Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/17
İlkin layihə variant
Cədvəl 2.5 Modelin sxemindəki hidroqrafların, körpülərin və su dağılmalarının
açıqlamaları.
Mötərizədə verilmiş mətn eyni xüsusiyyət üzrə daha erkən yaxud alternativ nişanları bildirir.
Hidroqrafın
nömrəsi
Təsviri
Körpünün
nömrəsi
Təsviri
H1
Şahqaya vadisi (S5 çıxışı) B1
Terminalın giriş yolunun körpüsü
H2 Qərbdəki suyığıcı ərazi No 2 (S7)
B2
Terminalın giriş yolunun körpüsü
H3 Qərbdəki suyığıcı ərazi No 3 (S8)
B3
Dəmir yolu körpüsü
H4 Mərkəzi Perimetr Kanalı (nw 1 + nw2)
B4
Səngəçal qəsəbəsi yaxınlığında dəmir yolu
körpüsü
H5
Şərqi Perimetr Kanalı (q9+q91+q81)
B5
Köhnə giriş yolundakı körpü
H6 Aşağı Qaraquş (q82)
B6
Səngəçal qəsəbəsi yaxınlığında sahilyanı
şose
H7
Terminal
sahəsi B7
Yeni giriş yolundakı körpü (əvvəlki
tədqiqatda E3 variantı üzrə BRC5)
H8
Köməkçi drenaj (əsasən əvvəlki tədqiqatda
nw3)
B8
Yeni giriş yolundakı körpü (əvvəlki
tədqiqatda E3 variantı üzrə BRC3)
H9 Hövzə 1 üzrə birbaşa yağıntı B9
Sahilyanı şosedəki körpü (C16)
H10 Hövzə 2 üzrə birbaşa yağıntı
H11 Hövzə 1 üzrə xarici sahə
H12 Hövzə 2 üzrə xarici sahə
H13 Hövzə 3 üzrə birbaşa yağıntı
Su dağılma
sahəsinin nömrəsi
Təsviri
SP1
Əsas kanaldan 1-ci hövzəyə su daşması (XS5 su dağılma sahəsi)
SP2
Əsas kanaldan 1-ci hövzəyə su daşması (C9 su dağılma sahəsi)
SP3
Əsas kanaldan 1-ci hövzəyə su daşması (XS34 su dağılma sahəsi)
SP4 B5-də əsas kanaldan 1-ci hövzəyə su daşması
SP5 3-cü
hövzəyə və 3-cü hövzədən su daşması
SP6 1-ci
hövzədən əsas kanalın B5-dəki aşağı hissəsinə su daşması
2.5 Nəzərdən keçirilmiş Ssenarilər
2011-ci ildə aparılmış hidroloji modelləşdirmənin məqsədləri drenaja dair məsləhət
vermək və ŞD2 İnfrastrukturunun layihələndirməsi üzrə məsləhətçiyə aşağıdakılarla
bağlı yardım etməkdir:
ŞD2 İnfrastruktur sahəsinin şərq və şimal-şərq hüdudları boyunca yeni
daşqından mühafizə bəndinin hündürlüyü;
Köməkçi drenaj sisteminin layihələndirməsindən ibarət olan kanalların və
suötürücü boruların ölçüsü;
Yeni giriş yolunun layihələndirməsi və torpaq tökümlərinin və suötürücü
boruların, xüsusən də yeni giriş yolunun üçüncü tərəfə məxsus boru kəməri
dəhlizi ilə kəsişdiyi yerdə nəzərdə tutulan “B8” suötürücü borusunun
hündürlüyü və ölçüsü; və
Dəmir yolunun torpaq tökümünün su altında qalması riskini azaltmaq
məqsədilə (2010-cu il tarixində WRA tərəfindən aparılmış tədqiqatda qeyd
edildiyi kimi) Mərkəzi Perimetr Kanalının “B3” körpüsü vasitəsilə xaric olan
Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/18
İlkin layihə variant
axınları minimuma endirmək üçün Səngəçal qəsəbəsinə yaxın yerləşən qərb
dəmir yolu körpüsü “B4” vasitəsilə axan axınları necə maksimuma çatdırmaq.
3 Simulyasiyanın Nəticələri
3.1 Mövcud Terminal üçün Daşqın Riski
Birinci tədqiqat (WRA, 2008a) mövcud Terminal üçün perimetr boyu yerləşən drenaj
kanallarının tutum həcmini yoxlamaq və mövcud Terminal və əlaqədar qurğular üçün
daşqın riskinin səviyyəsini müəyyənləşdirmək məqsədilə həyata keçirilmişdir.
Tədqiqat nəticəsində belə bir qənaətə gəlindi ki, perimetrdəki kanallar baxmayaraq ki
10 illik daşqın hadisəsi üçün layihələndirilib, onlar 100 illik daşqın üçün müvafiqdir.
Yoxlama təsdiqlədi ki, Terminal özünün perimetrdəki drenaj kanallarının mövcud
konfiqurasiyası hesabına daşqından müvafiq qaydada mühafizə olunub.
3.2 ŞD2 İnfrastruktur Layihəsinin Hidroloji Modelləşdirməsi
ŞD2 İnfrastruktur Layihəsi üçün hidroloji modelləşdirməyə yeni drenaj infrastrukturun
optimal layihələndirməsinin və eləcə də giriş yollarının və torpaq tökümlərinin yerinin
və layihələndirilən hündürlüyünün qiymətləndirilməsi daxil olmuşdur. Qaraquş
suyığıcı ərazilərindən, şimaldakı ‘nw1’ və ‘nw2’ suyığıcı ərazilərdən gələn axınların və
Terminaldan gələn leysan axınlarının bir yerə toplaşdığı “RES2” su saxlayıcı sahənin
davranışını araşdırmaq üçün hidroloji modelləşdirmədən (WRA, 2008b) istifadə
edilmişdir. “RES2” saxlama sahəsi həmçinin Şahqaya vadisindəki kanalın sol sahili
boyunca bir sıra alçaq yerlərdə dağılan daşqın sularını qəbul edir. Bu dağılmalardan
bəziləri Şahqaya vadisi sisteminin nisbətən daha alçaq ərazilərinə geri axın və “B4”
körpüsü vasitəsilə kənara axır. Lakin, axının əhəmiyyətli hissəsinin qarşısı üçüncü
tərəfə məxsus boru kəməri dəhlizi tərəfindən kəsilir və şimal-şərqə doğru “RES2”
saxlama sahəsinin alçaq ərazilərinə istiqamətləndirilir.
Modelləşdirmə nəticəsində müəyyənləşdirilib ki, böyük daşqın hadisəsi nəticəsində
Şahqaya vadisinin kanalından “RES2” saxlama sahəsinə dağılan daşqın sularının bu
cür istiqamətləndirilməsi “B3” körpüsünün yuxarısında dəmir yolunun 250m
uzunluğunda sahəsi su altında qalacaq. Modelləşdirmənin nəticələri göstərir ki, su
altında qalacaq ərazilərin əhatəsi dəmir yolunun ballast təbəqəsindən 0,7 m-dək
yuxarıda və relslərdən 0,1m hündürdə ola bilər və potensial olaraq dəmir yolunun
torpaq tökümünün yuyulması (eroziyası) və sıradan çıxması ilə ziyana səbəb ola
bilər. Hidroloji model göstərdi ki, daşqın riski dəmir yolunun torpaq tökümünün axın
üzrə yuxarı hissəsində böyük suyığıcı ərazi ilə əlaqəlidir. Qeyd etmək lazımdır ki,
Terminaldan və ŞD2 İnfrastruktur Layihəsindən gələn əlavə axıntıların təsiri daşqın
riskini artırmırdı və əlavə axıntılar modelin nəticələrində çox çətinliklə nəzərə çarpırdı.
2010-cu ildə WRA tərəfindən dəmir yolu üçün mövcud daşqın riski müfəssəl şəkildə
tədqiq edildi. Mümkün həll yollarına axını Şahqaya vadisindən Səngəçal qəsəbəsi
yaxınlığındakı “B4” dəmir yolu körpüsünə istiqamətləndirən və beləliklə də “RES2”-yə
və sonradan isə “B3”-ə axan axınların azaldılmasını təmin edən bir sıra drenaj
marşrutlarının təkmilləşdirilməsi daxil idi. Baxmayaraq drenaj marşrutlarının
təkmilləşdirilməsi URS tərəfindən daha əvvəl aparılmış tədqiqatda (URS, 2003) təklif
edilmişdi və WRA tərəfindən isə daha da genişləndirilmişdi (WRA, 2010), drenajın
təkmilləşdirilməsi ilə bağlı optimal konfiqurasiyanı müəyyənləşdirmək üçün müfəssəl
modelləşdirmə aparılmamışdır.