Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Ədədin vahidlərdən ibarət tərkibi ilə tanışlıq



Yüklə 2,56 Mb.
səhifə78/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   74   75   76   77   78   79   80   81   ...   106
SRTFM

7. Ədədin vahidlərdən ibarət tərkibi ilə tanışlıq.

Məktəbəhazırlıq qrupunun uşaqlarında birinci beşliyin ədədlərinin vahidlərdən ibarət tərkibi haqqında bilikləri möhkəmləndirirlər, onlar ikinci beşliyin vahidlərdən ibarət tərkibini öyrənirlər, vahid və ədəd arasında münasibəti müəyyənləşdirirlər.

Böyük qrupda olduğu kimi məktəbəhazırlıq qrupunda da ədədin vahidlərdən ibarət tərkibini konkret misallar üzərində göstərirlər. Tərbiyəçi müxtəlif əşyalardan və ya oyuncaqlardan qruplar tərtib edir, keyfiyyət əlamətləri ilə fərqlənən eyni növ əşyalar qrupunu, üzərində qohumluq anlayışı ilə birləşən müxtəlif əşyalar təsvir edimiş şəkillərdən qrup tərtib edir. Məs. 1 stul, 1 kətil, 1 kreslo, 1 şkaf, 1 stol, 1 bufet – cəmi 6 mebel avadanlığı.

5-6 yaşlı uşaqlarla işdə yeni priyomlardan da istifadə edirlər: müəyyən sayda müxtəlif oyuncaqlar və yaxud həndəsi fiqurlar çəkmək. Məs. Mən cəmisi 5 fiqur çəkdim, 1 dairə, 1 ovalşəkilli fiqur, 1 kvadrat, 1 düzbucaqlı, 1 üçbucaq və s. əşyaları əlamətlərindən birinə görə qruplara ayırmaq, hər bir qrupu say vahidi kimi götürmək və qrupların ümumi miqdarını təyin etmək. Məs. Cəmisi 4 qrup bayraq var: 1 qrup mavi bayraq, 1 qrup qırmızı bayraq, 1 qrup sarı bayraq, 1 qrup göy bayraq.

Məktəbəhazırlıq qrup uşaqlarına eyni vaxtda 2 ədəd demək və eyni vaxtda 2 əşyalar qrupu tərtib etmək tapşırığını vermək olar: məs. kartoçkanın üst zolağına 6, alt zolağında isə 5 müxtəlif həndəsi fiqurdan ibarət qrup tərtib edin. Tərbiyəçi uşaqların diqqətini nəinki ədədlərin vahidlərdən ibarət tərkibinə, həm də ədədlər arasındakı münasibətlərə cəlb edir. Əyani materiallara əsaslanmadan şifahi çalışmalardan çox geniş istifadə edirlər: “Dovşan, kirpi və ayı balası dələyə qonaq gəldilər. Dələnin evində cəmi neçə heyvan oldu? Müxtəlif heyvanların hərəsindən neçə dənə oldu?” Bundan əlavə ədədin vahidlərdən ibarət tərkibini uşaqlara öyrətmək məqsədilə “Komacıq”, “Yeddi nar çubuğu”, “Turp”, “Əlcək” nağıllarından və uşaqlarda həm də şən əhval-ruhiyyə yaratmaq üçün “Qonaqlıq” mahnısından istifadə etmək olar.

Uşaqlar tədriclə başa düçməyə başlayırlar ki, hər bir ədəd müəyyən sayda va hidlərdən etmək olar.





Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə