Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Əşya qruplarının sayılması



Yüklə 2,56 Mb.
səhifə76/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   72   73   74   75   76   77   78   79   ...   106
SRTFM

5. Əşya qruplarının sayılması.

Saymaq və sayıb ayırmaq vərdişlərini möhkəmləndirərkən uşaqları ayrı-ayrı əşyalar və eyni növ əşyalardan təşkil olunmuş qrupları saymaqda çalışdırmaq vacibdir.

Məktəbəqədər yaşlı uşaqlara bərabər miqdarda eyni növ əşyalardan-matryoşkalardan, kublardan, həndəsi fiqur modellərinddən və s.-dən tərtib olunmuş qruplar göstərirlər.Tərbiyəçi uşaqlara belə sual verir: “Neçə kub qrupu var? Hər qrupda neçə kub var? Cəmi neçə kub var? və s” uşaqlar axırıncı suala cavab vermək üçün əşyaları bir-bir sayırlar.

Məşğələlərdə oyun-çalışmalar da verilir. Məs. Tərbiyəçi flaneleqrafda təyyarə təsvirləri olan şəkillər düzür və soruşur: “Neçə manqa təyyarə var? Hər manqada neçə təyyarə var? Neçə sıra təyyarə var? Cəmi neçə təyyarə var?” Bundan sonra uşaqlar gözlərini yumurlar. Tərbiyəçi isə oyuncaqların yerini dəyişdirir. Uşaqlar gözlərini açır, nə dəyişiklik olduğunu tapır və indi neçə manqa təyyarə olduğunu, hər manqada neçə təyyarə olduğunu sayırlar.

Sonralar uşaqlara müəyyən miqdarda əşyalar sayıb ayırmağı və onları qruplarla düzməyi təklif edirlər.

Başlanğıcda sujetli illüstrasiya materiallarından, məs. 8 balığı 4 akvariuma bərabər salmaq, sonra isə abstrakt materialdan – həndəsi fiqurlardan istifadə etmək olar.

Uşaqlar tapçırığı yerinə yetirdikdən sonra onlara qrupları artırdıqda və ya azaltdıqda qruplardakı əşyaların sayının necə dəyişildiyini izah etmək lazımdır.

Uşaqların qarasına hərəkət etmələrinə yol vermək olmaz. Onlara qrupları pozmadan onları yenidən necə quracaqlarını fikirləşməyi təklif etmək lazımdır. Məs. 6 dairəni 2 qrupa ayırırlar, hər qrupa 3 dairə düşdü. Elə etmək lazımdır ki, 3 qrup dairə olsun. Bundan ötrü uşaqlar hər qrupdan 1 dairə götürməli və yeni qrup düzəltməlidirlər.

Hər dəfə qrupların miqdarı ilə hər qrupdakı əşyaların miqdarı arasında əlaqəni müəyyən edirlər. Uşaqlar görürlər ki, qrupların miqdarını artırırlar-onların hər birindəki əşyaların miqdarı azalır, qrupların miqdarını azaldırlar- hər qrupdakı əşyaların miqdarı artır.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə