S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə121/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   117   118   119   120   121   122   123   124   ...   145

toxuma  infarktlarına  deyilir.  Onu  miqren  xəstəliyində  dərman  maddəsi 
kimi q
əbul edirlər. Nitroprussidin venaya yeridilməsi müalicəvi effekt 
verir.  
 
Yuxarı  ətraf  arteriyalarının  zədələnmələri,  aşağı  ətraflara nisbətən 
xeyli az t
əsadüf  olunur.  Burada  braxiosefal,  körpücükaltı,  qoltuqaltı  və 
h
əm də  əl  arteriyalarının  emboliya, travma, vaskulit, displaziya, 
infeksiya,  peşə  xarakterli zədələnmələri, anadangəlmə  anomaliyaları 
daha çox rast g
əlinir. Punksiya və  ya  kateterizasiya  zamanı  yatrogen 
olaraq baş verən zədələnmələrin sayı son vaxtlar artmışdır. Adsız və sol 
körpüc
ükaltı arteriyalarda aterosklerotik zədələnmə və anevrizmalar qeyd 
edil
ə bilər. Burada fəqərə arteriyasından qanın körpücükaltı arteriyasına 
axması  nəticəsində,  qanın  oğurlanması  sindromunun  klinik  əlamətləri 
müşahidə  edilə  bilər.  Yuxarı  ətraflarda kollateral  qan  dövranının  geniş 
inkişafı nəticəsində, fasiləli axsama sindromu az rast gəlinir və ya yüngül 
d
ərəcədə özünü biruzə verir. Belə hallarda kollagenozların mövcudluğu 
(sklerodermiya) xüsusil
ə  qadınlarda  diqqətlə  axtarılmalıdır.  Çox  vaxt 
ikincili vazospastik v
ə  mikrosirkulyator  pozğunluqlar  tapılır.  Müalicə 
kalsium  kanalları  blokatorları  vasitəsilə  aparılır.  Mikrosirkulyator 
pozğunluqları  törədə  bilən  əsas xəstəliklər müalicə  olunur. Onlar 
aşağıdakılardır:  

emboliyalar (ateroemboliya, trombemboliya, 
bakteroemboliyalar); 
-  autoimmun x
əstəliklər (vaskulit, kollagenoz, antifosfolipid 
sindrom); 
- infeksiyalar (endokartit, hepatit v
ə digərlər); 

qanyaradıcı  sistem  xəstəlikləri (polisitemiya, trombositoz, 
trombositopeniya); 
-  d
ərman mənşəli patologiya (erqotizm yəni  qırmızı  çovdar 
alkoloidl
əri, antikoaqulyantlar, sitostatiklər); 

şişlər (limfoma, paraproteinemik hemoblastozlar, iri şişlər).  
 
 
Boyun  qabırğaarası  və  ya  anomal  birinci  qabırğa  sindromu  və  ya 
döş  qəfəsindən  çıxış  sindromu  zamanı  anomal  boyun  və  ya anomal 
birinci qabırğa tərəfindən körpücükaltı arteriyasının sıxılması və ya digər 
sinir-vaskulyar d
əstin  kompressiyası,  arteriyalarda  ikincili  olaraq 
trombozun 
əmələ  gəlməsi  yuxarı  ətrafda  işemiya  simptomokompleksini 
(z
əiflik, ödem, keyləşmə, Reyno sindromu,  sinir  pozğunluqları  və  s) 
tör
ədir.  Körpücükaltı  arteriyasının  auskultasiyası,  döş  qəfəsinin və  əlin 
pozisiyasından  asılı  olaraq  əlamətlərin  meydana  çıxması,  diaqnozun 
qoyulmasına  imkan  yaradır.  Arteriyanın  kompesiyası  və  funksional 
stenozu ultras
əs  vasitəsilə  (dopplerexoqrafiya)  aşkara  çıxarılır.  Cərrahi 
korreksiya aparılır.  
 
277 


 
Vena x
əstəlikləri,  yuxarı  və  aşağı  boş  vena  sistemi  olmaqla  iki 
qrupa  ayırd  olunur.  Buraya  venoz  trombozlar,  tromboflebit,  venoz 
qanqrena,  venaların  varikoz  xəstəliyi, posttromboflebitik sindrom 
daxildir.  
 
Vena x
əstəlikləri və  xüsusilə  aşağı  ətraf  venalarının  xəstəlikləri 
ür
ək-qan damar sistemi xəstəlikləri ilə sıx əlaqədardir. Ürək çatışmazlığı, 
miokard infarktı və ya insult venoz trombozların inkişaf riskini dəfələrlə 
artırdığı  kimi,  sonuncular  da  ağciyər  arteriyasının  trombemboliyasını 
tör
ədir. Xəstələri müayinə  edən bütün həkimlər, eyni zamanda dərin 
venaların trombozu haqqında anamnestik məlumat yığmalı, məxsusi risk 
amill
ərini  araşdırmalı  və  aşağı  ətrafları  müayinə  etməlidir (assimetrik 
ödem,  baldırda  yumşaq  toxumaların  ağrılı  olması);  bu  zaman  həm də 
ikincili varikoz x
əstəlik,  xronik  venoz  çatışmazlıq  nəzərə  çarpır.  Aşağı 
ətraflarda ağrı və ödem törədən xəstəliklərə aşağıdakılar aiddir: 
- d
ərin venaların trombozu
- venala
rın varikoz xəstəliyi; 
- tromboflebit; 
- posttromboflebitik sindrom; 

xronik venoz çatışmazlıq; 

venaların kompressiyası; 
- miozit, hematoma, 
əzələ travmaları; 
- sellülit; 
- oynaq v
ə oynaq ətrafı yumşaq toxuma xəstəlikləri; 
- limfatik ödem (limfödema); 
- hipoproteinemik ödeml
ər; 

qan dövranı çatışmazlığı.  
 
  
Müasir dövrd
ə  D-dimerlərin laborator analizi, rentgenkontrast 
fleboqrafiya, dopplerexoqrafiya, kompyüter  v
ə  ya maqnit rezonans 
flebotomoqrafiya  venaların  ətraflı  müayinələrinin  aparılmasını  təmin 
edir. Dupleks exoqrafiya vasit
əsilə  aşağı  boş  vena  bütünlüklə 
vizualizasiya edilir, onun daxilind
ə  qan cərəyanın  reflüksləri və  venoz 
qapaqların  vəziyyəti müəyyən  edilir;  venanın  genişlənməsini, 
deformasiyalarını,  kəskin və  xronik  trombozlarını  aşkara  çıxarırlar 
(xronik trombozlarda gücl
ənmiş  exogenlik  simptomu  qeyd  edilir).  Onu 
da qeyd ed
ək ki, venoqrafiya və  dupleks exoqrafiya biri-birini 
tamamlayır. Çünki qasıqdan yuxarıda və dizdən aşağıda yerləşmiş venoz 
seqmentl
ərdə baş vermiş patoloji dəyişikliklərini, məhz venoqrafiya daha 
aydın göstərir.  
 
Venaların  varikoz  genişlənməsi və  ya varikoz xəstəlik, xüsusilə 
qadınlarda  çox  rast  gəlinən xəstəlikdir. Onun birincili və  ikincili 
formaları ayırd olunur. Varikoz xəstəliyin birincili forması ümumiyyətlə 
 
278 


birl
əşdirici  toxumanın  və  həm də  səthi  venaların  displaziyası  ilə 
əlaqədardır.  Onun  inkişaf  ehtimalı,  çox  sayda  risk  amillərinin təsiri 
altında güclənir; qadınlarda, təkrar hamiləlikdə, yaşlı şəxslərdə, piylənmə 
zamanı,  hündür  boylu  pasiyentlərdə, sürəkli ortostatik  yüklənmələrdə 
onun inkişaf riski artır. Yerli qan dövranının pozulması, qan durğunluğu, 
venoz hipertenziya, 
venoz  qapaqların  disfunksiyası,  patoloji  reflükslər 
x
əstəliyin proqressivləşməsinə  səbəb olur. Varikoz venalar kosmetik 
defektl
ər, ağrı, göynəmə, ödemlərlə müşayiət olunur; ödem, uzun müddət 
ayaqüst
ə qalmaq və ya oturmaq nəticəsində, baldırın aşağı üçdə birində 
v
ə  topuq nahiyəsində,  axşama  tərəf güclənməklə  əmələ  gəlir və  gecə 
istirah
ətindən sonra, adətən tam keçib gedir. Varikoz xəstəliyin ikincili 
forması, dərin və perforant venaların tromboz, kompressiya və ya fistula 
n
əticəsində  keçiriciliyin  pozulması  ilə  əlaqədar  inkişaf  edir.  Çox  vaxt 
x
əstəlik kəskin venoz trombozu əlamətləri ilə  (çatladıcı,  cırıcı  ağrılar, 
baldırın  kəskin  ödemi)  başlanır;  bəzən  o,  ağciyər  arteriyasının 
trombemboliyası  epizodlarından  sonra  meydana  çıxır.  Sonra  tədricən 
venoz staz stabill
əşir, venalarda fibrozlaşma, dəridə piqmentasiya, səthi 
venalarda  varikoz  genişlənmə  baş  verir;  daha  sonra  bunlara  sellülit, 
dermatit, flebit, t
rofik  xoralar  qoşulur.  Vena  və  arteriyaların  fizikal 
müayin
əsindən sonra, lazım olarsa instrumental müayinələri də aparırlar. 
X
əstəliyin  əsas müalicə  üsulu  ətrafın  elastik  kompessiyası  üsuludir. 
Sonuncu 
ətrafın  arterial  qan  dövranının  pozulmasında  əks göstərişdir. 
Medikamentoz müalic
ə  venoaktiv dərmanlarla (flavonoidlər, 
benzopironlar, ekstraktiv madd
ələr)  aparılır;  məhdud dərialtı  varikoz 
düyünl
ər və  dəridaxili  angioektaziyaları  flebosklerozlaşdırıcı  punksiya 
vasit
əsilə aradan götürmək olar. Xəstəliyin cərrahi müalicəsi, konservativ 
müalic
ənin effektsizliyində tətbiq olunur.  
 
S
əthi  venaların  tromboflebiti,  səthi  venaların  üzərində  ağrılı, 
qaynar v
ə  qırmızı  rəngli (hiperemik) bərkişmənin  əllənməsilə  fərqlənir. 
Tromboflebit çox vaxt varikoz düyünl
ərdə, kateter və  ya iynə  salınmış 
yerl
ərdə, narkomanlarda inyeksiya nahiyələrində,  infeksiyalaşma  ilə 
əlaqədar  olaraq  inkişaf  edir.  Sistemli  infeksiyalar,  vaskulitlər, 
obliterasiyaedici 
trombangiit,  şiş  mənşəli zədələnmələr  zamanı  flebit 
intakt venada meydana çıxır və ya miqrasiya edir. Tromboflebiti düyünlü 
eritema, sellülit, limfangiit v
ə digər lokal proseslərdən ayırd etmək üçün 
ultras
əs müayinəsi  aparılır  və  diaqnostik biopsiya edilir. Sakitlik, yataq 
rejimi, lokal istilik v
ə  iltihaba  qarşı  dərmanların  təsiri  altında səthi 
tromboflebit keçib gedir. Proses proqressivl
əşməyə  meyl  etidkdə, 
perforant v
ə  ya dərin  venalara  yayılmağa  başladıqda  antikoaqulyant 
terapiyanı  əlavə  etmək  lazım  gəlir.  İnfeksiyalaşmış  tromboflebitlərin 
müalic
əsində antibiotiklərdən də istifadə olunur; irinləşmiş tromboflebit 
 
279 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə