının  zədələnməsi,  bayılmanın  inkişaf 
riskini  artırır,  bayılmaya  meyl  yaradır.  Ahıl  yaşlı  şəxslərdə  arterial 
hipertenziya v
ə  şəkərli diabet fonunda, serebral və  periferik  damarların 
autorequlyasiyasının  və  metabolik nəzarətin  pozulması  şəraitində, 
sinkopal halların baş verməsi asanlaşır.  
 
Sinkopal  halların  klinikası,  onun  tiplərindən  asılı  olaraq 
f
ərqləndirici xüsusiyyətlərə  malikdir.  Vazovaqal  bayılmalar,  bir  qayda 
olaraq yeniyetm
ə  və  gənc  şəxslərdə  qəflətən və  gözlənilməz  şəkildə 
ağrının, qorxunun, iyrənc görünüşün və ya iyin peyda olması, boğuq və 
rütub
ətli havalı qapalı şəraitdə uzun müddət gərgin qalması nəticəsində 
baş  verir;  bayılma  qabağı  zəiflik, öyümə, tərləmə,  əsnəmə  qeyd edilir; 
presinkopal simptomlar, ad
ətən 10 saniyədən çox çəkir və  bu müddət 
ərzində  pasiyent otura və  ya uzana bildikdə,  bayılmanın  qarşısı  alınır. 
X
əstənin  huşu  özünə  qayıtdıqdan  sonra  o,  qorxu,  təlaş  və  ya vahiməli 
v
əziyyət ala bilər, ancaq bu zaman huşun dolaşması, yəni çaşbaş olması 
qeyd edilmir. Situasiya m
ənşəli sinkopelərdən nikturik bayılma ahıl yaşlı 
kişilərdə, prostat vəzinin hiperplaziyası zamanı gecə işəməsi aktında və 
ya  işəmədən dərhal sonra  müşahidə  edilir. Öskürək sinkopesi və  ya 
bettolepsiya,  tipik  olaraq  ağciyərin xronik obstruktiv xəstəliyi  olan  ahıl 
yaşlı xəstədə öskürək tutması (tussus convulsiva seo pertussus) zamanı, 
y
əni sürəkli və  güclü öskürək  epizodunda  inkişaf  edir;  postprandial 
bayılma, adətən ahıl  yaşlı pasiyentin çoxlu miqdarda  yəməsindən sonra 
t
əzahürlənir.  Nevralgik sinkope üçlü və  ya diludlaq sinirinin nevralgik 
ağrı  tutmasının  gedişində  rast gəlinir. Sinokarotid sinkope sinokarotid 
sinusun hiperh
əssaslığı  ilə  əlaqədar  olaraq,  başın  kəskin  hərəkətləri, 
sözüged
ən sinusa təzyiqlər əsnasında müşahidə edilir. Ortostatik bayılma 
üfüqi v
əziyyətdən  şaquli  vəziyyətə  sürətlə  keçid  vaxtı  başlanır;  o, 
periferik vegetativ sinir sisteminin birincili v
ə  ya  ikincili  çatışmazlığı 
zamanı  baş  verir;  mərkəzi sinir sisteminin sistemli degenerativ 
x
əstəlikləri birincili vegetativ çatışmazlığı ilə müşayiət olunur; diabetik, 
 
286 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə