47
barədə gələn fəsillərdə ətraflı söhbət açacağıq) və Nişi Sistemi-
nin 6 qaydasına əməl etdikdə,beynimizin hüceyrələri özlərini
çox gözəl hiss edirlər,biz xəstəliyin nə olduğunu bilmirik,uzun
illər gümrah yaşayırıq və cavan qalırıq.
Möhkəm sinir sistemi yaratmaq üçün nədən başlamaq
lazımdır?Əlbəttə,səmərəli,məhsuldar düşünməyi öyrənməkdən!
Hər vaxt yadda möhkəm saxlamalıyıq ki,Təbiət bizə ağıl,zəka
və təfəkkür kimi çox qüdrətli bir silah bəxş edib.Bu silahın
gücü ilə biz Kosmosu fəth edirik,insanların özündən qat-qat
güclü olan robot düzəldirik.Bir sözlə,insan ağlının,insan kama-
lının hüdudu yoxdur! Belə olduğu halda, nə üçün öz cismimizi
və ruhumuzu səhmana sala bilmirik? Ona görə ki, bu məqsədə
nail olmaq üçün hamımız başqalarını,bir də dərmanı köməyə
çağırırıq.Öz ağlımızı deyil,məhz başqalarını və dərmanı!
İnsanın ən böyük səhvi və bədbəxtliyi budur.Heç bir dərman
beyinin fəaliyyətini gücləndirə bilmir,əksinə,onu keyidir, qeyri-
həssas,qeyri-sağlam edir.Beyin yaxşı işləmirsə,müsbət emosiya
-lar “istehsal” edə bilməz.Beyinin yaxşı işləməsi bütövlükdə
həyat tərzindən asılıdır.Pis vərdişlərin caynağından yaxa qurtar
-madan “Baş qərargahı” (eləcə də digər orqanları) normal
çalışdırmaq mümkün deyil.Yalnız sağlam həyat tərzi beyni
oksigenlə,vitaminlərlə,duzlarla və digər elementlərlə istənilən
səviyyədə təchiz etməyə imkan verir.Beynin yaxşı işləməsi
üçün onun hüceyrələrini,oksigendən başqa, həm də doymamış
yağ turşuları ilə təmin etmək vacibdir.Onların əsas mənbəyi-
ziriş və günəbaxan tumla rından,zeytundan və cücərmiş
buğdanın zoğlarından alınan yağlardır.Mineral maddələrdən
beyinə fosfor, kükürd, mis, sink, kalsium,dəmir və maqnezium
gərəkdir.Fosfor və fosfor birləşmələri-beyin hüceyrələrinin
yaranmasını təmin edir,kükürd onları oksigenlə təchiz etmək
üçün lazımdır.Qalan minerallar isə normal həyat fəaliyyətini
təmin etmək funksiyasını daşıyır.
Beyin vitaminləri bunlardır-B qrupu vitaminləri,xüsusi-
lə də B
1
, B
3
və B
6.
Yada salaq ki, B
3
(PP) vitamini təkcə dəri
48
xəstəliyi deyil,həm də beyin xəstəliyi sayılan pellaqara
xəstəliyinin müalicəsində geniş tətbiq olunur və yaxşı səmərə
verir.E vitamini isə orqanizmdə israfçılığın qarşısını alır,
oksigenin qənaətlə işlənməsini təmin edir.Biz beyinin əsas
qidası sayılan oksigendən danışarkən,nəzərə almalıyıq ki,onun
daşıyıcısı təkcə hava deyil,həm də qidalardır.Söhbət təbii
qidalardan-çiy sudan, çiy meyvə-tərəvəzdən gedir.
Psixikanın vəziyyəti və beyinin işləmək qabliyyəti,
birinci növbədə,daxili sekresiya vəzilərinin iş qabliyyətindən
asılıdır.Nəzərə alın ki, bütün vəzilər bir-biri ilə sıx bağlıdır,biri
digərindən asılıdır.Onların hamısı sağlam olmalıdır.
Diqqət!..Bir vəzinin dərmanla stimullaşdırılması-
digərinin fəaliyyətini pozur.Vəzilərin hasil etdiyi məhsullar
çox fəaldır.Onlar qana,limfaya,mayeyə,toxumaya sekresiya və
harmonlar buraxırlar.Harmonlar orqanizmin həyat fəaliyyəti
üçün gərəkdir,bütün orqanizmin funksiyasını,eləcə də zülal,
yağ,karbohidrat və su-duz mübadiləsini tənzimləyir.Hüceyrələ-
rin yaxşı vəziyyətdə olması üçün- düzgün qidalanmaq,bir də
faydalı hərəkət lazımdır. Sağlam qida-sağlam hüceyrə yaradır
və onları uzun müddət yaşadır, çürük qida-onları qırır.
Bəs vəzilərimizin hüceyrələrinə hansı qidalar lazımdır?
Qalxanabənzər vəzi. Boyunda yerləşib.O,normal işlə-
yəndə,insan özünü çox gümrah hiss edir,güclü,nikbin,gülərüz
və yaradıcı olur,pis işləyəndə-tez yorulur,dəri kobudlaşır və tez
qocalır,mübadilə prosesi pozulur,tük inkişafdan qalır,dırnaqlar
tez-tez qırılır,tuluqvari şiş əmələ gəlir,zehni qabliyyət və cinsi
fəallıq zəyifləyir,adamda ruh düşgünlüyü əmələ gəlir.Bu hal
tərkibində yod olan harmonun-tiroksinin çatışmaması nəticəsin
-də baş verir.Bunun qarşısı vaxtında alınmasa-ur (zob) xəstəliyi
əmələ gələr və orqanizmin tez qocalması baş verər.
Qalxanabənzər vəzinin təlabatı: yod, B, S vitaminləri,
tirozin (zülal quruculuğunda iştirak edən amin turşusudur).
Cinsi vəzilər.Onlar orqanizmin normal fəaliyyət gös-
tərməsi,həm də normal cinsi fəaliyyət üçün vacibdir.Cinsi
49
vəzilərə aiddir:qadınlarda yumurtacıqlar,kişilərdə yumurtalar
(prostat).
Cinsi vəzilərin təlabatı: A, B, S, E vitaminləri, arqinin,
dəmir, mis.
Böyrəküstü vəzilər.Baş barmaq boyda olan iki cüt
vəzidir, böyrəklərin yuxarı hissəsinə bitişib(adını buna görə
alıb).Qabıqdan və daxili təbəqədən ibarətdir.Qabığın harmonu -
karbohidrat mübadiləsinə,cinsi funksiyaya təsir edir,orqaniz-
min müdafiə qabliyyətini və əzələlərin iş qabliyyətini təmin
edir.Daxili təbəqənin harmonu-adrenalin hazırlayır və maddə-
lər mübadiləsini stimullaşdırır.Böyrəküstü vəzilər-qarşıdurma
və qalib çıxmaq vəziləridir,onların harmonu orqanizmə enerji
və həyat gücü axınını təmin edir.
Böyrəküstü vəzilərin təlabatı. Zəngin zülallı qidalar,
A,S,E vitaminləri və tirozin.
Böyrəkyanı vəzilər.Boyunda,qalxanabənzər vəzinin
yanında yerləşib, ona bitişib.Elə buna görə də yaxın vaxtadək
onun bir hissəsi hesab olunurdu.Əsas vəzifələri-orqanizmdə
fosfor-kalsium mübadiləsini təmin etməkdir.Bu da beyin üçün
çox önəmlidir.Bu vəzinin zəifləməsi-sinir sisteminin fəaliyyə-
tinə mənfi təsir göstərir:yüksək oyanma, qeyri-normal həssaslıq
və nəzarət olunmayan əsəbilik baş verir.Allergiya və spazma-
dan əzab çəkirsinizsə,vaxtından qabaq qocalırsınızsa,dəqiq
bilin:qanda kalsium çatışmır.
Böyrəkyanı vəzinin təlabatı: orqanizmə kalsiumun
mənimsənilməsində
kömək
edən
və
fosfor-kalsium
mübadiləsini tənzimləyən D vitamini.
Çəngəlvari vəzi.Ona ur(zob) vəzi də deyirlər.Döş qəfə-
sində yerləşib.Cinsi vəzilərlə və böyrəküstü vəzinin qabığı ilə
funksional əlaqəyə malikdir.
Çəngəlvari vəzinin təlabatı: B qrupu vitaminləri.
Mədəaltı vəzi.Qarın nahiyəsində yerləşib.İnsulin harmo
-nu hazırlayır.Bu harmon qara ciyərdə yağ mübadiləsinin
Dostları ilə paylaş: |