Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Tamın hissələrə bölünməsi



Yüklə 2,56 Mb.
səhifə77/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   73   74   75   76   77   78   79   80   ...   106
SRTFM

6. Tamın hissələrə bölünməsi.

Əşyaların bərabər hissələrə bölünməsinə 6-7 məşğələ həsr edirlər, bundan sonra ilin axırına qədər dövri olaraq buna qayıdırlar.

Birinci məşğələdə əşyanı 2 bərabər hissəyə bölmək təklif edilir. Məs. yeməyi 2 kukla arasında bölmək, 2 acgöz ayı balasının pendirini yarı bölmək və s.

Tərbiyəçi əşyanı 2 bərabər hissəyə, yəni yarıya necə bölmək lazım olduğunu göstərir. O əşyanı ortadan qatlayıb, kəsir,sonra alınmış hissələri bir-birinin üstünə qoymaqla. Ya da yanına qoymaqla müqayisə edir. Uşaqlar hissələri sayırlar və onların bərabər olmasına inanırlar. Tərbiyəçi deyir ki, bərabər hissələrdən istənilən birinə , yarım deyirlər.

Tərbiyəçi növbəti əşyanı 2 bərabər olmayan hissəyə bölmək istəyir və uşaqlardan soruşur: “Belə hissəni yarım adlandırmaq olarmı? Nə üçün olmaz?” İki hissədən birinə yalnız o vaxt yarım demək olar ki, hissələr bərabər olsun.

Uşaqlar görürlər ki. əşyalar həm bərabər hissələrə, həmdə bərabər olmayan hissələrə bölünə bilər.

İkinci məşğələdə tərbiyəçi uşaqların yarıya böləcəkləri əşyalar dairəsini genişləndirir. Burada yarmadan. Sudan istifadə etmək olar. Onları 2 eyni ölçülü şəffaf stəkanla bərabər bölürlər.

Üçüncü məşğələdə əşyanın 4 bərabər hissəyə, yəni yarıya və bir də yarıya bölmə üsullarını göstərirlər. Tam ilə hissə arasında münasibətləri müəyyən edirlər: hissə tamdan kiçikdir. Tam hissdən böyükdür.

Uşaqlar eyni ölçülü 2 əşya alırlar, bir əşyanı 2 bərabər hissəyə, ikincini isə 4 bərabər hissəyə bölürlər. Onlar hissələri bir yerdə birləşdirib tam əşyanı alırlar, onları sayırlar, 2 hissədən 1 hissəni, 2 hissədən 2 hissəni. Uyğun olaraq. 4 bərabər hissədən (2,3,4) hissəni göstərirlər. Bir hissə ilə tamın ölçüsünü müqayisə edirlər. “Hansı böyükdür: yarım, yoxsa tam vərəq? hansı kiçikdir: tam vərəq, yoxsa onun yarısı? Hansı bötükdür, yarım, yoxsa dörd hissədən biri, dörddə biri? Hamısından kiçik hansı hissədir? Nə üçün?”

Tədriclə uşaqları belə bir nəticəyə gətirirlər: əşya nə qədər çox bərabər hissəyə bölünərsə, həmin hissələr kiçik olar, tərsinə. əşya nə qədər az bərabər hissəyə bölünərsə, həmin hissələr bir o qədər böyük olar.

Əşyaları kəsmə əməliyyatlarının miqdarı ilə alınmış hissələrin miqdarı arasında əlaqəni müəyyənləşdirmək faydalıdır. Məs. Tərbiyəçi soruşur: “kvadratı neçə dəfə yarıya qatlamaq lazımdır ki, 2 bərabər hissə alınsın? Bəs, 4 bərabər hissə alınması üçün?”

Sonrakı məşğələlərdə həndəsi fiqurları 2,4,8 hissəyə bölməyə və hissələrdən tam fiqur tərtib etməyə aid çalışmalar aparırlar. Məs. “kvadratı necə qatlamaq və kəsmək lazımdır ki, 2 bərabər düzbucaqlı alınsın? İki bərabər üçbucaq alınsın? ” (kvadratı tərəfi tərəfinin üstünə bükməklə, yaxud bucağı bucağın üstünə bükməklə)

Hissələrdən fiqurun tərtib edilməsinə aid xüsusi çalışmalar da aparırlar: 4 yarımdairədən neçə dairə düzltmək olar?

Uşaqları ölçülərini, formasını nisbətlərini nəzərə almaqla əşyaları hissələrə bölməyin ən əlverişli üsullarını tapmağa sövq etdirmək faydalıdır. Məs. ensiz zolağı 4 hissəyə bölmək.

Axırıncı məşğələlərin birində müxtəlif ölçülü əşyaların bərabər hissələrə bölünməsinin nəticələrini müqayisə etmək məqsədəuyğundur. Məs. böyük və kiçik dairə verilir. Tərbiyəçi fiquru 2 (4) bərabər hissəyə bölür, fiqurlardan hərəsinin bir hissəsini götürür və uşaqlardan xahiş edir ki, bu hissələri necə adlandırmaq lazım olduğunu desinlər. “Bu yarımdır, bu da yarımdır.” “İzah edin görək, nə üçün onlar müxtəlif ölçüdədir “ Tərbiyəçi uşaqlara kömək edərək, uyğun ölçüdə ehtiyat fiqurları göstərir. Nəticə çıxarır: böyük dairənin yarısı kiçik dairənin yarısından böyükdür, kiçik dairənin yarısı isə böyük dairənin yarısından kiçikdir, əşyalar müxtəlif ölçüdə idi. Buna görə də onların hissələri də müxtəlif ölçüdədir.

Tərbiyəçi əşyaları bərabər hissələrə bölməyə aid çalışmalar aparılmasında uşaqların əməlləri dəqiq yerinə yetirmələrini, üstəqoymaq və yanınaqoyma priyomlarından, həmçinin şərti ölçü ilə ölçmədən istifadə edərək hissələrin bərabər olub-olmadığını yoxlamalarını izləyir, uşaqların danışıqlarında aşağıdakı söz və ifadələri işlətməyə alışdırır: bərabər hissələrə bölmək, tam, yarım, yarıya, 2 hissədən biri, dörd hissədən biri, bir qədər sonra isə ikidə bir, dörddə bir və s.

Bir sıra məşğələlərin aparılması nəticəsində uşaqlara bilikləri ümumiləşdirməyə imkan verən suallar vermək olar: “dairəni 2, 4, 8 bərabər hissəyə bölmək üçün onu neçə dəfə qatlamaq lazımdır? Kvadratı 1,2,3 dəfə yarıya qatlasaq neçə hissə alınar?”

Uşaqlar ölçmə priyomlarına yiyələndikdən sonra onlara çubuğu, reykanı, taxta parçasını , yazı taxtasında çəkilmiş düzbucaqlını və s. 2,4,8 bərabər hissəyə bölməyi təklif etmək olar. Uşaqlar görürlər ki, həmin əşyalar qatlanmır, bəs necə etməli? Tərbiyəçi istiqamət verməyə tələsmir. O, uşaqların qarşısında ölçü kimi istifadə etmək mümkün olan əşyaları düzür. Burada uşaqlara əşyanın və onların uyğun hissələrini ölçüləri arasındakı qarşılıqlı əlaqələri dərk etməkdə kömək edər.

Uşaqları damalı kağızda çəkilmiş həndəsi fiqurları bölməkdə çalışdırmaq faydalıdır. Uşaqlar verimiş ölçüdə fiquru çəkirlər, sonra isə onları tərbiyəçinin göstərişilə damalarla ölçərək 2.4 bərabər hissəyə bölürlər. Tərbiyəçinin göstərişilə onlar yuxarıdan aşağıya, yaxud soldan sağa uzunluğu 2 damadan 10 damaya qədər olan parçalar çəkirlər və onları uzunluğu 1,2,3,4,5 dama olan hissələrə bölürlər. Ölçünün qiyməti və alınmış hissələrin miqdarı arasında əlaqəni müəyyən edirlər: “hər bir hissə 2 dama olarsa, parça neçə hissəyə bölünər? Biz parçanı 3 bərabər hissəyə bölsək, bir hissənin uzunluğu nə qədər olar?”

Əşyaları bərabər hissələrə bölməyə aid çalışmalar ölçməni öyrətməyə keçməyə imkan verir.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə