Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun
variant
2/11
Mövzu
Adı
Tarixi
Təsviri / ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ-yə aidiyyəti
Məsuliyyət Azərbaycan Respublikasının “İcbari ekoloji
sığorta haqqında” 271 saylı Qanunu
12/03/2002
Ətraf mühitin təsadüfi çirklənməsi nəticəsində insan həyatına, sağlamlığına, əmlaka və ətraf mühitə dəymiş
ziyana görə mülki məsuliyyətin icbari sığortası üzrə tələbləri müəyyənləşdirir.
İcazələrin
verilməsi
Ətraf mühitin mühafizəsi və təbii
ehtiyatlardan istifadənin yaxşılaşdırılması
üzrə standartlar sistemi. Sənaye
müəssisəsinin ekoloji sertifikatı. Əsas
müddəalar, QOST 17.0.0.04-90
01/07/1990
ETSN, potensial çirkləndirici mənbə olan müəssisələrin ətraf mühitə təsirləri barədə ekoloji sənədlər verir. Bu
sənədlərə maksimum yol verilən tullantı hədləri, maksimum yol verilən atqı hədləri və “ekoloji pasport” daxildir.
“Ekoloji pasport” keçmiş Sovet İttifaqı ölkələri üçün səciyyəvidir və müəssisəsinin ətraf mühitə təsirləri, o
cümlədən ehtiyatların istifadə olunması, tullantıların idarə olunması, təkrar istifadə və çirklənmələrin
təmizlənməsinin səmərəliliyi barədə geniş əhatəli məlumatları özündə əks etdirir. Müəssisələr pasportun
layihə variantını özləri işləyib hazırlayır və təsdiq üçün ETSN-ə göndərir.
Mədəni irs
Tarix və Mədəniyyət Abidələrin Qorunması
haqqında Qanun
1998 Dövlət və yerli hakimiyyət orqanlarının vəzifələrini müəyyənləşdirir və abidələrin istifadəsi, tədqiqi, mühafizəsi,
bərpası, rekonstruksiyası, yenidən qurulması və təhlükəsizliyi üzrə prinsipləri müəyyən edir. Bu qanunda
bəyan edilir ki, dövlət mülkiyyətində olan mədəniyyət obyektləri: tarix və mədəniyyət abidələri, dövlət
muzeylərində, arxivlərdə, kitabxanalarda, habelə onların yerləşdiyi ərazilərdə saxlanılan mədəniyyət əşyaları
özəlləşdirilə bilməz. Arxeoloji əhəmiyyətə malik ərazilərdə tikinti işlərindən əvvəl arxeoloji tədqiqatların
aparılmasını tələb edir.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/12
2.4.1 ƏMTQ üzrə milli təlimatlar
Azərbaycanda ƏMTQ prosesinə dair təlimatlar “Azərbaycanda ətraf mühitə təsirlərin
qiymətləndirilməsi prosesi üzrə təlimat kitabı”nda verilmişdir. Təlimat kitabında “qərb” tipli
ƏMTQ prosesinin əsas prinsipləri və aşağıdakılar barədə təfərrüatlar təqdim olunur:
ƏMTQ prosesi, yəni işlərin yerinə yetirilmə ardıcıllığı, habelə ərizəçilərin və Hökumət
qurumlarının vəzifə və cavabdehlikləri;
ƏMTQ sənədinin məqsədi və əhatə dairəsi;
Prosesdə ictimaiyyətin iştirakı;
Ekoloji
ekspertizanın qərarı (ETSN-ə təqdim olunduqdan sonra ƏMSSTQ sənədi üç
aya qədər olan müddət ərzində ekspertlər qrupu tərəfindən yoxlanılır); və
Apelyasiya
prosesi.
Təlimat kitabında verilmiş təlimatların xülasəsi aşağıdakı Cədvəl 2.4-də təqdim olunur.
ƏMTQ sənədinin ETSN tərəfindən təsdiqi tələblərə uyğunluq üzrə əsas prinsiplər, o
cümlədən təşkilatın riayət etməli olduğu ekoloji və sosial standartlar müəyyən edilir.
Cədvəl 2.4 Azərbaycanda ƏMTQ prosesinə dair təlimatların xülasəsi
3
İlkin
müəyyənləşdirmə
Sənədi hazırlayan tərəfin
ƏMTQ sənədinin tələb olunub-olunmadığını
müəyyənləşdirmək üçün ETSN-ə Ərizə (təklif barədə əsas məlumatları ehtiva edən)
təqdim etməsi tələb olunur.
Əhatə dairəsinin
müəyyənləşdirilməsi
Sənədi hazırlayan tərəfin, ekspertlərin və aidiyyəti olan ictimaiyyət nümayəndələrinin
iştirak etməli olduğu və ƏMTQ-nin əhatə dairəsi ilə bağlı konsensusun əldə edilməsinə
yönəlmiş “Əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüş”ün keçirilməsi tələb
olunur.
Layihənin təsviri
Texnoloji proseslərin tam təsviri və planlaşdırma, ilkin texniki-iqtisadi əsaslandırma,
tikinti və istismar əməliyyatları baxımından nələrin təklif olunduğunun təhlili.
Ekoloji tədqiqatlar
Sahədə və təklif olunan layihənin təsirinə məruz qalacağı ehtimal olunan digər yerlərdə
ətraf mühitin ilkin vəziyyətinin tam şəkildə təsvir edilməsi tələb olunur. Ətraf mühit
müxtəlif tərkib hissələri, yəni fiziki, ekoloji və sosial baxımdan təsvir olunmalıdır.
Alternativ variantların
nəzərdən keçirilməsi
Alternativ texnologiyaların təsviri istisna olmaqla, layihənin alternativ variantları və
variantların potensial təsirləri (o cümlədən “heç bir işin yerinə yetirilməməsi” adlandırılan
alternativ variant) barədə hər hansı müzakirənin aparılması tələb olunmur.
Təsirlərin
qiymətləndirilməsi və
azaldılması
Bütün təsirlərin (birbaşa və dolayı, sahədə və sahədən kənarda, kəskin və xroniki,
birdəfəlik və kumulyativ, gəlib-keçən və bərpa olunmayan) müəyyən edilməsi tələb
olunur. Hər bir təsir əhəmiyyətinə və ciddiliyinə, habelə onların qarşısının alınması,
azaldılması və ya kompensasiya olunması üçün nəzərdə tutulmuş təsirazaldıcı
tədbirlərə uyğun olaraq qiymətləndirilməlidir.
İctimaiyyətin iştirakı
Təsirə məruz qalan əhalinin planlaşdırılan fəaliyyət barədə iki dəfə məlumatlandırılması
tələb olunur: ETSN-ə ilkin qiymətləndirmə üçün ərizə təqdim olunanda və ƏMTQ
prosesi zamanı. Sənədi hazırlayan tərəfin təsirə məruz qalan əhalini təklifə dair
müzakirələrə cəlb edəcəyi nəzərdə tutulur.
Monitorinq
Sənədi hazırlayan tərəf monitorinq proqramı vasitəsilə ƏMTQ təsdiqinin şərtlərinə daim
uyğunluğun təmin edilməsinə cavabdehlik daşıyır. Sənədi hazırlayan tərəfin monitorinq
məlumatlarının dəqiqliyini və etibarlılığını təsdiq etmək məqsədilə ETSN yerinə yetirilən
işlərin yoxlanılmasını həyata keçirir. Sənədi hazırlayan tərəf, monitorinq nəticəsində
ƏMTQ təsdiqinin şərtlərinə münasibətdə uyğunsuzluqlar aşkar edildiyi halda bu barədə
ETSN-ə məlumat vermək və zəruri tədbirlər görmək üçün cavabdehlik daşıyır.
3
Mənbə: ƏMTQ Təlimat Kitabçasının və “Azərbaycandakı Yeni Neft və Qaz Layihələri çərçivəsində ƏMTQ”-nin
yoxlanılmasına əsasən, Pərviz, 2005.