S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə125/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   121   122   123   124   125   126   127   128   ...   145

alkoqol, amiloid polinevropatiyalar, Qiyen-
Barr sindromu ikincili sayılır; 
qusma, ishal, intensiv t
ərləmə, qanaxma və o cümlədən qastroenteroloji 
qanaxmalar n
əticəsində  yaranan hipovolemiya ortostatik sinkope ilə 
müşayiət oluna bilər.  Kardiogen sinkopelər ölüm qorxusu ilə 
assosiasiyalı olduğu üçün, praktik olaraq daha çox diqqəti cəlb edir; döş 
q
əfəsində  ağrı,  tövşümə, güclü taxikardiya və  ya  əksinə  ciddi dərəcəli 
bradikardiya, uzanmış vəziyyətdə davam olunan arterial hipotenziya ürək 
patologiyasının  mövcudluğundan  xəbər  verir.  Yaşlı,  ahıl  yaşlı  və  qoca 
şəxslərdə  sinkopal hal, adətən ürəyin ciddi dərəcəli xəstəliyindən  baş 
verir. 
Yaşı  55-dən  çox  olan  kişilərdə  birinci  bayılma,  onun  həyatında 
axırıncı  ola  bilər. Kardiogen sinkopelərin  ən çox rast gəlinən səbəbi 
aritmiyalardır  (mədəcik  taxikardiyası,  AV  blokadalar,  paroksizmal 
supraventrikul
yar taxikardiya, qulaqcıqların səyrici aritmiyası); aritmiya 
m
ənşəli sinkope qəflətən, müjdəçi əlamətlərsiz başlanır; fiziki yüklənmə 
v
ə  ya ondan dərhal  sonra  baş  verən  bayılmalar,  qanın  sol  və  ya  sağ 
m
ədəcikdən  çıxış  yolunun  obstruksiyası  ilə  müşayiət olunan aortal 
stenoz, hipertrofik kardiomiopatiya kimi kardial x
əstəliklərlə  əlaqədar 
olur. Əyilmələr, yataqda çevirilmələr və ya oturaq vəziyyətdən uzanmağa 
keçid  zamanı  meydana  çıxan  bayılmalar,  qulaqcıq  miksoması  və  ya 
trombu haqqında fikir yaratmalıdır. Dərman preparatları QT intervalının 
uzanmasını,  bradikardiya,  ortostatik  hipotenziya  törətməklə  sinkopal 
halın  inkişafına  şərait yarada bilər (diuretiklər, vazodilatatorlar, 
fenotiazin, levodopa, nitroqliserin v
ə  s).  Körpücükaltı  arteriyanın 
proksimal hiss
əsinin  okklüziyası  və  ya  stenozu  zamanı  buraya  qanın 
f
əqərə  arteriyasından  daxil  olması,  körpücükaltı  oğurlama  sindromunu 
yaradır və baş beynin işemiyası ilə müşayiət olunur. 
  
X
əstəliyin  diaqnostikası  anamnezin  yığılması,  fizikal  müayinənin 
aparılması, laborator və instrumental tədqiqatların nəticələrinə əsaslanır. 
Anamnezin yığılması zamanı aşağıdakı məlumatları əldə etmək vacibdir:  

sinkopal  halın  inkişaf  etdiyi  vəziyyət (sakitlik, vəziyyətin 
d
əyişilməsi  vaxtı,  fiziki  yüklənmə  zamanı  və  ya ondan 
sonra, öskür
ək və asqırma ilə əlaqədar, defekasiya və s) və 
ona  meyllik  yaradan amill
ər (qorxu, güclü ağrı, boyun-baş 
h
ərəkətləri,  boğanaq  və  rütubətli  şəraitdə  uzun müddət 
ayaqüstü v
əziyyətdə qalmaq); 

prodromal simptomların olması (öyümə, qusma, diskomfort, 
üşümə, boyunda və ya əldə ağrının hiss olunması, tərləmə, 
göz
ə qaranlıq çökmə, aura və s); 
-  sinkopal epizodun özünün t
əsviri  (huşun  itirilmə  sürəti, 
oturmağa  və  ya  uzanmağa  vaxtın  çatması,  huşun  itirilmə 
müdd
əti, bayılma zamanı dəri örtüklərinin solğun, sianotik 
v
ə  ya hiperemikliyi, qeyri-iradi hərəkətlərin, tonik və  ya 
 
287 


klonik  qıcolmaların  baş  verməsi,  dilin  dişlənməsi, qeyri-
iradi sidik buraxma, defekasiya halları; sonuncuların huşun 
itirilm
əsi zamanı və ya sonra qeyd edilməsi); 
-  pasiyentin özün
ə  gəldikdən  sonrakı  vəziyyəti (öyümə, 
qusma,  huşun  dolaşıqlığı,  döş  qəfəsində  ağrı,  dəri 
örtükl
ərinin rəngi, aldığı travmalar və s); 
- ail
ə anamnezində qəfləti ölüm hadisələrinin olması; 
- pasiyentd
ə əvvəllər sinkopal halların qeyd edilməsi, onların 
eyni v
ə  ya müxtəlif  xarakterli  olması,  keçirdiyi  xəstəliklər 
(aritmiyalar,  ÜİX,  kardiomiopatiya,  ürək  qüsurları, 
epilepsiya,  narkolepsiya,  endokrinopatiyalar,  şəkərli diabet 
v
ə s); 

q
əbul olunan dərmanlar (hipotenziv preparatlar, 
vazodilatatorlar, diuretikl
ər, nitratlar və  s), ürək  atımını 
azaldan  betaadrenoblokatorlar,  QT  intervalını  uzadan 
trisiklik antidepressantlar, xinidin, amiodaron, fenotiazin v
ə 
s. 
 
 
Sinkopal  hal  zamanı  xəstəyə  ümumi klinik müayinə, nevroloji 
t
ədqiqat,  karotid  sinusunun  masaj  sınağı,  laborator  və  instrumental 
yoxlamalar  aparılır.  Davamlı  ocaqlı  pozulmaların  huşun  itirlməsilə 
müşayiət  olunması  mərkəzi sinir sisteminin xəstəliyindən, beyin qan 
dövranının kəskin pozulmasından xəbər verir; boyunun və başın kəskin 
h
ərəkətləri, karotid sinusuna təzyiq nəticəsində meydana çıxmış bayılma 
sinokarotid sinusunun hiperh
əssaslığı  ilə  əlaqədardır;  boğazda  və  üz 
nahiy
əsində  ağrı  fonunda  meydana  çıxan  bayılma  nevralgikdir;  digər 
bayılmalar  (kardiogen, ortostatik, medikamentoz və  s)  müvafiq 
s
əbəblərin mövcudluğunda ehtimal olunur. Bütün xəstələrə qanın ümumi 
v
ə biokimyəvi analizləri, EKQ, yüklənmə sınaqları, Xolter monitorinqi, 
ExoKQ, neyrovizual t
ədqiqatlar  (KT,  MRT),  passiv  ortostaz  sınağı, 
elektroensefaloqrafiya aparılır. 
 
Bayılmanın  epileptik  tutma,  beyin  qan  dövranının  kəskin 
pozulması,  hipoqlikemiya,  hiperventillyasiya  sindromu, katapleksiya, 
drop-ataka
dan  ayırd  etmək  lazımdır.  Epilepsiya  qəflətən, təhrikedici 
amill
ərsiz, günün istənilən  vaxtında  baş  verir;  bu  zaman  prodromal 
əlamətlər qeyd edilmir, ancaq stereotip aura ola bilər; epilepsiya üçün 
qeyri-adi h
ərəkətlərin (miokloniya, tonik və ya tonik-klonik qıcolmalar) 
tutmanın  əvvəlindən  meydana  çıxması  və  fokal komponentlə  (dilin 
dişlənməsi, işəmə, defekasiya) müşayiət olunması səciyyəvidir; tutmadan 
sonra 
əzələ ağrıları, huşun dolaşıqlığı (çaşbaşlıq) qeyd edilir. Sinkope baş 
beyinin  hipoksiyası  ilə  müşayiət  olunur və  burada da qeyri-iradi 
h
ərəkətlər  müşahidə  oluna bilər;  ancaq,  onlar  huşun  itirilməsindən bir 
 
288 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə