S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə130/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   126   127   128   129   130   131   132   133   ...   145

XXV
 f
əsil 
 
Ü
RƏK ÇATIŞMAZLIĞI 
 
 
Ür
ək  çatışmazlığının  klinik  gedişinə  görə  kəskin və  xronik 
formaları  ayırd  edilir.  Kəskin ürək  çatışmazlığı  adətən, ürək  əzələsinin 
k
əskin zədələnməsi, çox vaxt miokardın kəskin infarktı zamanı, kiçik qan 
dövranında  durğunluğun  sürətlə  inkişafı  və  ağciyərdə  ödemin  əmələ 
g
əlməsi və ya kardiogen şokun meydana çıxması ilə əlaqədar olan kəskin 
kardiogen t
əngnəfəsliklə  özünü biruzə  verir. Praktik olaraq çox vaxt 
ür
əyin xronik çatışmazlığı rast gəlinir. 
 
Ür
ək  əzələsini  adətən, zədələyən kardiovaskulyar və  bəzən digər 
x
əstəliklər zamanı, miokardın işlək qabiliyyətinin zəifləməsi nəticəsində, 
orqan v
ə  toxumaların  sakit  və  yüklənmə  vəziyyətində  qeyri-adekvat 
perfuziyası və mayenin orqanizmdə ləngiməsilə əlaqədar meydana çıxan 
t
əngnəfəslik, yorğunluq,  fiziki  zəiflik, ödemlər və  sair xarakterik 
əlamətlərdən ibarət simptomokomplekslə  səciyyələnən, orqanizmin 
hemodinamik t
ələbatı  ilə  ürəyin təchizat  imkanı  arasında  və 
neyrohumoral sisteml
ərdə  disbalanslıqlarla  müşayiət olunan xronik 
patoloji hal, xronik ür
ək çatışmazlığı adlanır. 
 
Əsasən ürək xəstəlikləri və  bəzən digər xəstəliklər  zamanı,  ürək 
əzələsinin zədələnməsi, ürəyin  dolması  və  boşalması  proseslərinin 
pozulmasına  səbəb olur. Odur ki, kəskin və  xronik ürək 
çatışmazlıqlarından  başqa,  ürəyin sistolik və  diastolik  çatışmazlıqları 
ayırd edilir. Ürəyin sol mədəciyinin atım fraksiyasının azalması və ürək 
əzələsi yığılmasının digər göstərcilərinin pozulması ilə müşayiət olunan 
ür
ək  çatışmazlığı  sistolik  çatışmazlıq  adlanır.  Ürəyin sistolik 
funksiyasının  saxlanılması  ilə  müşayiət olunan ürək  çatışmazlığı  isə 
diastolik çatışmazlıq kimi qəbul olunmuşdur. Ürəyin sistolik çatışmazlığı 
üçün, ür
ək  əzələsində  fəal kardiomiositlərin  sıradan  çıxması,  diastolik 
çatışmazlıq  üçün  isə,  miokardın  diastola  zamanı  boşalmasının  azalması 
s
əciyyəvidir. Xronik ürək çatışmazlığına düçar olmuş xəstələrin çoxunda 
sistolik v
ə diastolik çatışmazlıq müştərək rast gəlinir. Ürəyin sistolik və 
diastolik  disfunksiyaları  termini,  klinik  olaraq  özünü  biruzə  verməyən 
xronik ür
ək çatışmazlığı təsadüflərində işlənilir. Qan dövranının kiçik və 
ya böyük hiss
ələrində  durğunluğun  üstünlüyünə  görə, xronik ürək 
çatışmazlığının  sol  və  ya  sağ  mədəcik  tipli  gedişlərini fərqləndirirlər; 
xronik ür
ək  çatışmazlığı  ürək  atımının  azalması  və  ya  artması  ilə  də 
f
ərqlənə  bilər  (tireotoksikoz,  anemiya  zamanı  ürək  atımı  artır);  bəzi 

əlliflər ürəyin anteqrad (forward  failure)  və  retroqrad  (backward 
failure)  ür
ək  çatışmazlığını, arterial sistemə  qanın  qovulmasını  və  ya 
 
299 


venoz sistemd
ən  qanın  sorulmasının  çatışmazlığı  kimi  qəbul edirlər. 
Sonuncu terminl
ərin praktik tibbi sənədlərində  işlədilməsinə  ehtiyac 
yoxdur.  Durğunluq  ürək  çatışmazlığı  və  qan  dövranın  çatışmazlığı 
m
əfumları, xronik ürək çatışmazlığı termininin sinonimləri sayılır. 
 
XX 
əsrin 70-ci illərindən  başlayaraq  bütün  dünyada  xronik  ürək 
çatışmazlığı  ilə  xəstələrin  sayı  artmaqdadır.  Buna  səbəb ümumiyyətlə 
müalic
ə  işinin  yaxşılaşması,  orta  yaş  göstəricisinin  artmasıdır.  Hazırda 
əhalinin 2,5-5%-i klinik  olaraq nəzərə  çarpan ürək  çatışmazlığı  ilə 
x
əstədir.  Yaşla  əlaqədar olaraq ürəyin  disfunksiyası  amillərinin  sayı 
çoxalır və bu 65 yaşdan sonra ürək çatışmazlığının rastgəlinmə tezliyini 
6-10%-
ə  çatdırır.  Digər tərəfdən ürək  çatışmazlığından  baş  verən ölüm 
faizi getdikc
ə artır. Xəstələrin 50-60%-i, ilkin simptomlardan sonrakı 5 il 
ərzində tələf olur; kardioloji şöbələrdə müalicə alan xəstələrin 40-50%-ni 
xronik ür
ək  çatışmazlığı  ilə  olan  şəxslər təşkil  edir  və  bu  şöbələrdən 
çıxan xəstələrin diaqnozlarında, bir qayda olaraq xronik ürək çatışmazlığı 
n
əzərə çarpır. 
 
Xronik ür
ək  çatışmazlığı  ürək-qan damar sisteminin  bir çox 
x
əstəlikləri nəticəsində  inkişaf  edir.  Miokardın  işlək elementlərinin 
azalması və ürək əzələsinin rigidliyinin artması, buna qarşı adaptativ və 
patoloji  reaksiyalarından  ibarət disbalans kompleksinin meydana 
çıxması,  xronik  ürək  çatışmazlığı  sindromun  formalaşmasına  gətirib 
çıxarır.  Onu  da  qeyd  edək ki, xronik ürək  çatışmazlığının  patogenetik 
inkişaf mexanizmləri, onun etiologiyasından asılı olmayaraq universaldır. 
X
əstəliyin  əsas  etiologiyasını  isə  ürəyin  işemik  xəstəliyi və  arterial 
hipertenziya t
əşkil  edir  (73%);  yerdə  qalan hallarda ürək  qüsurları, 
kardiomiopatiyalar, amiloidoz, toksikozlar v
ə  digər patologiyalar rast 
g
əlinir. Etioloji amillərlə  yanaşı, ürək fəaliyyətinin dekompensasiyasına 
şərait yaradan amillər də ayırd olunmuşdur: 

miokardın tranzitor işemiyası;  
- aritmiyalar; 
- fiziki v
ə emossional gərginlik; 
- z
ərərli adətlər; 
- p
əhriz pozğunluqları; 
-  müalic
əsiz qalmaq və  ya düzgün və  rasional müalicə 
almamaq; 
- d
ərman maddələrinin zərərli təsirləri
-  xronik x
əstəliklərin kəskinləşmələri, kəskin iltihabi 
x
əstəliklərin başlanması; 
-
ağciyər  arteriyası  şəbəkəsində  trombemboliyaların  baş 
verm
əsi və s. 
 
 
300 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə