S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə120/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   116   117   118   119   120   121   122   123   ...   145

soyuqla kontakt n
əticəsində,  praktik  olaraq  sağlam  fonda,  xoşxassəli 
gedişlə  qeyd edilir. Onlar özlərini soyuqdan  qorumalıdırlar.  Kalsium 
antaqonistl
əri,  α
1
-adrenoblokatorlar 
tutmaların  tezliyini  azaldır;  ağır 
hallarda  simpatektamiya  aparılır.  İkincili  Reyno  sindromunda  əsas 
x
əstəlik müalicə  olunur.  Aşağıdakı  xəstəliklər Reyno sindromu ilə 
müşayiət oluna bilər: 

revmatik x
əstəliklər (kollagenozlar, vaskulitlər, 
krioqlobulinemiyalar); 
-  infeksiya m
ənşəli xəstəliklər (bakterial endokardit, virus 
m
ənşəli hepatit, borrelioz); 

d
ərman mənşəli zədələnmələr (sitostatiklər, 
betaadrenoblokatorlar, çovdar mahmızı alkoloidləri); 
-  toksikoz v
ə  peşə  xəstəlikləri (siqaretçəkmə, vibrasiya, 
xlorvinil); 
-  kompressiv neyropatiyalar (bil
ək  kanalı  sindromu,  torakal 
kanalı sindromu, digər sinirlərin kompessiyası); 

ateroskleroz, ağciyər hipertenziyası; 

şiş xəstəlikləri, hemablastozlar, paraproteinemiyalar;  
- akromeqaliya, hipotireoz.  
 
 
Periferik damar x
əstəliklərin  diaqnostikasında  arteriyaların 
palpasiyası,  auskultasiyası,  arterial  qan  təzyiqinin müəyyən edilməsi 
üsullarından,  doppleroqrafiyadan, topuq-çiyin indeksindən, seqmentar 
arteriyalarda yükl
ənmə sınaqlarından geniş istifadə edilir. 
 
Aşağı  ətraf  arteriyalarının  zədələnməsində, xüsusilə  yaşlı 
adamlarda 
ən çox rast gəlinən səbəb obliterasiyaedici aterosklerozdur. 
Burada ür
əyin  işemik  xəstəliyində  olduğu  kimi  aterosklerozun  risk 
amill
əri, xüsusilə  də  siqaretçəkmə  və  şəkərli diabet güclü  rol  oynayır. 
Obliterasiyaedici ateroskleroz ür
ək-qan damar fəsadlarının  inkişaf  riski 
sayılır və bu zaman ölüm faizi 2,5-6 dəfə artır. Xəstəlik fasiləli axsama, 
sakitlikd
ə ağrı, dissirkulyator və trofik pozğunluqlar, nekrozların inkişafı 
il
ə özünü biruzə verə bilər. Siqaret çəkən və həm də şəkərli diabeti olan 
şəxslərdə  kritik  işemiya,  qanqrena  təhlükəsi  çox yüksəkdir. Xəstələrdə 
hiperlipidemiya, hiperqlikemiya, arterial hipertenziya aradan götürülm
əli, 
siqaretç
əkmə isə dayandırılmalıdır. Bütün xəstələrə yeriş şəkilində idman 
m
əşqləri təyin  edilir;  şəkərli diabetdə  dırnaqlara,  ayaqlara  sistematik 
qulluq edilm
əlidir. Eyni zamanda aspirin, trental qəbul  olunur.  Ətrafın 
itirilm
əsi təhlükəsi gücləndikdə  revaskulyarizasiya  əməliyyatı 
planlaşdırılır. Bu zaman zədələnmiş arteriya sintetik protezlə əvəz edilir.  
 
Ətrafın  kritik  işemiyası  və  arteriyanın  kəskin  okklüziyası  ağrı, 
solğunluq,  sianoz,  paresteziya,  parez,  ayağın  soyuması,  nəbzin itməsi, 
ödem v
ə  qanqrenanın  başlanması  əlamətləri ilə  səciyyələnir.  Əgər qan 
 
275 


c
ərəyanı vaxtında bərpa olunmazsa, onda ətrafın qanqrenası inkişaf edir. 
Arteriyanın  okklüziyası,  adətən  onun  daralmış  hissəsində  əmələ  gələn 
tromboz n
əticəsində  baş  verir.  Distal  arteriyaların  trombozu  və  ya 
trombemboliyası  ürək  boşluqlarından,  aortadan,  arteriyaların  proksimal 
hiss
ələrindən gələn trombembollar və  ya  ateroembollar  hesabına  baş 
verir. Beyin, böyr
ək, daxili orqanlar, ətraflarda trombemboliya təkrar 
oluna bil
ər. Arterial okklüziya, trombemboliya və  ateroemboliya 
hallarının  medikamentoz  və  cərrahi  profilaktikası  aparılmalıdır. 
T
əxirəsalınmaz  tibbi  yardım  heparinin  yeridilməsi, trombolizisin 
aparılması və cərrahi korreksiyadan ibarətdir. Son vaxtlar heparinin aşağı 
molekulyar formalarından (soludeksid) daha çox istifadə edirlər.  
 
Obliterasiyaedici trombangiit v
ə  ya Bürger xəstəliyi siqaret çəkən 
g
ənc  şəxslərdə  (20-40  yaşlar  arasında)  inkişaf  edən vaskulitdir. O, 
kişilərdə  qadınlara  nisbətən 5-10 dəfə  çox rast gəlinir. Periferik 
arteriyaların  zədələnmələri  sırasında  onun  rast  gəlinmə  tezliyi 3-7% 
t
əşkil  edir.  Xəstəliyin  etiologiyasında  və  patogenezində  immunogenetik 
meyllik
, autoimmun pozğunluqlar, siqaretçəkmə əhəmiyyətli rol oynayır. 
Arteriya  divarının  autoimmun  mənşəli  infiltrativ  iltihabı,  damar 
intimasının  trombozlu  dəyişiklikləri, fibrozlu obliterasiyası  işemik-
okklüziv  sindrom  yaradır.  Ətrafların,  xüsusilə  aşağı  ətrafların  orta  və 
kiçik diametrli arteriyaları və həm də venaları, sinirləri zədələnir. Proses 
ayaq v
ə  ya  əl  barmaqlarından  başlanır  və  sonra getdikcə 
proqressivl
əşərək proksimal istiqamətdə yayılır, bir neçə il ərzində baldır, 
bud,  bazu  arteriyalarını  əhatə  edir.  İşemiya,  fasiləli  axsama,  işemik 
nekroz v
ə  xoralar qeyd edilir; çox vaxt onu flebit, Reyno sindromu, 
beyin, ür
ək,  ağciyər, aorta və  onun  şaxələrinin zədələnmələri müşayiət 
edir. X
əstəliyin  diaqnostikası  ultrasəs müayinələrinin nəticələrinə 
əsaslanır.  Onu  kollagenozlar,  antilipid  sindrom,  hiperlipidemiya, 
koaqulopatiya,  tromboz,  trombemboliya,  şəkərli diabetdən  ayırd  etmək 
lazımdır.  Müalicə  siqaretçəkməni  dayandırmaq  şərtilə  medikamentoz 
üsulla 
aparılır. 
 
Arteriyaların adventisiya qişasının kistoz zədələnməsi, dizaltı və ya 
bud  arteriyasında  lokalizə  olunmaqla çox az rast gəlinən zədələnmədir. 
Onun klinik 
əlamətləri  işemiya  şəkilində  yüklənmə  zamanı  müşahidə 
edil
ə bilər. Diaqnostikası ultrasəs müayinəsinə əsaslanır.  
 
Fibromuskulyar displaziya qeyri-iltihabi displastik obstruktiv 
proses  kimi  iri  arteriyaları  zədələyir. Onu angiqrafiya vasitəsilə
aterosklerozun v
ə  ya  iltihabi  prosesinin  yoxluğu  fonunda  tanımaq 
mümkündür. Balonlu  dilatasiya v
ə  ya stentləştirmə  yolu ilə  korreksiya 
edirl
ər. 
 
Erqotizm qırmızı çovdar mahmızı alkoloidlərinin törətdiyi işemiya 
halları,  Reyno  sindromu,  fasiləli  axsama  hallarına  və  bəzən  yumşaq 
 
276 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə