Şagirdyönümlü təlim nədir?


Nə üçün şagirdyönümlü təlim metodu? Bu metodun əsas üstünlükləri hansılardır?



Yüklə 67,91 Kb.
səhifə3/5
tarix28.11.2023
ölçüsü67,91 Kb.
#138047
1   2   3   4   5
movzu-4

Nə üçün şagirdyönümlü təlim metodu? Bu metodun əsas üstünlükləri hansılardır?
Tədris prosesində 2 əsas yanaşma vardır:
Müəllimyönümlü və şagirdyönümlü təlim metodu.
Müəllimyönümlü yanaşmada şagird passivdir. Müəllim şagirdə informasiyanı hazır şəkildə ötürür, dərs daha çox məruzə şəklində, təlimatların verilməsi yolu ilə keçirilir. Müəllimyönümlü yanaşmada şagirdlərin nəyi nə qədər və necə öyrənəcəkləri müəllim tərəfindən müəyyənləşdirilir. Belə dərslərdə şagirdin hər addımı müəllimin müəyyənləşdirdiyi şəkildə olur. Bir sözlə, şagirdlər müəllimin verdiyi informasiya ilə sərhədlənirlər. Müəllim mövzunu özünün dərk etdiyi şəkildə şagirdlərə çatdırır və onlara araşdırma inkanı yaratmır. Müəllim informasiyanı hazır şəkildə ötürən əsas bilik mənbəyi, şagirdlər passiv şəkildə informasiyanı qəbul edən tərəfdir. Qiymətləndirmə yekunlaşdırıcı xarakter daşıyır, yəni təlim nailiyyətlərinin ölçülməsinə yönəlmişdir. Müəllimyönümlü dərsdə, adətən, şagirdlər dinləyən tərəf olduğu üçün müəlimin izahı bitməyənə qədər informasiyanı müzakirə etmir, sual vermirlər. Bu zaman tam sakitlik olsa da, qarşılıqlı öyrənmə şəraitinin yaradılmaması şagirdlərin əməkdaşlıq bacarıqlarının formalaşmaması, ünsiyyət bacarıqlarından istifadə etməmələri ilə nəticələnir. Bu model şagirdlərdə özlərini ifadə etmək, müzakirə aparmaq, müstəqil öyrənmə bacarığını formalaşdırmağa şərait yaratmır.
Şagirdyönümlü yanaşmada isə fərqlidir, şagirdlər passiv dinləyici deyillər, onlar təlim prosesində fəaldırlar. Bu zaman “şagird fəaldır” dedikdə şagirdin dərsdə yalnız fiziki və ya emosional fəallığı yox, eyni zamanda, idraki fəallığı nəzərdə tutulur. Bu modeldə müəllimin əsas rolu materialın anlaşılması üçün şagirdi yönəltməkdən, ona yaxından kömək etməkdən, bir sözlə, şagirdə materialı hazır şəkildə verməkdən yox, öyrənməyin yollarını öyrətməkdən ibarətdir. Şagirdyönümlü təlim şagirdlərin təfəkkürünün, həyati və bir sıra sosial bacarıqlarının formalaşmasına, özlərini daha düzgün şəkildə ifadə etmələrinə də şərait yaradır. Şagirdin qarşısına informasiyanı araşdırma, təhliletmə, arqument gətirmə, konflikt həlletmə, vaxtın səmərəli idarə olunması, fikrini əsaslandırma kimi mühüm fəaliyyətlərin icrası çıxır ki, bunlar da öz növbəsində onlarda müəyyən bacarıq və vərdişlərin formalaşmasına xidmət edir. Şagirdlər əldə etdikləri bilikləri tətbiq edərək inkişaf etdirir və bu da bacarığa çevrilir. Bu yanaşmada əsas məqsəd idraki fəallıq və təffəkkürün inkişafına yönəlik olmasıdır.
Buna görə də müstəqil öyrənmə bacarıqlarının şagirdlərdə formalaşmasına şərait yaradılmalıdır.
Əslində, hər iki yanaşmanın özünəməxsus üstün cəhətləri olsa da, müəllim təlim prosesində bu yanaşmalardan məqsədli şəkildə istifadə etməli, hətta lazım gələrsə, sintez etməyi bacarmalıdır.
Bu prosesdə də fasilitasiyanın rolu mühüm əhəmiyyətə malikdir. Bilirik ki, fasilitator təlim prosesini idarə edən şəxsdir. Fasilitator qərar vermir, lakin səmərəli qərar verməyə, təhlil və qiymətləndirmə aprarmağa istiqamət göstərir. Fasilitasiya düzgün şəkildə təşkil olunarsa, uğurlu nəticə əldə etmək mümkündür. Müəllimin bu prosesdəki əsas rolu şagirdə dəstək göstərməsi, onu düşünməyə, idraki fəallığa yönəltməkdən ibarətdir ki, bu zaman müəllim materialı hazır şəkildə təqdim etməməli, əksinə, şagirdlərə öyrənmənin yollarını öyrətməlidir. Bu fəaliyyətlərin tətbiqi zamanı şagirdlərdə yüksək təfəkkür bacarıqlarını formalaşdırmaq üçün ən səmərəli metod şagirdyönümlü təlim metodudur.

Yüklə 67,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə