41
naminə öz eqoist tələblərindən vaz keçməyi öyrətmək mümkün
olsaydı,Yer üzündə nə müharibə baş verərdi,nə cinayətlər
olardı,nə harınlamış zənginlər,nə də acından köpük qusan ac-
yalavaclar.Bu qədər orduya,polisə,silaha,bir belə məhsul isteh-
salına əsla ehtiyac qalmazdı.İnsan cüzi zəhmət sərf etməklə-
firavan,tam sağlam və xoşbəxt yaşaya bilərdi.Təəssüflənirik ki,
hələlik(hələlikmi?) bu qoca dünyada “Alturizm” qanunları
deyil, “eqoizm” qanunları hökm sürür və biz belə bir reallığı
nəzərə almaya bilmərik.Ona görə təəssüflənirik ki,belə bir
şəraitdə tibb elmi bütün gücünü “xəstələnməmək üçün nə
etmək lazımdır” sualına dəqiq cavab axtarmağa deyil,xəstəliyi
dava-dərmanla sağaltmaq prob -leminə sərf edir.Bu da qumlu
səhranı suvarmaq kimi bir hədər zəhmətdir.Xəstəliklərə qarşı
Don Kixot kimi çarpışan tibb elmi cari işlərin,qaçhaqaçların,
qovhaqovların əlindən vaxt tapıb, belə bir vacib sualın üzərində
düşünə bilmir:“xəstəlik nədir?”.Bu arxivacib sualın cavabını
yalnız Natural Gigiyena hərakatı axtarmış və tapmışdır.
Dördüncü prinsip: “Xəstəlik” fenomeninin düzgün
anlaşılması.Xəstəlik-tamlığın pozulması,canlı orqanizmin
daxili və xarici düşmənlərə qarşı müqavimət göstərə bilmək
qabliyyətini itirməsidir. Hər hansı bir xəstəlik-adi dəri
qızartısından tutmuş xərçəngə qədər hamısı-orqanizmin
tamlığının, bütövlüyünün pozulması deməkdir.
Beşinci prinsip: Sağlamlığın yeni strategiyası.Natural
Gigiyena enerji toplamaq və orqanizmin gücünə qənaət etmək
üçün 4 cür istirahətə və dincəlməyə üstünlük verir:fiziki istira-
hət,fizioloji istirahət(qidadan imtina,aclıqla müalicə), zehni
istirahət və ruhi istirahət.Orqanizm,istər öz daxilindəki orqanla-
rın (hüceyrələrin, toxumaların və s.) öz aralarında biri digəri ilə,
istərsə də insanı əhatə edən xarici mühitlə təmasda olmağa və
əlaqə saxlamağa böyük ehtiyac duyur. Buradan 5 əlaqə növü
haqqında Konsepsiya meydana gəlmişdir:
1. Orqanizmin psixiko-emosional əlaqəsi. Hər bir insan
öz orqanizminin psixiko-emosional tarazlığını və onu əhatə
42
edən Təbiətlə, o cümlədən Kosmosla, bundan əlavə, ictimai
mühitlə (Cəmiyyətlə, onun idealı və normaları ilə, dost–tanışla,
ailə və s.) psixiko-emosional əlaqə təmin etməlidir. Buna
özündə nikbin əhval–ruhiyyə tərbiyə etmək yolu ilə nail olmaq
mümkündür.
2. Orqanizmin biokimyəvi əlaqəsi. Orqanizm mövcud-
luğunun baş fizioloji qanunu sayılan turşu-qələvi tarazlığının
bərpasına, birinci növbədə, təbii qidalanma yolu ilə nail olmaq
mümkündür. Nişi sistemi bu işdə əvəzsiz vasitədir.
3. Orqanizmin biofizioloji əlaqəsi. Dəri örtüyünün və
daxili orqanların nöqtələr vasitəsilə Kosmos,Yer,Su,Hava, İşıq
və Energetika ilə təbii əlaqəsinin bərpasına “çılpaq
terapiya”,kontrast hava və su,İşıq və Günəş vannaları, ayaqya-
lın gəzmək və digər üsullarla nail olmaq mümkündür.
4. Orqanizmin biomexaniki əlaqəsi xüsusi məşqlərin,
kəskin hərəkətlərin,qəddi şux tutmağın köməyi ilə kapilyar-
larda və damarlarda düzgün qan dövranını bərpa etmək.
5. Orqanizmin bioenerji əlaqəsi.Mövcud təcrübələrə
əsaslanaraq, düzgün tənəffüsü bərpa edib saxlamaq.
Altıncı prinsip: Təbii qidalanma.Heç bir şəfaverici
kompleks təbii qidalanma olmadan tam deyil və istənilən
səmərəni verməz.Natural qida tərafdarlarının fikirincə,qida
təkcə qanın tərkibini,“tikinti materialının” keyfiyyətini müəyən
etmir, həm də xarakteri,hətta,insanın dünyagörüşünü,əxlaqını
formalaşdırır.Təbii qida-gözəl səmərə verən və nəticəsi
qabaqcadan bəlli olan güclü müalicə alətidir.Burda dünya-
nın sonuncu peyğəmbəri Məhəmməd Əleyhissalamın söylədiyi
dahiyanə kəlamı bir daha yada salmaq yerinə düşər:“Bütün
fəsadların yuvası–mədədir, bütün dərd-lərin çarəsi–
pəhrizdir”.Yəni:insanın başına nə müsibətlər gəlirsə,hamısı
nəfsin,qarınqululuğun,tamahın ucubatından gəlir.Düzgün qida-
lanmayan adam mütləq xəstə və bədbəxt olmalıdır,düzgün
qidalanan adam isə mütləq sağlam və xoşbəxt olmalı və uzun
ömr sürməlidir.
43
Yeddinci prinsip: Hər cür dərman- terapiyanı rədd
etmək.Natural Gigiyena dərmanla müalicə sisteminin ləğv
olunmasını,bəşəriyyətə Təbiət Qanunlarına arxalanan Sağlam-
lıq Sistemi təklif edib.Nəzərə almaq lazımdır ki,bütün maddə-
lər canlı orqanizm üçün ya qidadır,ya da zəhər.Canlı orqanizm
tərəfindən həzm olunmayan və mənimsənilməyən hər şey,o
cümlədən dərman-zəhərdir!
Səkkizinci prinsip: Tibb elmi ilə Natural Gigiyena-
nın sərhədlərini dəqiq müəyyənləşdirmək.Tibb-heç vaxt elm
olmayıb və indi də elm deyil.Tibb-müalicə metodu və üsuludur.
Fiziologiya,biologiya,anatomiya,kimya ayrı-ayrılıqda elmə
aiddir,lakin onlar birlikdə “tibb elmi” deyil.Tibbin vahid
prinsipi yoxdur,onun müalicə metodları gözlənilməz nəticə
verir. Bu səbəbdən həkimlər, həm müalicə metodlarını, həm də
dərmanları,onların dozalarını tez-tez dəyişməli,canlı insanın
üzərində,nəticəsi qabaqcadan bəlli olmayan,qorxulu eksperi-
mentlər aparmalı olur.Əgər tibb elm olsaydı,belə şeylər baş
verməzdi.Dünyanın hər yerində 2+2=4 alınacaq,H
2
+O=su
alınacaq. Tibb “elmində” belə dəqiq nəticələr yoxdur. Birisi yel
xəstəliyini sağaltmaq üçün maksimum 12 qram solisilat turşusu
tətbiq edirsə,o birisi xəstəyə 24 q verir.Kim haqlıdır? Heç biri.
Gigiyena isə heç vaxt dəyişməyən vahid və əbədi Həyat
Qanunlarına arxalanır,bu qanunların tətbiqinin nəticələrini
qabaqcadan görmək mümkündür:“ölü” qida yeyən adam -xəstə
olacaq, canlı qida yeyən -sağlam.
Doqquzuncu prinsip:Xalqı maarifləndirmək, biliklə-
ri
geniş yaymaq, sağlam həyat tərzini bərqərar
etmək.Natural Gigiyenanın xəmiri Alturizm, Optimizm və
Humanizm kimi 3 qiymətli mənəvi dəyərdən yoğrulmuşdur.
Lakin bu gözəl ideyalar(bütün yaxşı ideyalar kimi) o zaman
güclü ola bilər ki,kütlələrin şüurunda dərin kök salsın.Belə olsa,
Natural Gigiyena saysız-hesabsız klinikaların,böyük əczaçılar
ordusunun,nəhəng sənaye komplekslərinin,milyonlarla kənd
təsərrüfatı maşınlarının,cəmiyyətin qanını soran Silahlı
Dostları ilə paylaş: |