Şahbaz xvduoğlu tərtibçilər



Yüklə 8,8 Mb.
Pdf görüntüsü
səhifə26/390
tarix20.01.2018
ölçüsü8,8 Mb.
#21801
1   ...   22   23   24   25   26   27   28   29   ...   390

haqqında”,  “Vətəndaşlann  müraciətlərinə  baxılması  qaydası  haqqında”,  "Kütləvi  informasiya 

vasitələri  haqqında”,  “Dövlət  sirri  haqqında”  Azərbaycan  Respublikası  qanunlarından, 

Azərbaycan  Respublikasımn  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  və  digər  müvafiq 

normativ-hüquqi aktlardan ibarətdir. 



IMaddə 3. Ətraf mühitə dair informasiyanın növləri 

3.1.


 

Ətraf mühitə dair informasiya, əldə edilməsi qaydasına görə alınması məhdudlaşdırılan 

və açıq informasiya növlərinə bölünür. 

3.2.


 

Alınması  məhdudlaşdırılan  informasiya  növünün  təsnifatı  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyənləşdirilir. Belə informasiya bir orqamn inhisarmda olmamalıdır. 

3.3.


 

Açıq informasiyaya aimması məhdudlaşdırılmayan bütün məlumatlar aiddir. Maddə 4. 



Ətraf mühitə dair informasiya almaq hüququ 

Alınması  mehdudlaşdınlan  informasiya  istisna  edilməklə,  hər  bir  şəxs  zamanından  asılı 

olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir. 

Maddə 5. Ətraf mühitə dair informasiyanın alınmasına təminat 

5.1.


 

Ətraf mühitə dair informasiyanın alınmasına təminat  - informasiyanın axtanlma- sına 

şərait  yaratmaq,  sənədlərlə  tanış  olmaq,  onların  surətini  əldə  etmək,  vəzifəli  şəxslərdən 

müsahibələr  götürmək,  mətbuat  konfranslannda  və  digər  tədbirlərdə  iştirak  etmək,  yazılı 

sorğulara  rəsmi  cavablar  almaq  hüququnun  dövlət  və  yerli  özünüidarəetmə  orqanları,  habelə 

məsul şəxslər tərəfindən təmin edilməsidir. 

5.2.

 

Dövlət və yerli özünüidarəetmə orqanlan müraciət edənin ətraf mühitə dair informasiya 



almaq hüququnu təmin etmək üçün aşağıdakıları həyata keçirməlidirlər. 

5.2.1.


 

müvafiq  fəaliyyətin  ətraf  mühitə  proqnozlaşdınlan  təsiri  barədə  informasiyanın 

toplanmasını təmin edən zəruri sistemlərin yaradılmasım; 

5.2.2.


 

fövqəladə hallar barədə məlumat verilməsini; 

5.2.3.

 

müraciət  və  ya  sorğuya  qcuıunvericiliklə  nəzərdə  tutuhnuş  qaydada  və  müddətdə 



baxılıb cavab verilməsini

5.2.4.


 

toplanmış informasiyanın mütəmadi yeniləşdirilməsini; 

5.2.5.

 

müraciət edənin verdiyi sorğuya əsasən ətraf mühitə dair informasiya obyektlərinin 



siyahısı ilə, habelə ətraf mühitə dair informasiya barədə sənədlərlə tanış edilməsini. 

5.3.


 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olunmaqla,  dövlət  və  yerli 

özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya verməkdən imtina etməməlidirlər. 

5.4.


 

Ətraf mühitə dair informasiyanın hazırlanması, toplanması, istifadə olunması, yayılması 

qanunla, təhlili, saxlanması, yenileşdirilməsi, obyektlərinin siyahısı, registri və onun apanimast 

qaydalan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



Maddə 6. Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanlarının vəzifələri 

6.0.


 

Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanlan: 

6.0.

 

1. Ətraf mühitə dair informasiya registrini apanr, istifadəsində olan registr və arxivlərin 



müraciət edənlər üçün açıq olmasını və bunlarla bağlı məlumatlann verilməsini təmin edir. 

6.0.


 

2.  Kütləvi  informasiya  vasitələrində  ətraf  mühitə  dair  vaxtaşın  verilən  məlumatların 

vahid formasını və müddətlərini müəyyən edir, 

  -------------------------------------------  54 

 --------------------------------------------  



6.0.

 

3. Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın müvafiq İcra 



hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi  qaydada  və  müddətdə  ümumi  rabitə  vasitələri  ilə 

artırılması üçün tədbirlər görür

6.0.

 

4.  Üç  ildə  bir  dəfədən  az  olmayaraq  ətraf  mühitin  vəziyyətinə  dair  milli  məruzələri, 



habelə ətraf mülıitin vəziyyəti (keyfiyyəti və çirklənməsi) barədə məlumatlan dərc edir. 

6.0.


 

5.  İldə  bir  dəfədən  az  ohnayaraq  ətraf  mühitin  vəziyyətmə  dair  hesabatlar  tərtib  edir, 

onlan  ictimaiyyət  üçün  açıq  olan  elektron  məlumatlar  bankma  daxil  edir,  çirklənmələrlə  bağlı 

kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür. 



Maddə 7. Ətraf mühitə dair informasiya verməkdən imtinanın əsasları 

7.1.


 

Dövlət və  yerli özünüidarəetmə orqanları ətraf  mühitə dair informasiya almaq barədə 

müraciət  və  ya  sorğuya  cavab  verməkdən,  habelə  informasiyanın  yayılmasından  aşağıdakı 

hallarda imtina edə bilər: 

7.1.1.

 

dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduqda; 



7.1.2.

 

dövlət hakimiyyəti orqanlanmn beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə məxfi 



materiallarına istinad edildikdə

7.1.3.


 

məhkəmə orqanlarında baxılan və ya ibtidai istintaq mərhələsində olan məsələlərə aid 

olduqda; 

7.1.4.


 

kommersiya sirrinə aid olduqda

7.1.5.

 

açıqlanması ətraf mühit üçün təhlükə yaradacağı və ya onun komponentlərinə zərər 



vura biləcəyi təqdirdə; 

7.1.6.


 

qanunvericiliklə  müvafiq  səlahiyyətə  malik  olmayan  və  ya  üzərinə  belə  öhdəlik 

qoyulmayan, habelə məlumatların yayılmasına razılıq verməyən üçüncü şəxs tərəfindən təqdim 

olunmuş materiallara istinad olunduqda. 

7.2.

 

Mövcud informasiya müvafiq dövlət orqanına təqdim edilən zaman sahibkar tərəfindən 



kommersiya  sirri  elan  edilmişdirsə,  həmin  informasiyanı  saxlayan  şəxs onun  açıqlanmasmdan 

dəyə biləcək zərər barədə sahibinin mövqeyini öyrənmək üçün sorğu verməlidir. Bu sorğuya 15 

gün müddətində cavab verilməlidir. Sahibkann fəaliyyəti nəticəsində yaranan tullantılar və digər 

təsirlər kommersiya sirrinə aid edilə bilməz. İnformasiyanın açıqlanmasında ictimai maraq onun 

gizlədilməsi  marağından  yüksək  olduğu  hallar  istisna  edilməklə,  müraciət  və  ya  sorğu  edənə 

səbəbləri bildirilməklə, infonnasi- yanın verilməsindən imtina oluna bilər. 

7.3.

 

Bu  Qanunun  7.1  və  7.2  maddələrində  göstərilən  informasiyadan  ayırmaq  mümkün 



olduqda,  həmin  informasiya  onu  verən  orqan  tərəfindən  müəyyən  edilən  qaydada  qismən  do 

verilə bilər. 



Maddə 8. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya 

sorğunun verilməsi 

8.1.


 

Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu yazılı şəkildə təqdim 

edilməli, dəqiq və aydın tərtib olunmalı, sorğu edən barədə tam məlumatı əks etdirməlidir. Bu 

zaman  müraciət  edənin  infonnasiyanı  almaqda  hüquqi  və  ya  digər  maraqlarının  göstərilməsi 

zəruri deyildir. 

8.2.


 

Müraciəti  və  ya  sorğunu  almış  dövlət  və  ya  yerli  özünüidarəetmə  orqanları  əlavə 

məlumat  tələb  edə  bilər.  Müraciət  edenİn  sorğunu  dəqiqləşdirməməsi  ətraf  mühitə  daİr 

informasiyanın verilməsindən İmtina üçün əsas ola bilər. 

55 



Yüklə 8,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   390




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə