Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

 
66 
təzələnməsi və bərpası metodunu işləyib hazırladı. Bu metodun 
əsasını  mürəkkəb  olmayan  təmrinlər,kontrast  hava  və  su 
vannaları  təşkil  edir.Bu  barədə  xüsusi  bölmədə  ətraflı  söz 
açacağıq.Hələlik onu deyək ki,həmin tədbirlər qanın yaxşı işlə-
məsi üçün yolu təmizləyir,dərinin və damarların sağlam olma-
sına  şərait  yaradır.Bu  da,öz  növbəsində,qanın  ürəyə  qayıtması 
prosesini yaxşılaşdırır. 
Sintez etməyi gözəl bacaran dərin zəkalı yapon xalqının 
oğlu  dahi  Nişi  beləcə  addım-addım  öz  Sağlamlıq  Sistemini 
yaratdı  və  1927-ci  ildə  onu    ilk  dəfə  bəyan  etdi.O  vaxt  artıq 
alimin 44 yaşı tamam olmuşdu.Həmin dövrdə yapon vətəndaş-
larının  orta  yaş  həddi  məhz  bu  qədər  idi.Alim  özü  isə  75  il 
yaşadı.  Halbuki  dövrünün  ən  güclü  həkimləri  Katsudzoya  heç 
20 yaşa çatmayacağını vəd etmişdilər. 
Nişinin  çap  etdirdiyi  yazılar  cəmiyyətdə  elə  böyük 
maraq və əks-səda yaratdı ki, müxtəlif dərdlərə mübtəla olmuş 
insanlar  dünyanın  hər  yerindən  axışıb  onun  yanına  gəldilər. 
Ona  pənah  gətirənlərin  sayı  elə  sürətlə  artırdı  ki,  Nişi  Tokio 
munisipal metrosunun baş mühəndisi vəzifəsindən əl götürməli 
və  özünü  bütövlükdə  insanların  sağlamlığını  qorumaq  kimi 
nəcib  bir  işə  həsr  etməli  oldu.  Dahi  alim  Natural  Gigiyena 
hərəkatının  vətəni  olan  ABŞ  vətəndaşlarının  saysız-hesabsız 
xahişini və təkidini nəzərə alaraq, Amerikaya getdi və 1935-ci 
ildə  ingilis  dilində  ilk  dəfə  öz  dahiyanə  kitabını  nəşr  etdirdi. 
Maraqlıdır  ki,bir  təsadüf  olsa  da,məhz  həmin  il,yəni,taleimdə 
müstəsna  rol  oynamış  qüdrətli  kitab  işıq  üzü  görəndə  mən  də 
səfalı Qapıcıq yaylağında dünyaya gəldim. 
Ayaqabının  altına  baxmaqla  ayaqqabı  sahibinin  düçar 
olduğu xəstəliyi müəyən edən,“insan elə bir varlıqdır ki, burada 
cism  və  ruh  vahid  və  bölünməzdir”  ideyasını  müalicənin  və 
xəstələnməməyin başlıca şərti kimi götürən,nəticəyə qarşı deyil, 
səbəbə  qarşı  mübarizə  aparan  K.Nişinin  yaratdığı  Sağlamlıq 
Sistemini hər Allah bəndəsi öz həyatına tətbiq edə və möcüzə 
yarada  bilər.  Lakin  böyük  təəssüf  hissi  ilə  qeyd  etmək  lazım 


 
67 
gəlir ki, sağlam məntiq, dərin elmi əsaslar, böyük tədqiqatlar və 
çoxsaylı  sınaqlar  üzərində  qurulmuş  bu  dəyərli  təlim  indinin 
özündə  də lazımi səviyyədə  təbliğ və tətbiq  olunmayıb, bütün 
faydalı  ixtiralar  kimi,bu  elmi  tapıntı  da  tarixin  uçuq  kalafala-
rında  zir-zibil  altında  qalıb.Başı  “cari  təmirə”  və  pul  qazan-
mağa  qarışan  müasir  tibb  elmi,özünü  aldada-aldada  yaşayan 
zavallı  bəşəriyyət  bu  xilaskar  Sistemə  vaxt  ayıra  bilməyib. 
Hamı  bu  laqeydliyin  cəzasını  çəkir:  bəşəriyyət  dərd  əlindən 
bilmir hara qaçsın,insanlar gecə-gündüz ahu-zar edir, inildəyir. 
Halbuki Nişi Sistemi bəşəriyyəti həmişəlik azar-bezardan xilas 
etməyə qadirdi. 
Uzun  axtarışlardan  sonra  Nişinin  gəldiyi  ən  başlıca 
nəticə  budur:ən  istedadlı  təbib-Təbiətin  özüdür!Alimin 
çıxardığı  digər  nəticə,  “cari  təmir”  hesabına  pul  qazanıb  bala 
dolandıran  çoxsaylı  tibb  işçilərini  heç  cürə  razı  sala  bilməzdi: 
tibb elmi elm deyil,bir neçə elmin (kimya, biologiya, anato- 
miya,fiziologiya  və  s.)  qarışığıdır-“həftəbecərdi”.  Təbiblər 
xəstəni  ona  görə  sağalda  bilmirlər  ki,onlar  səbəbə  qarşı 
deyil,nəticəyə  qarşı  mübarzə  aparırlar.Halbuki  səbəbi  aradan 
götürmədən  nəticəni  ləğv  etmək  qeyri-mümkündür.Obrazlı 
desək,təbabət,hardansa  axıb  gələn  və  evimzə  dolan  çirkabı 
qabla(yaxud  nasosla)  götürüb  bayıra  atan  adama  oxşayır,bu 
adam,çirkabın  mənbəini(xəstəliyin  səbəbini)  tapıb,ləğv  etmək 
əvəzinə,evi  qurutmağa  çalışır.Hətta,buna  nail  olur  da.Lakin  əl 
saxlayan  kimi(dava-dərmanın  arasını  kəscək)  çirkab(xəstə-
lik)yenidən axıb evimizə(canımıza) dolur.Çünki onun mənbəyi 
(xəstəliyi törədən səsbəb) durur. 
Hər  şeyi  öz  üzərində  sınaqdan  keçirən  Nişi  hamıdan 
qabaq  dərk  etdi  ki,yalnız  nəticəni  aradan  qaldırmağa  çalı-şan 
təbiblər  (dişin  ağrıyır-çəkirlər,böyrəyin  çürüyür-kəsirlər  və  s.) 
xəstələrə  sağlamlıq  vermirlər  və  verə  də  bilməzlər,onlar, 
sadəcə, insanların əzablı günlərinin sayını artırırlar. Əslində isə 
bütün Yer üzündə təbabətə ayrılan vəsait,təbiblərin bütün biliyi 


 
68 
və  bacarığı,vaxtı  və  enerjisi  səbəbi  aradan  qaldırmağa,yəni, 
profilaktikaya yönəldilməlidir. 
Nişinin  müdrik  təlimini  oxuyan  hər  kəs  bu  qənaətə 
gəlir:insan  ya  öz  həyat  tərzini  dəyişməli  və  uzun  illər 
sağlam,bəxtiyar  yaşamalıdır,ya  da  gödənin  qulu  olduğunu 
boynuna  alıb,gödək  həyatını  sürünə-sürünə,bir  təhər  başa 
vurmalıdır.Üçüncü yol yoxdur!Mən çox gözəl başa düşürəm 
ki,əziz oxucu,40-50-60 il vərdiş etdiyin həyat tərzini dəyişmək, 
sənin  üçün  asan  məsələ  deyil.Demirəm  ki,bir  günün  içində 
bütün  həyatını  180  dərəcə  dəyiş.Buna  hər  adamın  hünəri  çat-
maz.Amma  istəyirəm,dəqiq  biləsən:bunu  etmək  mümkün-dür! 
Sadəcə,bunu  bütün  varlığınla,əqlinlə,zəkanla  istəməlisən.Mən 
60 illik pis vərdişlərimi ona görə dəyişə bildim ki,daha sürünə-
sürünə,zarıldaya-zarıldaya yaşamaq istəmirdim.Burada məşhur 
cəngəllik  fəlsəfəsi yada düşür:güclülər qalib gəlir və yaşayır! 
Lakin Nişi təliminin cəngəllik qanunundan fərqi ondadır ki,sən 
ətrafındakı  canlılara  və  cansızlara  zərrə  qədər  də  zərər 
vurmadan,əksinə,Ana  Təbiətin  ayrılmaz  tərkib  hissəsi 
olduğunu  dərk  edərək,Ana  Təbiətə  doğma  övlad  kimi  qayğı 
göstərərək qalib gəlirsən.Həm də bu sistemə əməl etmək üçün 
əzələ gücünə ehtiyac duyulmur. Pis vərdişlərin hesabına özünə 
müxtəlif xəstəliklərdən “çələng hörmüş” Breqqin, Kotlyarovun, 
Qoqulanın  timsalında  gördük  ki,dağdan  ağır  yükü  aşırıb 
çiyindən  atmaq  üçün  fiziki  gücə  ehtiyac  qalmır,  İRADƏ  adlı  
mənəvi güc olanda, insan öz daxilində kifayət qədər fiziki güc 
tapa bilir.Əksinə,mənəvi gücü zəyif olan adamlar-sahib olduğu 
fiziki gücü də çox asanlıqla itirir və gücsüzləşir.  
Deyilənləri nəzərə alaraq,  məsləhət görürəm:qarınqulu, 
aciz  adamların  dilində  əzbər  olmuş  ”qoy  keçinin  ölümü 
palıddan olsun”,“harda qırılar-qırılar” məsəllərini öz lüğətiniz-
dən  çıxardın,papağınızı  qabağınıza  qoyub,həyatınızı  dəyişmək 
barədə fikirləşin.Düzgün qərar qəbul etməkdə,düz yol seçmək-
də bu kitab sizə yardımçı olacaq.Lakin onu roman kimi oxuma-
yın,bir dəfə oxumaqla kifayətlənməyin,beş dəfə,lazım gəlsə,on 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə