Şagirdyönümlü təlim nədir?



Yüklə 67,91 Kb.
səhifə5/5
tarix28.11.2023
ölçüsü67,91 Kb.
#138047
1   2   3   4   5
movzu-4

Oyunəsaslı təlim modeli

Oyuna əsaslanan öyrənmə müəyyən oyun prinsiplərinin əsas götürülərək şagirdləri cəlb etmək üçün onların bilik və bacarıqlarının real həyat parametrlərinə tətbiqi deməkdir. Müasir dövrdə şagirdlər daha çox əyanilik, dinamiklik sevdikləri üçün onları müxtəlif oyunlarla təlimə cəlb etmək daha uğurlu addımdır. Oyuna əsaslanan öyrənmədə iştirak edən şagirdlərdə motivasiya daha yüksək olduğundan təlim materialları ilə dinamik şəkildə məşğul olmağa imkan verir. Həm kiçikyaşlı uşaqlar, həm də yuxarı sinif şagirdlərində müxtəlif bilik və bacarıqları (riyazi məntiq, problem həlletmə, sahibkarlıq və s.) formalaşdırmaq üçün fləş-kart, interaktiv oyun və tapşırıqlardan istifadə edilir. Bu, şagirdlərdə əldə etdikləri bilik və bacarıqları həyatla daha əyani şəkildə bağlamağa şərait yaradır. Belə təlim modeli şagirdlər üçün maraqlı olduğundan onlar təlim prosesinə daha çox cəlb olunurlar. İstər çap şəklində, istər elektron şəkildə olan oyunlar şagirdlərin məkan-vizual təsəvvürünü, problem həlletmə, biliklərini idarəetmə və s. kimi bacarıqlarını inkişaf etdirir.

  • Araşdırmaəsaslı təlim modeli

Araşdırmaəsaslı təlim modeli şagirddə tədqiqatçı münasibətin formalaşması kimi mühüm bacarıqların inkişafı ilə yanaşı, konseptual ardıcıllıqla biliklərə yiyələnmək üçün imkanlar yaradır. Bununla belə, etibarlı və səmərəli mənbələrdən istifadə etmək bacarığını inkişaf etdirir. Hazırkı işin məqsədləri tənqidi düşüncə və mövcud ədəbiyyatı nəzərə alaraq, tədqiqatı təlim prosesinə inteqrasiya etməkdir.
Təfəkkürü inkişaf etdirmək üçün şagirdyönümlü təlim modelindən istifadə etmək tövsiyə olunur. Həm müəllimyönümlü, həm də şagirdyönümlü təlim modelindən istifadədə məqsəd şagird nailiyyətlərinin yüksəldilməsinə çalışmaqdır. İstər müəllimyönümlü təlimdə, istərsə də şagirdyönümlü təlimdə əsas məqsəd şagirdin fəallaşması və maksimal dərəcədə təlimə cəlb olunmasından ibarətdir. Təcrübə göstərir ki, şagirdyönümlü təlim bacarıqların formalaşdırılmasına daha çox xidmət edir. Bu səbəbdən dövrün, həyatın, əmək bazarının tələblərinə cavab verən şagird yetişdirmək üçün şagirdyönümlü təlim modelindən istifadə etmək daha səmərəlidir.



Yüklə 67,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə