Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Ədədlər arasında qarşılıqlı-tərs münasibətlərin öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə80/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   76   77   78   79   80   81   82   83   ...   106
SRTFM

9.Ədədlər arasında qarşılıqlı-tərs münasibətlərin öyrədilməsi.

5-6 yaşlı uşaqları nəinki qonşu ədədlər arasındakı əlaqələrlə, həm də onlar arasındakı münasibətlərlə tanış edirlər.

Onlar qonşu ədədlərlə ifadə olunan əşyalar çoxluqlarının elementlərinin sayının müqayisəsinə aid çalışmalardan əyani materiala istinad etmədən ədədlərin müqayisəsinə keçirlər.Tərbiyəçi II beşliyin ədədlərinin əmələ gəlməsinə aid bilikləri möhkəmləndirərək uşaqlardan soruşur: “6 ədədinə 1 əlavə etsək, hansı ədəd alınar?” Yaxud “5 əşya vardırsa, 6 əşyanı necə almaq olar?”

Daha sonralar uşaqlar çox və ya az yer tutan müxtəlif ölçülü əşya qruplarını müqayisə edir. Bu vaxt onlar əşyaları saymaqla və ədədləri müqayisə etməklə tapırlar, yəni ədədlər arasındakı əlaqələri dərk edirlər.

Qonşu ədədlər arasındakı münasibətlərin qarşılıqlı-tərs xarakteri haqqında biliklərə uşaqlar əyani materiallardan istifadə edərək müxtəlif çalışmaları yerinə yetirməklə yiyələnirlər. Məs. “Burada olan yolkalardan 1 dəfə çox (az)əl çal. Sən neçə dəfə əl çaldın? Nə üçün?”, “kartoçkada neçə dairə var? Sən neçə düzbucaqlı qoyarsan ki, onlar 1 çox (az) olsun? Nə üçün? Daha çətin tapşırıq: “Kartoçkanın yuxarı zolağına məndə olanlardan 1 çox dairə qoyun. Aşağı zolağına yuxarı zolaqdakından 1 az dairə qoyun. Mənim kartoçkamda neçə dairə var? Nə üçün sizin aşağı zolaqda məndəki dairələr qədər dairə oldu? ”

Uşaqlar hər dəfə bu və ya digər ədədin necə alındığını izah edirlər, qonşu ədədləri müqayisə edirlər, onlar arasındakı fərq münasibətlərini müəyyən edirlər.

Uşaqlara əyani materiallardan istifadə etmədən də tapşırıqlar verilir. Məs. 7-dən 1 qədər böyük olan ədədi de, 8 ədədi 7-dən nə qədər böyükdür? Hansı ədəd 7-dən 1 qədər kiçikdir?

Ədədlərin düz və tərs ardıcıllığına dair biliklərin maraqlı formada möhkəmləndirilməsinə pilləkənlə bağlı çalışmalar imkan verir. Uşaqlar pilləkənlə yuxarı-aşağı addımlayırlar, onlar düz istiqamətdə və ya təra istiqamətdə sayırlar. Məs. gəlin sayaq, ayıya kimi neçə pillə qalıb (10,9,8,7,6,5,.....)

Uşaqları düzünə və tərsinə saymaqda çalışdırmaqdan ötrü ədəd pilləkənindən istifadə edirlər. Belə çalışmalar əvvəl, sonra sözlərinin mənasını dərk etməyə kömək edir.

Tərbiyəçi ədəd fiqurları ilə 1 sıra çalışmalar aparır. O,yazı taxtası boyunca dairələrin miqdarı 1-dən 10-a qədər olan ədəd fiqurları düzür. O, 2 fiquru öz yerlərinə qoymur, uşaqlara hansı fiqurların “azdığını” müəyyənləşdirməyi təklif edir.Uşaqlar ədədlər ardıcıllığına aid biliklərinə əsaslanıb adda-budda deyimiş hər bir ədədi fiqurun yerini tapırlar. Ədəd fiqurları sırası həm düzünə, həm də tərsinə düzülə bilər.

Uşaqların müqayisə edilən ədədlərin hər ikisini mütləq demələrini izləmək lazımdır. Məs. 8>7; 6<7

Uşaqların 1-dən 10-a qədər həm düzünə, həm də tərsinə cəld və inamla saymağı öyrənmələri, yəni ilk 10 natural ədədlər ardıcıllığını möhkəm mənimsəmələri vacibdir. Bunun üçün tərbiyəçi oyun-çalışmalardan da istifadə edir. “Sayı davam etdir”, “Kim bilir, qoy sayı davam etdirsin”, “Ədədlərin söhbəti” və s.





Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə