Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

 
69 
dəfə  oxuyun,  yəni,sağlamlıqla  bağlı  həyat  həqiqətlərini  dərk 
edənə  qədər,öz  daxilində  yeniləşmək,sağlam  olmaq,ruhunu  və 
cismini bəladan xilas etmək ehtiyacı duyana qədər,içində kifa-
yət  qədər  iradə  “istehsal”  edənə  qədər  dönə-dönə  oxusun,hər 
faydalı  fikiri  beyninin  dərin  qatlarına  yeridə-yeridə  oxuyun. 
Nişi  Sistemi  insana  mənən  güclü  olmağı  öyrədir.Yadda 
saxlayın ki,mehrini həblərə və iynələrə salan adamlar-öz əzablı 
günlərinin sayını artırmaqdan başqa bir iş görmür. 
 Elə buradaca çox önəmli  bir  mətləbi xüsusi  vurğula- 
maq istərdim:Nişi Sistemi-həm də sağlamların sistemidir! Bu 
Sistemi həyat qanunu kimi qəbul edən şəxs heç bir xəstəliyə, o 
cümlədən,xərçəng xəstəliyinə tutulmur,viruslara, epidemiyalara  
qarşı biganə qalır və uzun ömür sürür. Ən başlıcası isə, həyatını 
azar-bezarsız,gözəl ovqatla,xoş əhval-ruhiyə ilə başa vurur. 
Məsələnin  iqtisadi  tərəfinə  baxaq.Təcrübədən  bilərəm: 
Nişi  Sistemi  ilə  yaşamaq  maddi  cəhətdən  çox  sərfəlidir.  Mən 
təkcə dərmana,həkimlərə,pirlərə,mollalara,fırıldaqçılara çəkilən  
xərcləri nəzərdə tutmuram, həm də çox bahalı,lakin çox zərərli 
ərzaq növlərini (bir kilo ətin puluna 10 kq quru lobya alamaq 
və  bir  ay  işlətmək  olar,halbuki  lobya    ətdən  qat-qat  faydalı 
zülaldır),eləcə də xeyir işlərdə,yasda,şənbazlıq azarının diqtəsi 
altında açılan dəbdəbəli süfrələri və digər israfçılıq tədbirlərini 
nəzərdə  tuturam.Fikir  verin:özünü  ali  şüurlu  məxluq  sayan 
insan,bir-birinin  yaxasını  cıra-cıra,  bir-birinə  badalaq  vura-
vura,kələk  gələ-gələ  it  zülmüynən  ruzu  qazanır,onu  da  böyük 
israfçılıqla  çürüdüb  zəhərə  döndərir,həm  özünü,həm  də  öz 
yaxınlarını  zəhərləyir.Ali  şüurlu  insan  gecə-gündüz  fikirləşib 
yeni xörək növləri icad edir ki,mümkün qədər çox yeyə bilsin. 
Fiziki  təlabat  olmadan,gödənin  diqtəsi  altında  o  qədər  qida 
yeyir  ki,  bunun  yalnız  18-20  faizini  güc-bəla  ilə  mənimsəyə 
bilir,  qalan  80  faiz  ruzu  yoğun  bağırsaqda  qalıb  çürüyür,  qanı 
müntəzəm olaraq zəhərləyən mikroblar üçün lazım olan  “zibil 
anbarı”nı  doldurur,mikroblar  bir  çox  fəsadlar  törədir,  bizi 
müxtəlif xəstəliklərə düçar edir. Özümüz öz əlimizlə  infeksiya 


 
70 
daşıyıcıları  üçün  möhkəm  yem  bazası  yaradırıq(ali  şüurlu 
insandan başqa heç bir canlı belə hərəkət etmir),düşmənlərimiz 
yeyib-içib kef çəkir,artıb-törəyir,qanımızı zəhərləyir,biz çarəsiz 
dərdlərə mübtəla oluruq və balaca mikrobların əlində əsir-yesir 
qalırıq,dindirəndə də döşümüzə döyüb,iftixarla deyirik:”Biz ali 
şüurlu  İnsanıq”.Nişi  belə  hesab  etmirdi,qazandığı  ruzunun  80 
faizini  çürüdüb  mikroblara  yedizdirən  insanı  “israfçı  cahil” 
adlandırırdı,deyirdi,xərçəng-nadanlığın qaçılmaz nəticəsidir. 
Cansağlığı ilə bağlı 70 min ədəbiyyatı araşdıran K.Nişi 
belə bir inkaredilməz həqiqəti açıb ki,insanın öz canına vurdu-
ğu zərbəni kənardan ona heç bir qüvvə vura bilməz. Ağılasığ-
maz bir təzad: insan sürdüyü həyat tərzinin öz canı üçün, ailəsi 
üçün, bütövlükdə cəmiyyət üçün zərərli olduğunu bilə-bilə, onu 
dəyişməyə  əsla  təşəbbüs  göstərmir,  eyni  qaydada  yaşamağa 
davam  edir,  özünü  korluğa  vuraraq,  Nişinin  möcüzələrlə  dolu 
kəşfini  “görmür”.Əlbəttə,xalqların  hamısı  eyni  səviyyədə  öz 
canlarını öz pis vərdişlərinə qurban vermirlər. Ayılmış millətlər 
az  deyil.Elə  götürək  Yaponiyanı.Burada  Natural  Gigiyena  və 
Nişi  Sistemi  özünə  çoxlu  tərəfdarlar  tapıb.Tokioda  və  Havay 
adalarında Nişi Sustemi ilə işləyən Tibb İnstitutunun hospital-
ları  fəaliyyət  göstərir,bu  sağlamlıq  ocaqlarında  xərçəng  xəstə-
liklərini dava-dərmansız müalicə edirlər.Bu işə Nişinin davam-
çısı və onun təbliğatçısı S.Vatanabe rəhbərlik edir.Hospital da 
məhz onun adını daşıyır –“Vatanabe”.  
Bəli,insan  qəribə  məxluqdur:milyonlarla  günahsiz  ada-
mın qanını töküb,minlərlə kəndi və şəhəri viranə qoyaraq,özgə 
torpağını  zəbt  edən  qəsbkara  da  heykəl  qoyur,kütləvi  qırğın 
silahını  icad  edənə  də.Amma  bəşəriyyətə  şəfa  yolu  göstərən 
xilaskarın adını əbədiləşdirmək ağlına belə gəlmir. 
Allahdan  diləyim  budur  ki,  yaratdığı  məxluqun  başına 
ağıl  qoysun,  insan  ayılsın  və  əsrlər  boyu  ucaltdığı  heykəllərin 
hamısını yerlə yeksan etsin,onların yerində iki simanın-Yunan 
Şəfa  Allahının  kiçik  qızı  Gigiyanın  və  bəşəriyyətə  Sağlamlıq 


 
71 
Sistemi  kimi  bir  möcüzə  bəxş  etmiş  Katsudzo  Nişinin  qoşa 
heykəlini ucaltsın. Amin!.. 
 
ÇOX YEMƏK-AZ YEMƏKDƏN DƏ QOYUR 
 
“Ən  böyük  təbib-Təbiətdir”  ideyasını  elmi  əsaslarla 
sübuta  yetirən Nişi 4 şeyi sağlamlığın əsası sayırdı: 
 1.Düzgün qidalanmaq. 
 2.Düzgün yataq. 
 3.Təbiətlə müntəzəm təmasda olmaq. 
 4.Faydalı hərəkət. 
Bu  bölmədə  qidalanma  qaydalarından  söz    açacağıq. 
Yoğun bağırsağı həm həyat mənbəyi,həm də fitnə-fəsad yuvası 
adlandıran  Nişinin  möcüzəsi  ondadır  ki,xəstənin  mədəsini 
dərmanlarla  doldurub,orqanizmi  təkrarən  zəhərləyən  psixiko-
terapevtlərdən  fərqli  olaraq,ruhi  xəstəliyin  mənbəyini  “fitnə-
fəsad  yuvası”nda  axtarırdı.“Dəlilər”in  qarnını  öz  sistemi  ilə 
yuyub  təmizləyir,onları  öz  sistemi  ilə  qidalandırır  və  normal 
qaydada  yatırdırdı  .Soruşa  bilərsiniz:ruhla  gödənin  nə  əlaqəsi 
var?  Bu  suala  qismən  cavab  vermişik.Məşhur  “təkrar  biliyin 
anasıdır”  kəlamını  əsas  tutub,bu  mövzuya  bir  daha,özü  də 
yaxından nəzər salaq. 
Təbiblər bilirlər: damarlara mayenin əsas hissəsi yoğun 
bağırsağın divarları vasitəsilə sorulur.Damarlara sorulan qanın 
miqdarı  da,keyfiyyəti  də  mədədən  gəlib  bağırsağa  tökülən 
qidanın miqdarından və keyfiyyətindən,eləcə də yoğun bağırsa-
ğın  divarlarının  vəziyyətindən,işləmək  qabliyyətindən  asılıdır. 
Minik maşınına Aİ-95 əvəzinə Aİ-72 növ benzin  tökən sürücü 
fərqi  o  saat  hiss  edir:mühərrik  səs  salır,maşın  yaxşı  çəkmir, 
aşağı sürətdə sönür. Təssüf ki, insan qida keyfiyyətinin fərqini 
və yoğun bağırsağın pis işləməsini bu tezlikdə hiss etmir. Həm 
də təbiətcə tənbəl və özünə qarşı laqeyd olan (maşının və digər 
əşyaların üstündə əsim-əsim əsən!) insan bədənin ağırlaşmasını, 
süstlüyü,halsızlığı,köpməyi,gəyirməyi,kökəlməyi və digər simp 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə