Şagirdyönümlü təlim nədir?


Hansı metodlar daha səmərəlidir?



Yüklə 67,91 Kb.
səhifə2/5
tarix28.11.2023
ölçüsü67,91 Kb.
#138047
1   2   3   4   5
movzu-4

Hansı metodlar daha səmərəlidir?
Dərsin məqsədinə çatmaq üçün səmərəli təlim metodlarının seçilməsi uzun müddət müzakirə və araşdırma mövzusu olmuşdur. Mövzu ilə bağlı bir sıra araşdırmalar mövcuddur. Bu araşdırmalardan biri məşhur Amerika pedaqoqu və Oqayo Universitetinin professoru Edqar Deylin seçilmiş fəaliyyətlər əsasında əldə olunan bacarıqlarla qavramanın faiz göstəricisi əks olunan “təlim piramidası”dır (və ya “təlim konusu”). Gəlin həmin araşdırmaya diqqət yetirək.
1946-cı ildə tədqiqat nəticəsində Edqar Deyl “Təlimin audiovizual metodu” adlı kitabını nəşr etdirir və bu kitabında qavramanın üsullarını, materialın yadda saxlanılmasının faiz nisbətini təqdim edir.
Tədqiqat zamanı eyni bilik şagirdlərə müxtəlif formalarda təqdim edilir və qavrama səviyyəsi təhlil edilir.
Təlim konusuna baxanda bir çox sualların cavablarını tapmaq mümkündür. Cədvələ diqqətlə baxdıqda görünür ki, insanın qavrama və yadda saxlaması yüksək olduqda mücərrəd
təfəkkürü daha da yüksək olur. Lakin bu o demək deyil ki, mücərrəd təfəkkürü aşağı olan insanlar heç bir bacarığa malik olmurlar. Sadəcə, həyati bacarıqların yüksəlməsi üçün qavrama və yadda saxlamanı yüksəltmək, beləliklə də, təfəkkürün digər növlərini – məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək lazımdır.

Uzunmüddətli araşdırmada göstərilir ki, şagirdlər informasiyanı oxumaq və dinləməklə materialın 10%-ni qavrayırlar və onlarda sadalamaq, təsvir etmək, izah etmək kimi bacarıqlar formalaşır ki, bu da aşağı təfəkkür səviyyəsinin bacarıqlarından bir neçəsidir. Oxumaq və dinləməklə yanaşı, şagirdlərin öyrənəcəyi materiala vizual materiallar əlavə olunarsa, qavramanın faizi 20% təşkil edəcək. Bununla yanaşı, şagird oxuma, dinləmə, görmə və eşitmə fəaliyyətlərini eyni zamanda icra edərsə, bu zaman qavrama 30% təşkil edəcək. Əgər şagirdlər hər hansı bir informasiyanı izləməklə qəbul edirlərsə (məsələn: eksperimentlər, videolar), bu zaman qavrama 50% təşkil edəcək. Sadaladığımız bu bacarıqlar hər biri aşağı təfəkkür səviyyəsini əhatə edir. Şagirdlərdə təhliletmə, dəyərləndirmə və yaratma kimi bacarıqların formalaşması üçün onları hər hansı müzakirələrə cəlb etmək, özlərini ifadə edə bilmələri üçün hər hansı araşdırma aparmağa və onu təqdim etməyə imkan yaratmaq lazımdır. Bu zaman onlarda qavrama faizi 70% şəklində özünü göstərəcək. Şagirdlər hər hansı mövzunu digər şagirdə öyrədirlərsə, bu halda qavrama faizi 90% təşkil edəcək ki, bu da onlarda ən yüksək qavrama faizi göstəricisidir. Bu araşdırmaya əsaslanaraq pedaqoqlar sadalanan bacarıqları özündə ehtiva edən təlim metodları təklif və tətbiq etməyə başladılar. Deməli, biz şagirdlərimizdə bir sıra yuxarı təfəkkür səviyyəsinin bacarıqlarını müşahidə etmək istəyiriksə, onları müxtəlif mövzularda araşdırma, layihə, təqdimatlar hazırlama, müzakirə və debatlar kimi fəaliyyətlərə cəlb etməliyik.


Yüklə 67,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə