Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

 
57 
onu yemə.Nişi yanıldığını tezliklə anladı. O, düzgün çeynəmək 
qaydalarına tam əməl etsə də, sağlam ola bilmədi. Bu dəfə də 
qarınqululuq azarı onu əldən saldı: çox yeyirdi, odur ki, özünü 
həmişə yorğun,halsız hiss edirdi.İştahını boğanda da arıqlayırdı. 
O biri tərəfdən də Fletçer məsləhət görürdü ki,qidanın pis həzm 
olunan  hissələrini  kəsib  atmaq,qabığını  soymaq  lazımdır. 
Katsudzo bu qaydaya da düzgün əməl edirdi. Müqabilində yeni 
xəstəlik “qazandı”-qəbzlik! Fletçer deyirdi ki,qəbzlik adamları 
narahat etməməlidir.Lakin dərin zəkalı Nişi hiss etdi ki, qəbzlik 
onda baş ağrısına,yoğun bağırsaqda müxtəlif fəsadların törəmə-
sinə  səbəb  olur.Oxuduğu  başqa  ədəbiyyatlar  Nişinin  gözünü 
açdı:həzm olunmayan,yığılıb bağırsaqda qalan çürük qida - 
bakteriyalar  üçün  gözəl  bayram  süfrəsidir.Bu  süfrənin 
nemətlərindən  bol-bol  bəhrələnən  bakteriyalar  artıb-törəyir, 
zəhərli  maddələr  ifraz  edirlər.Toksinlər  yoğun  bağırsağın 
divarları tərəfindən qana sorulur və bütün bədənə yayılır. Nəti-
cədə  hüceyrələr  qırılır  və  insan  xəstələnir.Beləliklə  də  şəfa 
mənbəi  olan  qidanı  öz  əlimizlə  zəhərə  çevirib,öz  qanımızı 
zəhərləmiş oluruq.   
Ağıllı  Nişi,heç  kəsin  ağlına  gəlməyən  bir  həqiqəti  çox 
tez dərk etdi:qida təkcə yaradıcı qüvvə deyil,həm də dağıdıcı 
qüvvədir. Hər şey qidanı necə qəbul etməkdən asılıdır. 
Texniki  instituta  girərkən  Sinklerin  aclıqla  müalicə 
metodu  ilə  yaxından  tanış  olan  Nişi  gördü  ki,  bu  nəzəriyyə 
budda  məbədində  öyrəndiyi  nəzəriyyədən  köklü  şəkildə 
fərqlənir.Sinkler  təlimində  irəli  sürülən  prinsiplər  o  dərəcədə 
ağıllı  idi  ki,Nişi  tam  əmin  oldu:xəstə  bağırsağın  müalicə 
yolunu,nəhayət,tapdım!..Nişinin  çıxardığı  başlıca  nəticə  belə 
oldu:qeyri-normal  insanlar,bir  qayda  olaraq,qəbzlikdən  əzab 
çəkirlər,işıqlı  başa  malik  olanlar  isə-ishaldan.Çıxartdığı  bu 
nəticə  onu  çox  mühüm  bir  istiqamətdə  axtarışlar  aparmağa 
sövq etdi: bağırsaqla beyin arasında nə kimi əlaqə var? Bu 
sualın cavabı Nişinin sağlamlıq  metodunun və onun dünyaya 
bəxş  etdiyi  Sağlamlıq    metodologiyasının  ən  uca  zirvəsini 


 
58 
təşkil etdi. Bundan sonra Nişi alimlərin qan dövranı  haqqında 
əsərlərini dərindən öyrənməyə başladı. Onun iti ağlını Moskva 
Universitetinin  professoru  Zeppin  “Beyində  qan  dövranının 
dinamikası” adlı əsəri bərk məşğul etdi.Nişi öyrəndi ki, beyinə 
qan,bir qayda olaraq,qulaqların iltibahı nəticəsində sızır.Qulaq- 
ların  iltihabı  isə  boğazın  xəstələnməsinin  nəticəsidir.Boğazın 
xəstələnməsi-böyrəklərin pis işləməsi ilə bağlıdır.Böyrəklər isə 
adam  isti  və  yumuşaq  yataqda  yatanda,havanı  buraxmayan 
qalın  paltar  geyəndə  sıradan  çıxır(axırıncı  halda  həm  böyrək-
lərin,həm də dərinin funksiyası pozulur).Bütün bunların hamısı 
bağırsağın  pis  işləməsi  ilə  bağlıdır.Çünki  bağırsağın  işi 
pozulanda,onun içində olan kütlə yoğun bağırsağın divarlarına 
suvanır,bu  da  qəbzlik  yaradır.Qəbzlik  də,öz  növbəsində,  beyi-
nin qan damarlarını genişləndirir və partladır. 
Passep  adlı  bir  həkimin  “İltihab  olunmuş  beyinin 
klinikası  və  müalicəsi”  əsərində  Nişinin  diqqətini  belə  bir 
məqam  özünə  çəkdi:beyinin  iltihabı  baş  verəndə,irinin  içində 
10  növ  bakteriya  (stafilakokk,streptokokk,Frenkel  bakteriyası, 
pnevmaniya,plevrit,vərəm,tif,paratif  və  s.)  tapılmışdır.  Bəzən 
beynin genişlənmiş qan damarlarında ən azı 23 belə bakteriya 
qrupu  yuva  salır.  Özü    də  sapsağlam  adamın  beynində  də! 
Bunu  bilən  Nişi  belə  bir  qənaətə  gəldi:orqanizmin  özündə 
müdafiəedici  və  şəfaverici  qüvvələr  var  ki,onlar  kənardan 
edilən  hücumların  qarşısını  alır  və  orqanizmin  bütövlüyünü 
qoruyub  saxlayır.Daima  axtarışda  olan  Nişi  dərhal  bu  cür 
müdafiəedici, şəfaverici qüvvələr haqqında məlumat toplamağa 
başladı.Birinci  növbədə,doktor  Şibatın  dovşanlar  üzərində 
apardığı təcrübənin nəticələri ilə tanış oldu.D-r Şibat dovşanları 
süni qəbzliyə məruz qoyurdu Aşkar olurdu ki,qəbzlik,bir qayda 
olaraq, beyin damarlarının genişlənməsi və beyinə qan sızması 
ilə  nəticələnir.  Bu,yalnız  uzun  müddət  qəbz  olan  dovşanlarda 
baş verirdi,kəsilən və zəhərlənmədən ölən dovşanlarda  müşa-
hidə  olunmurdu.Nişi  nəticə  çıxardı:d-r  Şibatın təcrübələrindən 
kəmağıl  insanların  və  ruhi  xəstələrin  müalicəsində  istifadə 


 
59 
etmək  olar.Nişi  bu  barədə  yazırdı:“Qərbi  Yaponiyada  böyük 
bir  şirkətin  direktorunu  Tokiodakı  ruhi  xəstələrə  məxsus 
klinikada  yatırırdılar.Həkim  onu  “çarəsiz”  elan  etmişdi. 
Arvadının  xahişi  ilə  xəstəni  klinikadan  götürdüm.Bağırsağını 
əməlli-başlı təmizlədim.Nəticəsi ümidverici oldu.Mənim tapşı-
rıqlarımı dəqiq yerinə yetirən xəstə 5 gündən sonra sağaldı. Az 
vaxtdan  sonra  onu  tam  sağlam  şəxs  elan  etdilər.  Hazırda  öz 
doğma şəhərində bizneslə məşğul olur”.Nişi başqa bir xəstəni -
dəlixanada  6  il  yatan  20  yaşlı  qızı  da  eyni  qayda  ilə  bir  ay 
ərzində müalicə etmişdi.Hər ikisi qəbzlikdən əzab çəkirdi. 
Mən  isə  Biləcəri  qəsəbəsində  yaşayan  26  yaşlı  həkim 
qızı  10  gün  ərzində  sağaltdım.Halbuki  uzun  müalicələr  bir 
səmərə vermədiyi üçün “böyük” mütəxəsislər onu “dəlixanaya” 
qoymağı  məsləhət  görmüşdülər.Mən  çox  şadam  ki,həkim  qız 
möcüzəli  Nişi  Sisteminin  tələblərinə  bu  gün  də  əməl  edir  və 
onun köməyi ilə başqalarını da sağaldır. 
Alimlərin  çoxu  bu  fikirdədir  ki,  hər  10  nəfər  seyrək 
ağıllının  biri  hökmən  qəbzlik  xəstəliyinə  tutulmuş  adamdır. 
Nişinin  fikirincə,  bu  nəzəriyyə  hələ  Hippokrat  dövründə  bəlli 
idi.Odur  ki,bir  qədim  məsəldə  deyilir:“Möhkəm  cansağlığı  -
mükəmməl  boşalmanı  nəzərdə  tutur”.Bu  haqda  Nişi  deyirdi: 
“Əgər  kömürü  külü  təmizlənməmiş  sobaya  atsanız-alov 
əvəzinə,çoxlu  tüstü  alacaqsınız”.Yəni,el  məsəlində  deyilən  bir 
vəziyyət yaranacaq: “İsinmədik istisinə, kor olduq tüstüsünə”... 
İnsan orqanizmində də eyni proses gedir: üstüstə qalanan qida 
sağlam enerji vermək əvəzinə əzab-əziyyət və xəstəlik yaradır. 
Tüstüdən  kor  olmaq  istəmiriksə,sağlam  orqanizm  istəyiriksə, 
mükəmməl boşalmanın(normal stulun) qeydinə qalmalıyıq. 
Təəssüflər  olsun  ki,müasir  tibb  elmi  əsas  fikirini 
qidanın  yüksək  kalorili  olmasına  verir,mədənin  və  bağırsağın 
zəhərli şlaklardan təmizlənməsi kimi əsas məsələni unudur. Bu 
vacib məsələyə bir qədər yaxından nəzər salaq. 
Məlumdur  ki,  qida  tam  yananda  (yaxud  turşulaşanda) 
zərərsiz  karbon  turşusu  (CO
2
)  əmələ  gəlir,  tam  yanmayanda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə