Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

 
75 
qalırlar və bol karbohidratlar da üstəlik yağlara çevrilir. Bütün 
bunlar  həzm  olmamış  şəkildə  yığılıb  orqanizmdə  qalır.Adam 
kökəlir  və  bunu  “ağ  gün”ün  nəticəsi  kimi  qiymətləndirir. 
Əslində isə “şlakların” yığışıb qaldığı orqanizm ürək-damar və 
digər  xəstəliklər  üçün  əlverişli  məkana  çevrilir.Adam  yağları, 
karbohidratları  çox  qəbul  edərkən,onlar  həzm  olunmur,kütlə 
şəkilində yoğun bağırsağa daxil olur və yığışıb orada qalır.Qan 
damarları ilə zəngin olan yoğun bağırsaq çürük kütlədəki fəsad 
verən maddələri sorub,qana ötürür və bütün orqanizmə paylayır. 
Orqanizm zəhərlənir-biz xəstələnirik!Nəticə: fəsad verən -təkcə 
gec həzm olan qidalar deyil, qida çoxluğu da çox zərərlidir. 
Enerji haqqında onu da bilmək lazımdır ki,həyat enerjisi 
eyni  vaxtda  baş  verən  iki  əks-prosesin  təzahürüdü:qurucu 
prosesin və dağıdıcı prosesin.Onların vəhdəti maddələr müba 
-diləsini    təşkil  edir.Hər  birimzim  sağlam,yaxud  xəstə  olmağı 
məhz maddələr mübadiləsindən asılıdır.Gəlin araşdıraq:maddə- 
lər nəyi qurur və nəyi dağıdır? 
Artıq  bilirik  ki,insan  orqanizmi  gözlə  sezilməyən  70 
triliyon  hüceyrədən  ibarətdir.Hüceyrələr  canlıdır:bizim  kimi 
nəfəs  alırlar,yeyib-içirlər,parçalanmış  məhsulları  özlərindən 
kənar  edirlər,ailə  qururlar,nəsil  artırırlar,nəhayət,dünyalarını 
dəyişirlər.Bizə oxşayan bu balaca varlıqlar enerjinin daxil oldu-
ğu  və  cəmləşdiyi  canlı  akkumulyatordur.Uşaqlıq  və  gənclik 
çağlarında hüceyrələrin  yaranması prosesi dağılması prosesin-
dən  qat-qat  güclü  olur.Qocalanda,yaxud  xəstələnəndə-tərsinə 
olur. Gün ərzində bədənimizdəki canlıların 1 faizi ölür (bu təbii 
itkidir),onun  yerinə  yenisi  yaranır.Bunu  nəzərə  alaraq  deməli-
yik:qida  bizim  üçün  təkcə  “dadlı”,  “şirin”,  “turş”  tamlı  ləzzət 
mənbəyi deyil.Qida-hüceyrələrimizi elə yedirtməlidir, enerji 
ilə elə təmin etməlidir ki, onlar yaşasın, tez qocalıb ölməsin
yaxşı işləsin. Bunun üçün:qida faydalı olmalıdır! Bəs faydalı 
qida nəyə deyirik? 
Heç bir sürücü öz maşınına təmiz benzin əvəzinə çamur, 
su,  mazut tökməz.Amma özünü yaranışın tacı sayan  ali şüurlu 


 
76 
insan öz “bakına” “benzin” əvəzinə çamur da tökür, çınqıl da. 
Fərqinə  varmır:mədəsinə  tökdüyü  qida  ona  enerji  verəcəkmi, 
həyat gücü verəcəkmi,yoxsa “şlaka” çevrilib illərlə bədənimiz-
də  qalacaq,  “xəstəlik  anbarı”  funksiyasını  daşıyacaq.Halbuki 
məşhur  alim  Pol  Breqq  vaxtında  deyib:”Biz-nə  yeyiriksə, 
oyuq”:  faydalı  qida  yeyiriksə-sağlamıq,  ağıllıyıq,  mehribanıq, 
gülərüzük  və  xoşbəxtik,  faydasız,yəni  zərərli  qıda  yeyiriksə- 
xəstəyik,acgözük,bədxahıq və bədbəxtik.   
 
 
SAĞLAM QAN! ONU NECƏ YARADAQ
 
Hava,işıq,su,qida  bədəndə  duru  hala  düşərək,istilik  və 
enerji  yaradır.Qidanın  yanmasına(turşulaşmasına)  və  onun 
bütün  kimyəvi  çevrilmələrinə  hava  və  işıq  kömək  edir.Bu, 
hüceyrələrin  qidalandırılması  üçün  birinci  şərtdir.Dərimiz,hər 
şeydən  öncə,hava  və  işığa  möhtacdır.Günəşdən  korluq  çəkən 
bitkinin  rəngini  və  halını  göz  qabağına  gətirin.Su  isə  orqaniz-
min  yaxşı  işləməsinə,qalıqların  təmizlənməsinə,bədənin  qida 
ilə  təmin  olunmasına  kömək  edir,həm  də  qidanın  bir  vacib 
növü kimi funksiya daşıyır. 
Müasir tibb elmində belə bir yanlış fikir dolaşır ki,insan 
qidalanır,orqanizm isə özünə nə lazımdır onu seçir,qalanını atır. 
Nişi bu məsələyə başqa cür yanaşıb.O, özündən soruşmuşdur: 
“Orqanizmə oksigensiz daxil olan qidanın başına nə iş gəlir?”. 
O vaxt qida quzuqulağı(turşəng) turşusu deyilən kimyəvi mad-
dəyə  çevrilir.Əgər  bu  turşu  bişmiş  xörəklərin  çevrilməsindən 
əmələ  gəlirsə,o  zaman  qana  düşən  kimi  sərbəst  kalsiumla 
birləşir  və  əriməyən,heç  nə  ilə  orqanizmdən  kənar  edilməyən 
quzuqulağı  turşusunun  duzuna  çevrilir,tədricən  və  müntəzəm 
şəkildə  yığışıb  bədəndə  qalır.Özü  də  bütün  hüceyrələrdə 
yığışır-əzələ,əsəb,sümük  və  damar  hüceyrələrində  kristallar, 
daşlar  əmələ  gətirir,oynaq  revmatizmi,artrit,artroz  törədir,cinsi 
fəaliyyəti  zəyiflədir.Bu  duz,demək  olar,bütün  xəstəliklərin 
törədicisidir.Təbii  çiy  qidalardan  yaranan  quzuqulağı  turşusu 


 
77 
isə  qanda  sərbəst  kalsiumla  birləşmir  və  zərərli  duz  yaratmır. 
Əksinə,bişmiş  xörək  yeyərkən  yaranan  zərərli  quzuqulağı 
turşusu duzunu əridib təmizləyir.  
Xüsusi  vurğu  ilə  qeyd  etmək  istəyirəm:təbii  çiy 
qidadan  yaranan  quzuqulağı  turşusu  yeganə  şəfalı  qüvvə-
dir  ki,onu  bədəndə  duz  və  daş  yaranmasına  qarşı,artrozlara, 
artritlərə  və  digər  xəstəliklərə  qarşı  tətbiq  etmək  mümkündür. 
Buradan doğan əsas nəticə belədir:sağlam  olmaq  istəyən  hər 
kəs-çiy  və  təbii  qidalarla  qidalanmalıdır!Yəni,gündəlik 
rasiona  çoxlu    tərəvəz,şülul,qoz-fındıq,püstə,badam,günbaxan 
tumu,  boranı  tumu,müxtəlif  köklər  və  zoğlar  daxil  etmək  çox 
vacibdir!Xüsusi  bölmədə  “nəyi  nədən  sonra”,  “nəyi  nə  ilə”, 
“nəyi nə qədər” yemək suallarına ətraflı cavab verəcəyik. 
 
ƏZƏMƏTLİ  ÜÇLÜK :işıq,hava,su  
 
İşıq  və  hava  bədənin  ən  başlıca  enerji  daşıyıcılarıdır. 
İnsanı soyuqdan,yad gözlərdən qoruyan paltar,eyni vaxtda,bizi 
enerji  daşıyıcılarından  da  təcrid  və  məhrum  edir.Nəticədə: 
bədəndə  karbon  oksidi  yaranır.Bunun  qarşısını  almaq  müm-
kündür.Nişi  təklif  edir:hər  gün  azı  2  dəfə  kontrast  hava  və  su 
vannası  qəbul  etmək  lazımdır.Bu  prosedura  dərinin  nəfəs 
almasını gücləndirir,orqanizm bol-bol okisgen qəbul edir,bu da 
karbon  oksidini  öldürür,orqanizmin  immunitetini  gücləndirir. 
İnsan  soyuğa  və  xəstəliklərə  qarşı,o  cümlədən,xərçəngə  qarşı 
davamlı  olur.Nəticə:dərinizə  mümkün  qədər  çox  işıq  və  hava 
dəyməlidir(konrast hava və su vannalarını qəbul etmək qayda-
larını ayrıca verəcəyik). 
Çoxumuz  bilmirik  ki,uşaq  “üzməyi”  ana  bətnində 
öyrənir.Əlbəttə,bu,bir  zarafatdır.Əslində  isə  həqiqətən  də 
uşağın yerləşdiyi “torba” su ilə dolu olur.Alimlər  çox maraqlı 
bir  fakt  aşkar  ediblər:okean  sularından  götürülən  analizlər 
göstərir ki,okean suyunun kimyəvi  tərkibi uşağın “evindəki” -
ana  bətnindəki  suyun  tərkibi ilə, təxminən,eynidir.Uşaq həmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə