Şagirdyönümlü təlim nədir?


Hansı modellər vasitəsilə bu bacarıqları təlim prosesində reallaşdırmaq olar?



Yüklə 67,91 Kb.
səhifə4/5
tarix28.11.2023
ölçüsü67,91 Kb.
#138047
1   2   3   4   5
movzu-4

Hansı modellər vasitəsilə bu bacarıqları təlim prosesində reallaşdırmaq olar?
Şagirdyönümlü təlim öyrənənlərin yeni bilik və bacarıqlara yiyələnməsindən ibarətdir. Bu məqsədlə müəllimlər təlim iştirakçılarına müxtəlif təlim metodları və üslubları haqqında təlimat verməklə onları ən uyğun strategiyanı seçməyə yönəltməlidirlər. Bu prosesi təlim prosesində uğurla tətbiq edən müəllim şagirdlərdə yalnız bilik formalaşdırmır, eyni zamanda, onların potensial və qabiliyyətlərinə uyğun bacarıqlar formalaşdırır ki, bu da şagirdlərin həm peşə seçimini asanlaşdırır, həm də bir çox həyati bacarıqlara yiyələnmələrinə şərait yaradır. Hazırkı dövrdə şagirdyönümlü təlim bir sıra modellər şəklində özünü büruzə verir. Bu modellər aşağıdakılardır:
Layihəəsaslı öyrənmə, probleməsaslı öyrənmə, oyun əsaslı təlim və araşdırma əsaslı təlim metodu.
Bəs bu modellərdən istifadə şagirdlərə nə qazandıracaq?

  • Layihəəsaslı öyrənmə – şagirdlərin müəyyən vaxt ərzində araşdırma aparmaqla, daha çətin sual va problemə cavab axtarmaqla bilik və bacarıq əldə etdiyi təlim modelidir. Bu model şagirdlərin real həyat problemləri ilə öyrənmə prosesina aktiv cəlb olunmasını təmin etməklə onlarda idraki inkişafa şərait yaradır.

Layihəəsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlarından istifadə etməklə yanaşı, prosesboyu yeni bilik və bacarıqlar qazanırlar. Bu model şagirdlərdə XXI əsr bacarıqlarını – tənqidi təfəkkür, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət bacarıqları və s. formalaşdırır. Burda məqsəd şagirdlərin bilik və faktları informasiya kimi öyrənib danışması yox, bu bilikləri lazımi məqamda istifadə edə bilmələrini təmin etməkdir. Adətən, layihə işi komanda şəklində aparılır, proses zamanı informasiya toplamaq və emal etmək üzərində iş gedir, araşdırmalar aparılır və s. Bununla da şagirdin tənqidi təfəkkür, problem halletmə, ünsiyyət, əməkdaşlıq və s. bacarıqları formalaşır.

Probleməsaslı öyrənmə şagirdlərin real problemlər zamanı konsepsiya və prinsipləri dərk edərək həll üçün nəticə əldə etməsindən ibarətdir. Probleməsaslı öyrənmədə faktlar və informasiyanın təkcə təqdimatı aparılmır, onlarda tənqidi, yaradıcı təfəkkür, ünsiyyət və əməkdaşlıq bacarıqları ilə yanaşı, müstəqil öyrənmə, problem həlletmə bacarıqları da formalaşır. Bu təlim metodu bütün fənlərdə və istənilən öyrənmə situasiyasında istifadə edilə bilər. Burada problemin müəyyən edilməsi müəllimdən yaradıcı yanaşma tələb edir. Probleməsaslı öyrənmənin əsas xüsusiyyəti problemin həlli zamanı şagirdlərin bilik, bacarıq səviyyəsi və əvvəlki biliklərinə istinad etməyə şərait yaratmaq, problemin seçilməsi zamanı şagirdlərin hər birinin prosesə aktiv cəlb olunmalarını təmin etməkdir. Şagirdlərə elə problem verilməlidir ki, onlar müxtəlif istiqamətlərdə, lakin əməkdaşlıq edərək işləyə bilsinlər.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə