Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

 
41 
naminə öz eqoist tələblərindən vaz keçməyi öyrətmək mümkün 
olsaydı,Yer  üzündə  nə  müharibə  baş  verərdi,nə  cinayətlər 
olardı,nə  harınlamış  zənginlər,nə  də  acından  köpük  qusan  ac-
yalavaclar.Bu qədər orduya,polisə,silaha,bir belə məhsul isteh-
salına  əsla  ehtiyac  qalmazdı.İnsan  cüzi  zəhmət  sərf  etməklə-
firavan,tam sağlam və xoşbəxt yaşaya bilərdi.Təəssüflənirik ki, 
hələlik(hələlikmi?)  bu  qoca  dünyada  “Alturizm”  qanunları 
deyil,  “eqoizm”  qanunları  hökm  sürür  və  biz  belə  bir  reallığı 
nəzərə  almaya  bilmərik.Ona  görə    təəssüflənirik  ki,belə  bir 
şəraitdə  tibb  elmi  bütün  gücünü  “xəstələnməmək  üçün  nə 
etmək lazımdır” sualına dəqiq cavab axtarmağa deyil,xəstəliyi 
dava-dərmanla  sağaltmaq  prob  -leminə  sərf  edir.Bu  da  qumlu 
səhranı  suvarmaq  kimi  bir  hədər  zəhmətdir.Xəstəliklərə  qarşı 
Don  Kixot  kimi  çarpışan  tibb  elmi  cari  işlərin,qaçhaqaçların, 
qovhaqovların əlindən vaxt tapıb, belə bir vacib sualın üzərində 
düşünə  bilmir:“xəstəlik  nədir?”.Bu  arxivacib  sualın  cavabını 
yalnız Natural Gigiyena hərakatı axtarmış və tapmışdır. 
Dördüncü  prinsip:  “Xəstəlik”  fenomeninin  düzgün 
anlaşılması.Xəstəlik-tamlığın  pozulması,canlı  orqanizmin 
daxili  və  xarici  düşmənlərə  qarşı  müqavimət  göstərə  bilmək 
qabliyyətini  itirməsidir.  Hər  hansı  bir  xəstəlik-adi  dəri 
qızartısından  tutmuş  xərçəngə  qədər  hamısı-orqanizmin 
tamlığının, bütövlüyünün pozulması deməkdir. 
Beşinci prinsipSağlamlığın yeni strategiyası.Natural 
Gigiyena enerji toplamaq və orqanizmin gücünə qənaət etmək 
üçün 4 cür istirahətə və dincəlməyə üstünlük verir:fiziki istira-
hət,fizioloji  istirahət(qidadan  imtina,aclıqla  müalicə),  zehni 
istirahət və ruhi istirahət.Orqanizm,istər öz daxilindəki orqanla-
rın (hüceyrələrin, toxumaların və s.) öz aralarında biri digəri ilə, 
istərsə də insanı əhatə edən xarici mühitlə təmasda olmağa və 
əlaqə  saxlamağa  böyük  ehtiyac  duyur.  Buradan  5  əlaqə  növü 
haqqında Konsepsiya meydana gəlmişdir: 
1. Orqanizmin psixiko-emosional əlaqəsi. Hər bir insan 
öz  orqanizminin  psixiko-emosional  tarazlığını  və  onu  əhatə 


 
42 
edən  Təbiətlə,  o  cümlədən  Kosmosla,  bundan  əlavə,  ictimai 
mühitlə (Cəmiyyətlə, onun idealı və normaları ilə, dost–tanışla, 
ailə  və  s.)  psixiko-emosional  əlaqə  təmin  etməlidir.  Buna 
özündə nikbin əhval–ruhiyyə tərbiyə etmək yolu ilə nail olmaq 
mümkündür. 
2.  Orqanizmin  biokimyəvi  əlaqəsi.  Orqanizm  mövcud-
luğunun  baş  fizioloji  qanunu  sayılan  turşu-qələvi  tarazlığının 
bərpasına, birinci növbədə, təbii qidalanma yolu ilə nail olmaq 
mümkündür. Nişi sistemi bu işdə əvəzsiz vasitədir. 
3.  Orqanizmin  biofizioloji  əlaqəsi.  Dəri  örtüyünün  və 
daxili orqanların nöqtələr vasitəsilə Kosmos,Yer,Su,Hava, İşıq 
və  Energetika  ilə  təbii  əlaqəsinin  bərpasına  “çılpaq 
terapiya”,kontrast hava və su,İşıq və Günəş vannaları, ayaqya-
lın gəzmək və digər üsullarla nail olmaq mümkündür. 
4.  Orqanizmin  biomexaniki  əlaqəsi  xüsusi  məşqlərin, 
kəskin  hərəkətlərin,qəddi  şux  tutmağın  köməyi  ilə  kapilyar-
larda və damarlarda düzgün qan dövranını bərpa etmək. 
5.  Orqanizmin  bioenerji  əlaqəsi.Mövcud  təcrübələrə 
əsaslanaraq, düzgün tənəffüsü bərpa edib saxlamaq. 
Altıncı  prinsip:  Təbii  qidalanma.Heç  bir  şəfaverici 
kompleks  təbii  qidalanma  olmadan  tam  deyil  və  istənilən 
səmərəni  verməz.Natural  qida  tərafdarlarının  fikirincə,qida 
təkcə qanın tərkibini,“tikinti materialının” keyfiyyətini müəyən 
etmir,  həm  də  xarakteri,hətta,insanın  dünyagörüşünü,əxlaqını 
formalaşdırır.Təbii  qida-gözəl  səmərə  verən  və  nəticəsi 
qabaqcadan  bəlli  olan   güclü  müalicə  alətidir.Burda dünya-
nın sonuncu peyğəmbəri Məhəmməd Əleyhissalamın söylədiyi 
dahiyanə  kəlamı  bir  daha  yada  salmaq  yerinə  düşər:“Bütün 
fəsadların  yuvası–mədədir,  bütün  dərd-lərin  çarəsi– 
pəhrizdir”.Yəni:insanın  başına  nə  müsibətlər  gəlirsə,hamısı 
nəfsin,qarınqululuğun,tamahın ucubatından gəlir.Düzgün qida-
lanmayan  adam  mütləq  xəstə  və  bədbəxt  olmalıdır,düzgün 
qidalanan  adam  isə  mütləq  sağlam  və  xoşbəxt  olmalı  və  uzun 
ömr sürməlidir. 


 
43 
Yeddinci  prinsip:  Hər  cür  dərman-  terapiyanı  rədd 
etmək.Natural  Gigiyena  dərmanla  müalicə  sisteminin  ləğv 
olunmasını,bəşəriyyətə  Təbiət  Qanunlarına  arxalanan  Sağlam-
lıq Sistemi təklif edib.Nəzərə almaq lazımdır ki,bütün maddə-
lər canlı orqanizm üçün ya qidadır,ya da zəhər.Canlı orqanizm 
tərəfindən    həzm  olunmayan  və  mənimsənilməyən  hər  şey,o 
cümlədən dərman-zəhərdir!   
Səkkizinci  prinsip:  Tibb  elmi  ilə  Natural  Gigiyena- 
nın sərhədlərini dəqiq müəyyənləşdirmək.Tibb-heç vaxt elm 
olmayıb və indi də elm deyil.Tibb-müalicə metodu və üsuludur. 
Fiziologiya,biologiya,anatomiya,kimya  ayrı-ayrılıqda  elmə 
aiddir,lakin  onlar  birlikdə  “tibb  elmi”  deyil.Tibbin  vahid 
prinsipi  yoxdur,onun  müalicə  metodları  gözlənilməz  nəticə 
verir. Bu səbəbdən həkimlər, həm müalicə metodlarını, həm də 
dərmanları,onların  dozalarını  tez-tez  dəyişməli,canlı  insanın 
üzərində,nəticəsi  qabaqcadan  bəlli  olmayan,qorxulu  eksperi-
mentlər  aparmalı  olur.Əgər  tibb  elm  olsaydı,belə  şeylər  baş 
verməzdi.Dünyanın  hər  yerində  2+2=4  alınacaq,H
2
+O=su 
alınacaq. Tibb “elmində” belə dəqiq nəticələr yoxdur. Birisi yel 
xəstəliyini sağaltmaq üçün maksimum 12 qram solisilat turşusu 
tətbiq edirsə,o birisi xəstəyə 24 q verir.Kim haqlıdır? Heç biri. 
Gigiyena  isə  heç  vaxt  dəyişməyən  vahid  və  əbədi  Həyat 
Qanunlarına  arxalanır,bu  qanunların  tətbiqinin  nəticələrini 
qabaqcadan görmək mümkündür:“ölü” qida yeyən adam -xəstə 
olacaq, canlı qida yeyən -sağlam. 
Doqquzuncu prinsip:Xalqı maarifləndirmək, biliklə-
ri 
geniş  yaymaq,  sağlam  həyat  tərzini  bərqərar 
etmək.Natural  Gigiyenanın  xəmiri  Alturizm,  Optimizm  və 
Humanizm  kimi  3  qiymətli  mənəvi  dəyərdən  yoğrulmuşdur. 
Lakin  bu  gözəl  ideyalar(bütün  yaxşı  ideyalar  kimi)  o  zaman 
güclü ola bilər ki,kütlələrin şüurunda dərin kök salsın.Belə olsa, 
Natural  Gigiyena  saysız-hesabsız  klinikaların,böyük  əczaçılar 
ordusunun,nəhəng  sənaye  komplekslərinin,milyonlarla  kənd 
təsərrüfatı  maşınlarının,cəmiyyətin  qanını  soran  Silahlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə